Cib telefonları haqqında 17 maraqlı fakt

Təsəvvür edin ki, mobil telefonunuz olmadan bir gün keçirmisiniz. Bəzi insanlar üçün bu vəziyyət problem olmasa da, bəzi insanlar üçün belə bir gün əsl işgəncə ola bilər. Mobil telefonlar haqqında nə qədər məlumatlısınız? Mobil telefonlar haqqındakı qeyri-adi məlumatları bir yerə toplamışıq. 17 təəccüblü faktı sizə təqdim edirik.

1. Dünyada ilk mobil zəng 1973-cü ildə Martin Kuper adlı amerikalı mühəndis tərəfindən edilib.

Cib telefonları haqqında

2. 2012-ci ildə Apple dünyanın 4 ölkəsində 4 saniyə ərzində 350 000-dən çox məhsul satıb. Belə qısa bir zamanda bu qədər satış dünya rekordu kimi qeydə alınıb.

Cib telefonlarının yaradılması

3. Mobil telefonlardan istifadə edərkən diqqətli olmalısınız. Çünki cib telefonunda tualetdəki qədər bakteriya ola bilər.

Cib telefonları istifadəsi

4. Baş ağrısı, yuxusuzluq kimi müxtəlif sağlamlıq problemləri mobil telefonlardan qaynaqlana bilər. Cib telefonları yaydıqları radiasiya ilə insan sağlamlığına mənfi təsir göstərir.

Cib telefonlarının ziyanları

5. Yaponiyada mövcud olan mobil telefonların 90%-i suya davamlıdır.

Yaponiyada Ccb telefonları

6. Tarixdə ən çox satılan mobil telefon Nokia 1100-dır.

ən çox satılan mobil telefon

7. 1983-cü ildə ABŞ-da istehsal edilən ilk mobil telefonun qiyməti 4000 dollar olub.

İlk mobil telefon

8. Mobil telefonlardakı əməliyyat sisteminin Aya enən “Apollo 11” kosmik gəmisinin əməliyyat sistemindən daha yaxşı olduğunu bilirsinizmi?

Mobil telefonlar haqqında

9. Böyük Britaniyada hər il orta hesabla 100 000-dən çox telefon tualetə düşür.

telefon istifadəsi

10. Dünyadakı cib telefonlarının 70%-i Çində istehsal olunur.

Dünyadakı cib telefonları

11. Dünya əhalisinin təxminən 82%-nin cib telefonu var.

Cib telefonları haqqında maraqlı faktlar

12. İnsanların 90%-i telefonları əlçatan yerdə saxlayır. Bu, sağlamlıq üçün çox zərərlidir.

Cib telefonlarının insan üçün zərərləri

13. Mobil telefon istifadəçilərinin əksəriyyəti telefonlarını ünsiyyətdən çox oyunlar və sosial media proqramları üçün istifadə edir.

Cib telefonları sosial media

14. Aylıq mobil telefon danışığı xərciniz nə qədərdir? Celine Aarons 142 000 funt-sterlinqlə dünyanın ən yüksək mobil telefon xərcinə sahibdir.

 Aylıq mobil telefon danışığı

15. Dünyada 4 milyarddan çox insanın cib telefonu var, ancaq cəmi 3,5 milyard insanın diş fırçası var. Olduqca təəccüblü nəticədir, elə deyilmi?

Dünyada mobil telefon

16. Dünyadakı telefonların sayı kompüterlərin sayından 5 dəfə çoxdur.

Dünyadakı telefonların sayı

17. Mobil telefon sənayesi dünyada ən sürətlə böyüyən bazardır.

Mobil telefon sənayesi

Məqaləyə emosiya bildir:
emotion
6
emotion
4
emotion
1
emotion
3
emotion
1
emotion
0
emotion
1
Dostlarınla paylaş:
1 il əvvəl
4296 dəfə oxundu
ilk.az-çılar nə deyir?