Çin-Avropa marşrutu üzrə hərəkət edən yük qatarlarının sayı 90 minə çatıb

Çin-Avropa marşrutu üzrə hərəkət edən yük qatarlarının sayı 90 minə çatıb

Çin-Avropa marşrutu üzrə hərəkət edən yük qatarlarının sayı 90 minə çatıb.

ILK.AZ Azərtac-a istinadən xəbər verir ki, mayın 25-də Çinin Sian şəhərindən Polşaya doğru yola çıxan yük qatarı bu marşrutu üzrə hərəkət edən 90 mininci qatar olub.

“Çin dövlət dəmir yolu qrupu”nun məlumatına əsasən 2011-ci ildə Çin-Avropa marşrutu üzrə yük qatarı səfərləri başlayandan bəri 380 milyard ABŞ dolları dəyərində 8,7 milyon konteyner (20 futluq) yük daşınıb. Təkcə ötən il 56,7 milyard dollarlıq yük daşınıb.

Hazırda Çindən Avropanın 25 ölkəsinin 223 şəhərinə, Asiyanın isə 11 ölkəsinin 100-dən çox şəhərinə yük qatarları səfərləri həyata keçirilir.

Qeyd edək ki, Çindən Avropaya və əksinə istiqamətdə hərəkət edən yük qatarlarının sayında son vaxtlar ciddi artım müşahidə olunur. Cari ilin yanvar-fevral ayında əvvəlki ilin eyni dövrü ilə müqayisədə qatarların sayı 9 faiz, daşınan yüklərin həcmi isə 10 faiz artıb. Rusiya-Ukrayna müharibəsi başlayandan sonra şimal xətti üzrə dəmir yolu marşrutlarında yaranmış çətinliklər, habelə Qırmızı dənizdəki təhlükəsizlik problemləri logistika şirkətlərinin Transxəzər Beynəlxalq Nəqliyyat Dəhlizinə - Orta Dəhlizə marağını əhəmiyyətli dərəcədə artırıb. Hazırda Mərkəzi Asiya-Xəzər dənizi-Azərbaycan-Gürcüstan-Qara dəniz üzərindən keçməklə Çindən Avropaya bir neçə marşrut üzrə multimodal yük daşımaları həyata keçirilir.

“Azərbaycan Dəmir Yolları” QSC-nin cari ilin 4 ayı ərzində Orta Dəhlizlə yük daşımalarının həcmi ötən illə müqayisədə 35 faiz artıb, Çinin Sian şəhərindən bu dəhlizlə ümumilikdə 60 blok qatarın yola salınıb. Bu yaxınlarda aparılmış yenidənqurma işlərindən sonra Bakı-Tbilisi-Qars dəmir yolu xətti ilə daşımaların bərpa edilib və onun yükburaxma qabiliyyəti illik 5 milyon tona çatdırılıb.

Şahin Cəfərov

Pekin

Mənbə: AZƏRTAC

Məqaləyə emosiya bildir:
24 gün əvvəl
406 dəfə oxundu
ilk.az-çılar nə deyir?
Fikirlər (0)
Oxşar yazılar
Mərdəkanda qətl törədilib
İyunun 19-da paytaxtın Xəzər rayonu Mərdəkan qəsəbəsində 1997-ci il təvəllüdlü Adil...
  • 4 dəq. əvvəl
  • 5
Bu gün Xalq artisti Möhsün Sənaninin doğum günüdür
Həyatının 50 ilini Azərbaycan teatr sənətinə həsr edən Möhsün Sənani səhnəmizin...
  • 1 saat əvvəl
  • 15
DİN: Dünən ölkə ərazisində 105 kiloqrama yaxın narkotik aşkarlanıb
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə iyunun 18-də ümumi...
  • 1 saat əvvəl
  • 18
Rusiya Prezidenti ilə KXDR liderinin görüşü başlayıb
İyunun 19-da Koreya Xalq Demokratik Respublikasının (KXDR) paytaxtı Pxenyanda ölkə lideri Kim...
  • 2 saat əvvəl
  • 23
ABŞ-də 500 min miqrant vətəndaşlıq ala bilər
ABŞ prezidenti yüz minlərlə qanunsuz miqranta vətəndaşlıq hüququ verməklə bağlı...
  • 4 saat əvvəl
  • 34
Çadın əsas silah anbarında şiddətli partlayış baş verib
Çad Respublikasının paytaxtı N'Djamena şəhəri yaxınlığındakı silah anbarında yanğın...
  • 4 saat əvvəl
  • 35