Çexiyalı atıcı Bakıda həm qızıl medal qazanıb, həm də rekorda imza atıb

Çexiyalı atıcı Bakıda həm qızıl medal qazanıb, həm də rekorda imza atıb

Bakıda keçirilən atıcılıq üzrə Dünya Kubokunda bu gün kişilər arasında 25 metr məsafəyə tapançadan sürətli atəş açma növündə final mərhələsi keçirilib.

Azərbaycan Atıcılıq Federasiyasından AZƏRTAC-a verilən məlumata görə, qızıl medal uğrunda mübarizə çinli Xinjie Vanq və çexiyalı Martin Podraski arasında gedib. Duelin əsas mərhələsində dəqiq atışların sayı bərabər olduğundan (32), əlavə 5 atışa ehtiyac duyulub. Həlledici mərhələdə təcrübəli M.Podraski hədəflərin hamısını dəqiq nişan alaraq karyerasında 5-ci dəfə qızıl medal sevinci yaşayıb. X. Vanq fəxri kürsünün ikinci pilləsinə qalxıb. Fransalı Klemen Besua isə 25 dəqiq atışla bürünc mükafatın sahibi olub.

Mübarizə başa çatdıqdan sonra M. Podraski qələbə təəssüratlarını bölüşüb: “Bu, Bakıda əldə etdiyim ilk medaldır. Təbii ki, sevinirəm. Bu mərhələdə təcrübə çox önəmlidir. İndiyə qədər bir çox finallarda iştirak etmişəm. Bugünkü finalda ən yaşlı atıcı mən idim. Fikrimcə, uğurumda təcrübə böyük rol oynadı. Həm şəxsim, həm də ölkəmin adına bu cür nəticəyə imza atmaq qürurvericidir. Bugünkü dəqiq atışlarımın sayı həm də Çexiya atıcılıq tarixi adına yeni rekord idi”.

O, Bakı Atıcılıq Mərkəzində yaradılan şəraitdən də bəhs edib: “Atəş meydanları haqqında ən xoş sözləri deyə bilərəm. Həm mərkəzin özü, həm yaradılan şərait, həm də finallar zamanı vacib rol oynayan işıqlandırma sistemi kifayət qədər yaxşıdır. Bakı Atıcılıq Mərkəzi dünyanın ən yaxşı qurğularından biridir”.

Qeyd edək ki, Dünya Kubokuna mayın 12-də yekun vurulacaq.

Mənbə: AZƏRTAC

Məqaləyə emosiya bildir:
11 gün əvvəl
267 dəfə oxundu
ilk.az-çılar nə deyir?
Fikirlər (0)
Oxşar yazılar
DİN: 10 kiloqrama yaxın narkotik vasitə aşkarlanaraq götürülüb
Mayın 18-də və 19-da ümumi çəkisi 9,7 kiloqrama yaxın narkotik vasitə, həmçinin 169...
  • 18 dəq. əvvəl
  • 5
Qaradağ rayonu ərazisində avtoxuliqanlıq edən sürücü həbs edilib
Qaradağ Dövlət Yol Polisinin (DYP) əməkdaşları tərəfindən avtomobilində konstruksiya...
  • 1 saat əvvəl
  • 18
Bakının bir sıra yollarında sıxlıq müşahidə olunur
Bakının bir sıra yollarında nəqliyyatın hərəkətində sıxlıq yaranıb.AZƏRTAC...
  • 2 saat əvvəl
  • 27
Lisey və gimnaziyalara ərizə qəbuluna başlanılır
Bu gündən 2024-2025-ci tədris ili üzrə Bakı şəhəri və ölkənin müxtəlif...
  • 3 saat əvvəl
  • 26
Gürcüstanda HİV virusuna yoluxanların sayı 10 mini ötüb
Cari ilin may ayının 19-dək Gürcüstanda HİV virusuna yoluxanların sayı 10608 nəfərə...
  • 4 saat əvvəl
  • 39
Stokholmda Məhəmməd Əmin Rəsulzadənin 140 illiyinə həsr olunmuş tədbir keçirilib
İsveçin paytaxtı Stokholmda Azərbaycan Xalq Cümhuriyyətinin banilərindən biri, Azərbaycan...
  • 5 saat əvvəl
  • 46