COP29 xüsusi viza portalı istifadəyə verilib

COP29 xüsusi viza portalı istifadəyə verilib

Bu ilin 11-22 noyabr tarixlərində Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının (UNFCCC) COP29 konfransına hazırlıq işləri çərçivəsində ölkəmizə səfər edəcək çoxsaylı rəsmi şəxslər, nümayəndə heyətləri və digər qonaqların rahatlığının təmin olunması istiqamətində Azərbaycan hökuməti tərəfindən bir sıra addımlar atılır.

ILK.AZ Azərtac-a istinadən xəbər verir ki, COP29 iştirakçılarının viza müraciəti prosesini sadələşdirərək onların Bakıya səfərlərinin rahat və səmərəli şəkildə təmin olunması məqsədilə COP29 xüsusi vizasının əldə edilməsi üzrə müvafiq portal istifadəyə verilib.

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə birgə “ASAN Viza” portalının COP29-la bağlı xüsusi viza müraciəti modulu www.evisa.gov.az/cop29 yaradılıb. Dünyanın 200-ə yaxın ölkəsindən on minlərlə iştirakçının COP29-a qatılacağı nəzərə alınaraq, portal ingilis, alman, fransız, ispan, ivrit, italyan, rus, ərəb, fars, Çin və Koreya dillərində fəaliyyət göstərir. Portal 24/7 rejimdə dəstək və tam elektron, kağız sənədsiz viza prosesini təklif edir.

Qeyd edək ki, www.evisa.gov.az/cop29 portalı vasitəsilə COP29 xüsusi vizası əldə etmək istəyən rəsmilər, nümayəndə heyətləri və digər qonaqların əvvəlcə UNFCCC-nin onlayn qeydiyyat sistemi vasitəsilə qeydiyyatdan keçmələri tələb olunur. COP29 xüsusi vizası müraciət ərizələrinin tamamlanmasından sonra 3 iş günü ərzində ödənişsiz şəkildə əldə edilə bilər.

COP29 xüsusi vizasının əldə olunması qaydaları ilə elektron təlimat və məlumatlandırıcı videoçarx vasitəsilə tanış olmaq mümkündür.

Mənbə: AZƏRTAC

Məqaləyə emosiya bildir:
7 gün əvvəl
298 dəfə oxundu
ilk.az-çılar nə deyir?
Fikirlər (0)
Oxşar yazılar
Pompeydə “Böyük Yeddiliyin” mədəniyyət sammiti təşkil olunacaq
İtaliya “Böyük Yeddiliyə” (G7) sədrliyi çərçivəsində Pompey şəhərində bu...
  • 1 saat əvvəl
  • 15
Lando Norris: Oskar özü üçün mübarizə aparır
Bakıda “McLaren” komandasının rəhbəri Andrea Stella bildirib ki, Oskar Piastri lazım...
  • 1 saat əvvəl
  • 18
ABŞ Venesuelanın 16 rəsmi şəxsinə sanksiya tətbiq edib
ABŞ Venesuelanın bir qrup rəsmi şəxsinə sanksiya tətbiq edib.AZƏRTAC-ın ABŞ Xəzinə...
  • 2 saat əvvəl
  • 28
Dünya Köçəri Oyunlarında növbəti medal
Azərbaycanın daha bir idmançısı Qazaxıstanın Astana şəhərində keçirilən V Dünya...
  • 4 saat əvvəl
  • 36
Formula 1 üzrə beynəlxalq dərəcəli hakim: Azərbaycan Formula 1 Qran-Prisinə ev sahibliyi etməklə dünya ölkələri arasında müsbət rəylər alıb
“Formula 1 mövsümündə treklər yalnız Bakı, Monako və Sinqapur şəhərlərində olur....
  • 4 saat əvvəl
  • 39
Ramin Nurəliyev: Azərbaycan MDB məkanında ali təhsilin səviyyəsinə görə qabaqcıl ölkələrdəndir
İxtisas seçimi və gələcək karyera üzrə mütəxəssis, təhsil üzrə ekspert Ramin...
  • 6 saat əvvəl
  • 48