
Cilvəli olmağın 4 sirri
Bəyənilən qadın olmaq əslində çətin deyil. Cazibəli qadınlar hər zaman diqqətdə olurlar. Siz də gözəgəlimli qadın ola bilərsiniz.
Bəyənilən və sevilən qadın olmaq çox da çətin deyil. Cilvəli, nazlı qadınlar kişilərin marağına səbəb olur. Onlar hər zaman diqqətdədirlər. Həyatındakı kişi ona zaman ayırmadıqda bu vəziyyətdən elə də təsirlənmir, çünki köklənəcəkləri başqa məşğuliyyətlər var. Bəs cilvəli qadın necə olur?
Sirli olmaq
Kişini maraq içində saxlamağı yaxşı bilir. Onunla hər gecə görüşmür, çünki digər vacib işləri də var. Telefonla uzun-uzadı mesajlar yazaraq virtual sevgiyə maraq göstərmir. Kişi onu məhəbbətlə gözləməlidir.
Təsirli baxışlar
Gözlər hər şeyi etiraf edir. Vacib olan onlardan düzgün istifadə etməkdir. Ürkək, heyran baxışları kənara qoyun. Cəsur baxışlar önündə heç bir kişi dayana bilməz. Yanınızdakı kişiyə belə baxışlarla baxsanız, sizi daha alovlu sevər.
Özünüzə diqqət ayırın
Həyatındakı kişidən vacib saydıqları nəsnələr də var. Hobbiləri, dostları, işi, ailəsi də yaşadığı sevgi qədər vacibdir. Elə balans yaradıb ki, heç biri digərini üstələməsin.
Şirin dilinizdən istifadə edin
Kişilərin zəif nöqtəsidir. Şirin dillə tovlaya bilməyəcəyiniz insan, ələ keçirə bilməyəcəyiniz bir şey yoxdur. Cümlələrinizi "canım, sevgilim, əzizim" kimi müraciətlərlə başlayın.
Dostlarınla paylaş:
1669 dəfə oxundu
ilk.az-çılar nə deyir?
Fikirlər (1)
Super