Rəngə görə güllərin mənası nədir?

Sahə və bağlarda bitən çiçəklər müxtəlif yollarla əmələ gəlir. Hər çiçəyin bir quruluşu, forması, görünüşü və qoxusu var. Bəzi çiçəklər insanları ətirləri ilə valeh edərkən, bəzi çiçəklər görünüşləri ilə göz oxşayır. Çiçəklərə insanların sevdiklərinə göndərdiyi hədiyyə formasıdır. Duyğuları ifadə etmək üçün gözəl hədiyyə hesab olunur.

Çiçəklər təbrik məqsədilə də göndərilir. Bəs çiçəklərin hansı anlamları var. Onlar nəyi ifadə edirlər?

1. Ağ Gül - Məsumiyyət

Ağ Gül - Məsumiyyət

Ağ gül günahsızlığı, saflığı və təmizliyi ifadə edir. Ümumiyyətlə, evlilik təklifi edən kişilər ağ gülləri
seçirlər.

2. Qırmızı Gül - Sevgi

Qırmızı Gül - Sevgi

Qırmızı gül sevgini bildirir. Sevgini ifadə edən universal bir simvol halına gəlib. Sevgilərini etiraf etməyə çalışan kişilər ilk növbədə qırmızı güldən faydalanırlar. Bütün kişilər sevdikləri qadınlara qırmızı gül hədiyyə edirlər.

3. Çəhrayı gül - Ürəyim Sənindir

Çəhrayı gül - Ürəyim Sənindir

Qızların ürəyini fəth etməyə çalışan oğlanların köməyinə çatan güldür. Zərifliyi və gözəlliyi ilə göz
oxşayır.

4. Sarı Gül - İstilik, sevgi

Sarı Gül - İstilik, sevgi

Sarı güllər XVIII əsrə qədər Avropada yayılmayıb. İstilik və sevgini təmsil edir.

5. Mavi Gül - Sirr

Mavi Gül - Sirr

Sirri və əsrarəngizliyi təmsil edir. Bu gülləri sirli məhəbbət bəslədiyiniz şəxsə göndərə bilərsiniz.

6. Ağ qərənfil - Təmizlik, saflıq

Ağ qərənfil - Təmizlik, saflıq

Təmizliyə və saflığa işarədir.

7. Qırmızı qərənfil - Sevgi

Qırmızı qərənfil - Sevgi

Sevgini təmsil edən qırmızı qərənfillərdən adətən seçki zamanı siyasi partiyalar istifadə edirlər. Bu
onların xalqa olan "sevgisini" göstərir.

8. Çəhrayı qərənfil - Səmimiyyət

Çəhrayı qərənfil - Səmimiyyət

Çəhrayı qərənfil səmimiyyəti ifadə edir. Çəhrayı çiçəklər həmişə zərif olurlar.

9. Sarı qərənfil - Kədər

Sarı qərənfil - Kədər

Sarı qərənfil kədəri ifadə edir.

10. Ağ lalə - Saflıq, təmizlik

Ağ lalə - Saflıq, təmizlik

Ağ rəng həmişə təmizliyi təmsil edir. Bu səbəbdən ağ çiçəklər təmizlik və saflıq rəmzidir.

11. Qırmızı lalə - Səni sevirəm

Qırmızı lalə - Səni sevirəm

Qırmızı sevginin rəngidir. Qırmızı rəngli çiçəklər sevgini ifadə edir. Bu sevgi anaya, ataya, övladlara da ola bilər. Sevdiyiniz insanlara qırmızı lalə hədiyyə edin.

12. Çəhrayı lalə - Anlayış

Çəhrayı lalə - Anlayış

Anlayışı ifadə edən bir çiçəyin olması xoşdur. Hamı bir-birilə yola getsin və bu çiçəklər nümunə olsun.

13. Sarı lalə - Gərginlik

Sarı lalə - Gərginlik

Bir çiçəyin gərginliyi necə ifadə etməsi maraqlı deyil?

14. Ağ orxideya - Məsumiyyət, zəriflik

Ağ orxideya - Məsumiyyət, zəriflik

Ağ orxideya zərif çiçəklər arasındadır. Məsumiyyəti və zərifliyi təmsil edir. Bütün qızların sevdiyi çiçəkdir.

15. Çəhrayı Orxideya - Zəriflik

Çəhrayı Orxideya - Zəriflik

Orxideya zərifliyini hər rəngdə qoruyur. Çəhrayı orxideyaincəliyi ifadə edir.

16. Bənövşəyi orxideya - Nəciblik

Bənövşəyi orxideya - Nəciblik

Bənövşəyi orxideya nəcibliyi təmsil edir. Adətən gəlinlərin toy günü əllərində olur.

17. Mavi orxideya - Sevgilərin ən böyüyü

Mavi orxideya - Sevgilərin ən böyüyü

Mavi orxideya sevginin ən böyüyünü təmsil edir. Bu cazibədar çiçəyi sevgilinizə ərmağan edə bilərsiniz.

18. Papatya - Təmiz ürək

Papatya - Təmiz ürək

Papatya baharı gətirən bir çiçəkdir. Papatya təmiz qəlbi ifadə edir. Görünüşü ilə xoş təsir bağışlayan cazibədar və sevimli çiçəklər arasındadır.

19. Kaktus - Səmimiyyət

Kaktus - Səmimiyyət

Kaktus, sevilən birinə göndərilirsə, "sevgimiz üçün bütün çətinliklərə dözməliyik" deməkdir. Qadınların çox sevmədiyi bir çiçək olsa da, mənası böyükdür.

20 Mələkotu - ilham mənbəyimsən

Mələkotu - ilham mənbəyimsən

Sevgilinizə mələkotu göndərmək, görünüşü və qoxusu pis olsa da, ilham və ümid anlamına gəlir. Həmin çiçəyin mənasını da ona deyə bilərsiniz.

Məqaləyə emosiya bildir:
emotion
7
emotion
0
emotion
0
emotion
1
emotion
14
emotion
1
emotion
0
Dostlarınla paylaş:
2 il əvvəl
9310 dəfə oxundu
ilk.az-çılar nə deyir?
Fikirlər (2)
Aysel Quliyeva (5 ay əvvəl)
Papatya = temiz urek..
Fatimə (2 il əvvəl)
Evlənmək