Cenevrə avtosalonu tarixin yaddaşına qovuşdu

Cenevrə avtosalonu tarixin yaddaşına qovuşdu

Cenevrə avtosalonunun təşkilatçıları gələcəkdə bu tədbirin keçirilməsindən imtina etmək qərarına gəliblər. Onların fikrincə, dünya avtomobil sənayesinin artıq belə bir formata ehtiyacı yoxdur. Cenevrə avtosalonu ilk dəfə 1905-ci ildə təşkil edilib.

AZƏRTAC xarici mediaya istinadla xəbər verir ki, 2024-cü ilin yazında avtosalon qısaldılmış formatda təşkil olunub.

Təşkilatçıların sözlərinə görə, 2025-ci ilin salonunun tərtibatını hazırlamağa başladıqdan sonra bazar tendensiyalarına qarşı çıxdıqlarının fərqinə varıblar. Bu barədə “Keystone-SDA” agentliyinə “Cenevrə Beynəlxalq Avtosalonu Fondu”nun prezidenti Aleksandr de Senarklens məlumat verib. 2024-cü ildə avtomobil salonu “Geneva International Motor Show” adı altında keçirilib. Pandemiyanın Cenevrədə səbəb olduğu dörd illik fəaliyyətsizlikdən sonra salon Rona sahillərinə qayıdıb - sərginin müddəti 11 gündən 7 günə endirilib.

Təşkilatçılar təxminən 200 min qonağın salonu ziyarət edəcəyinə ümid etdiklərini bəyan ediblər, halbuki koronavirus pandemiyasından əvvəl orta hesabla 600 mindən çox qonaq sərgiyə baş çəkib. Salonun baş direktoru Sandro Meskitanın sözlərinə görə, 2024-cü ilin avtosalonuna çox böyük ümid bəslənib, tədbirdə iştirak üçün təxminən 30 sərgi eksponenti, 2000 jurnalist və kifayət qədər böyük tamaşaçı auditoriyası cəlb etmək mümkün olub. S.Meskitanın sözlərinə görə, 2025-ci il üçün məqsəd tədbirin miqyasını iki dəfə artırmaqdan ibarət olsa da, aldıqları proqnozlar və siqnallar çox pis olub.

Aydın məsələdir ki, son illərdə Cenevrə avtosalonu reallıqdan xeyli uzaqlaşıb və koronavirus pandemiyasının yaratdığı dörd illik fasilə şounun tənəzzül prosesini daha da sürətləndirib. Salon illərdir sınanmış və yoxlanmış formatlara və ənənəvi avtomobil şirkətlərinin parlaq avtomobillərinə etibar edib. Avtomobil erasının əvvəlində salon ilk dəfə 1905-ci ildə keçirilib və bu sərgidə həmişə ən son texnoloji yeniliklər təqdim edilib.

Ancaq son illərdə salonun texnoloji yeniliklərlə ayaqlaşa bilmədiyi məlum olub. Əlbəttə ki, avtomobil istehsalçıları həmişə ən yeni avtomobillərini və ən futuristik dizaynlı maşınlarını Cenevrəyə gətiriblər. Ancaq Cenevrədə əsl yenilik uzun müddət görünmədiyinə görə, texnoloji innovasiyaları görmək istəyənlər ABŞ-ın Las-Veqas şəhərinə, ən böyük elektronika sərgisi olan “CES”ə üz tutublar.

Eyni zamanda, İsveçrənin bahalı ölkə olduğunu və sərgidə iştirakın çox baha başa gəldiyini nəzərə alsaq, aparıcı avtomobil şirkətləri Cenevrəyə getdikcə daha az maraq göstərirlər. Buna görə də, onlar indi yeniliklərini özlərinin hərtərəfli və diqqətli şəkildə hazırlanmış sərgilərində təqdim edirlər, yəni ictimaiyyətin diqqətini cəlb etmək üçün artıq digər istehsalçılarla mübarizə aparmaq lazım gəlmir. Əlbəttə ki, sosial media hədəf auditoriyaya çatmaq üçün tamamilə yeni perspektivlər və imkanlar açır. Beləliklə, Cenevrəyə səyahət bu baxımdan indi tamamilə lazımsız görünür.

Mənbə: AZƏRTAC

Məqaləyə emosiya bildir:
1 ay əvvəl
429 dəfə oxundu
ilk.az-çılar nə deyir?
Fikirlər (0)
Oxşar yazılar
İtaliya Suriyadakı səfirliyinin fəaliyyətini bərpa edir
İtaliya 2012-ci ildə bağladığı Suriyadakı səfirliyinin fəaliyyətini yenidən bərpa...
  • 1 saat əvvəl
  • 19
Türkiyə Ordusu İraqın şimalında hava əməliyyatı keçirib, çoxlu sayda terrorçu zərərsizləşdirilib
Türkiyə Silahlı Qüvvələri İraqın şimalında terrorçulara qarşı hava əməliyyatı...
  • 2 saat əvvəl
  • 24
Aİ Şurası 7 ölkə ilə bağlı təhqiqata başlayıb
Avropa İttifaqı Şurası ifrat büdcə kəsirinə görə 7 ölkə ilə bağlı təhqiqata...
  • 3 saat əvvəl
  • 30
Aİ Rusiyanın dondurulmuş aktivlərindən Ukraynaya 1,5 milyard avroluq ilk tranş ayırıb
Aİ Ukraynaya dəstək olaraq Rusiyanın dondurulmuş aktivlərindən 1,5 milyard avroluq ilk...
  • 4 saat əvvəl
  • 38
“Euronews” kanalında Azərbaycanda rəqəmsal təhsil barədə süjet yayımlanıb
“Euronews” xəbər kanalı Azərbaycanda rəqəmsal təhsilə həsr olunmuş videoçarx...
  • 5 saat əvvəl
  • 41
Peskov Rusiyada doğum səviyyəsini fəlakətli hesab edir
Rusiyada doğum səviyyəsi fəlakətli dərəcədə aşağı səviyyəyə enib və xalqın...
  • 6 saat əvvəl
  • 48