Çinin 2 sabiq müdafiə naziri Kommunist Partiyasından qovulub

Çinin 2 sabiq müdafiə naziri Kommunist Partiyasından qovulub

Çinin sabiq müdafiə nazirləri Vey Fenhe və Li Şanfu partiya intizamını pozduqlarına görə Çin Kommunist Partiyasının (ÇKP) sıralarından xaric ediliblər.

ILK.AZ Azərtac-a istinadən xəbər verir ki, bu barədə qərar ÇKP-nin Mərkəzi Komitəsinin siyasi bürosunun iyunun 27-də keçirilən iclasında qəbul olunub. Hər iki sabiq nazir vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə və külli miqdarda rüşvət almaqda şübhəli bilinir. Çin Xalq Azadlıq Ordusunun ali idarəetmə orqanı olan Mərkəzi Hərbi Şuranın intizam və nəzarət qurumu sabiq nazirlər haqqında ötən il başlatdığı təhqiqatı yekunlaşdıraraq işi hərbi prokurorluğa göndərib.

Mərkəzi Hərbi Şura bir müddət əvvəl sabiq nazirləri hərbi xidmətdən kənarlaşdırmaqla yanaşı, onları general rütbəsindən məhrum edib.

Qeyd edək ki, Vey Fenhe 2018-ci ilin martından 2023-cü ilin martınadək, Li Şanfu isə 2023-cü ilin martından oktyabrınadək Çinin müdafiə naziri vəzifəsində çalışıblar.

Şahin Cəfərov

AZƏRTAC-ın xüsusi müxbiri

Pekin

Mənbə: AZƏRTAC

Məqaləyə emosiya bildir:
23 gün əvvəl
382 dəfə oxundu
ilk.az-çılar nə deyir?
Fikirlər (0)
Oxşar yazılar
Livanın cənubunda silsilə partlayışlar baş verib
İsrailin Livanın Adlyun kəndində və qonşu ərazilərdəki sursat anbarına endirdiyi...
  • 3 saat əvvəl
  • 28
Bu gün DİM hərbi liseylərə qəbul imtahanı keçirir
Dövlət İmtahan Mərkəzi (DİM) iyulun 21-də Müdafiə Nazirliyinin hərbi liseylərinə qəbul...
  • 4 saat əvvəl
  • 35
Tramp andiçmə mərasimindən əvvəl Ukraynadakı münaqişəni həll edəcəyinə söz verib
ABŞ-da prezidentliyə namizəd Donald Tramp seçkilərdə qalib gələcəyi halda, andiçmə...
  • 5 saat əvvəl
  • 46
Göbələk depressiyadan qurtulmağa kömək edir
Alimlər göbələyin tərkibindəki “psilosibin” adlı maddənin depressiyanın...
  • 7 saat əvvəl
  • 52
Boliviya - Çili sərhədində avtobusla yük maşını toqquşub, 16 nəfər ölüb
Boliviya - Çili sərhədi yaxınlığında avtobus və yük maşınının iştirakı ilə...
  • 8 saat əvvəl
  • 63
Yunanıstanda bir gündə 45 meşə yanğını baş verib
Yunanıstanda bir gündə 45 meşə yanğını baş verib.AZƏRTAC xəər verir ki, bu barədə...
  • 8 saat əvvəl
  • 56