Çexiyada pivə istehlakı tarixi minimuma enib

Çexiyada pivə istehlakı tarixi minimuma enib

Çexiyada pivə istehlakı hər sakinə ildə 128 litr olmaqla, tarixi minimuma enib.

ILK.AZ Azərtac-a istinadən xəbər verir ki, bu barədə Çexiya pivə zavodları ittifaqının yaydığı press-relizdə deyilir. “2023-cü ildə Çexiyada pivə istehlakı koronavirus pandemiyası zamanı tətbiq edilən məhdudiyyətlər dövründəki orta statistik göstəricilərdən də aşağı düşüb”, - deyə press-relizdə bildirilir.

Statistikaya görə, ötən il respublikanın hər sakini 2022-ci illə müqayisədə 8 litr az pivə içib. Restoran, kafe və barlarda satılan pivənin payı isə illik ifadədə bir faiz azalaraq ümumi istehlakının 30 faizini təşkil edib.

2023-cü ildə Çexiyada 20 milyon hektolitr pivə istehsal edilib. Bu, 2022-ci illə müqayisədə 2,4 faiz azdır. Respublikanın daxili bazarında spirtli içkilərin istehlakı 400 min hektolitr azalaraq 15,2 milyon hektolitrə enib. Həmçinin ölkədə tərkibində spirt olan pivəyə tələbat azalır, onun alkoqolsuz variantına tələbat isə artır.

Ekspertlərin fikrincə, pivə istehlakına Çexiyadakı qeyri-müəyyən iqtisadi vəziyyət və istehlakçıların davranışındakı dəyişikliklər təsir göstərir. Eyni zamanda, bu, respublika sakinlərinin sağlam həyat tərzinə meyli ilə izah edilir.

Mənbə: AZƏRTAC

Məqaləyə emosiya bildir:
11 gün əvvəl
249 dəfə oxundu
ilk.az-çılar nə deyir?
Fikirlər (0)
Oxşar yazılar
Qaradağ rayonu ərazisində avtoxuliqanlıq edən sürücü həbs edilib
Qaradağ Dövlət Yol Polisinin (DYP) əməkdaşları tərəfindən avtomobilində konstruksiya...
  • 1 saat əvvəl
  • 14
Bakının bir sıra yollarında sıxlıq müşahidə olunur
Bakının bir sıra yollarında nəqliyyatın hərəkətində sıxlıq yaranıb.AZƏRTAC...
  • 2 saat əvvəl
  • 23
Lisey və gimnaziyalara ərizə qəbuluna başlanılır
Bu gündən 2024-2025-ci tədris ili üzrə Bakı şəhəri və ölkənin müxtəlif...
  • 2 saat əvvəl
  • 22
Gürcüstanda HİV virusuna yoluxanların sayı 10 mini ötüb
Cari ilin may ayının 19-dək Gürcüstanda HİV virusuna yoluxanların sayı 10608 nəfərə...
  • 3 saat əvvəl
  • 35
Stokholmda Məhəmməd Əmin Rəsulzadənin 140 illiyinə həsr olunmuş tədbir keçirilib
İsveçin paytaxtı Stokholmda Azərbaycan Xalq Cümhuriyyətinin banilərindən biri, Azərbaycan...
  • 5 saat əvvəl
  • 43
Makron Yeni Kaledoniya ilə bağlı Müdafiə Şurasının iclasını keçirəcək
Prezident Emmanuel Makron Yeni Kaledoniyada iğtişaşlarla əlaqədar bu gün Fransa Müdafiə...
  • 5 saat əvvəl
  • 42