Çindən Orta Dəhliz vasitəsi ilə Türkiyəyə yeni yük qatarı marşrutu açılıb

Çindən Orta Dəhliz vasitəsi ilə Türkiyəyə yeni yük qatarı marşrutu açılıb

Çindən Orta Dəhliz vasitəsi ilə Türkiyəyə yeni yük qatarı marşrutu istifadəyə verilib.

ILK.AZ Azərtac-a istinadən xəbər verir ki, Çinin ən inkişaf etmiş bölgələrindən olan Ciansu əyalətinin paytaxtı Nankin şəhərindən iyunun 28-də ilk yük qatarı Mərkəzi Asiya - Xəzər dənizi - Azərbaycan - Gürcüstan vasitəsi ilə Türkiyənin İstanbul şəhərinə yola düşüb.

Yeni marşrutun operatoru olan “Nanjing International Freight Train” şirkətinin açıqlamasında deyilir ki, qatar məişət əşyaları və gündəlik tələbat malları yüklənmiş 110 konteynerdən ibarətdir.

Şirkətin məlumatına görə, il ərzində Nankindən Mərkəzi Asiyanın 5 ölkəsinə - Türkiyə, Rusiya, Belarus, Polşa və Almaniyaya 100-dən çox yük qatarı yola salınıb. Bu, ötən illə müqayisədə 70 faiz çoxdur.

“Çin dəmir yolu qrupu” Çin - Avropa qataraları üçün 87, Çin - Asiya qataraları üçün 39 marşrut müəyyən etdiyini, Transxəzər beynəlxalq nəqliyyat dəhlizi boyunca Çin - Avropa və Çin - Asiya qatarlarının hərəkətini təşkil etməkdən ötrü səylərini artırdığını açıqlayıb. Bundan əlavə, Çin - Avropa qatar cədvəli genişləndirilib. Qeyd edək ki, Çindən Avropaya və əks istiqamətdə hərəkət edən yük qatarlarının sayında son vaxtlar ciddi artım müşahidə olunur. Cari ilin birinci rübündə Çinlə Avropa arasında yükdaşımalar həyata keçirən qatarların sayı 10 faiz çoxalaraq 6184-ə çatıb. Bununla da 2011-ci ildə başlanan Çinlə Avropa arasında dəmir yolu ilə yük daşımada rəqəmlər indiyədək 90 mini ötüb. Rusiya-Ukrayna müharibəsi başlayandan sonra şimal xətti üzrə dəmir yolu marşrutlarında yaranmış çətinliklər, habelə Qırmızı dənizdəki təhlükəsizlik problemləri logistika şirkətlərinin Transxəzər Beynəlxalq Nəqliyyat Dəhlizinə - Orta Dəhlizə marağını əhəmiyyətli dərəcədə artırıb. Hazırda Mərkəzi Asiya - Xəzər dənizi - Azərbaycan – Gürcüstan - Qara dəniz üzərindən keçməklə Çindən Avropaya bir neçə marşrut üzrə multimodal yük daşımaları həyata keçirilir.

Şahin Cəfərov

Pekin

Mənbə: AZƏRTAC

Məqaləyə emosiya bildir:
24 gün əvvəl
392 dəfə oxundu
ilk.az-çılar nə deyir?
Fikirlər (0)
Oxşar yazılar
Çempionlar Liqası: “Qarabağ”ın potensial rəqibləri ilk oyunda qarşılaşıb
UEFA Çempionlar Liqasında II təsnifat mərhələsinin növbəti oyunları keçirilib. ILK.AZ...
  • 59 dəq. əvvəl
  • 17
QHGT-nin mənzil-qərargahında Saymon Stil ilə görüş keçirilib
İyulun 24-də Qoşulmama Hərəkatı Gənclər Təşkilatının (QHGT) mənzil-qərargahında...
  • 2 saat əvvəl
  • 22
Leyla Həsənova: İqlim dəyişikliyi ilə bağlı həllər hazırlayarkən gənclərin nəzərə alınması zəruridir
Ən böyük gənclər təşkilatı olan Qoşulmama Hərəkatının Gənclər Təşkilatı...
  • 3 saat əvvəl
  • 30
Avropa çempionatı: Azərbaycanın qızlardan ibarət basketbol millisi yarımfinalda
Azərbaycan basketbol millisi Kosovonun paytaxtı Priştina şəhərində 18 yaşa qədər qızlar...
  • 3 saat əvvəl
  • 38
AFAD: Şuşada fəaliyyət göstərəcək seysmik stansiyamız ölkələrimiz arasındakı əməkdaşlıqda yeni addımdır
Xaricdəki ilk seysmik stansiyamız dost və qardaş ölkə Azərbaycanın Şuşa şəhərində...
  • 5 saat əvvəl
  • 40
Zəfərimizə layiq olmaq, yaxud media və cəmiyyət məsuliyyəti
Prezident İlham Əliyevin təkcə tarixi gerçəklikləri deyil, günümüzün yeni...
  • 6 saat əvvəl
  • 51