COVID-19: İzolyasiya (təcrid), sosial məsafə və karantin nədir?

Sosial məsafə, hər hansı bir yoluxucu xəstəliyin yayılmasının qarşısını almaq üçün xəstə şəxslərin sağlam fərdlərlə yaxın təmasda olmasını qadağan edən bir növ ictimai səhiyyə təcrübəsidir. Sosial məsafə qrup fəaliyyətlərini ləğv etmək, ictimai yerləri bağlamaq və küçəyə çıxmaq qadağası tətbiq etmək kimi fəaliyyətləri əhatə edir.

Koronavirusə qarşı görülən tədbirlər çərçivəsində "sosial məsafə", "izolyasiya" və "karantin" anlayışlarını tez-tez eşidirik. COVID-19 infeksiyasının yayılmasının qarşısını almaq üçün alınan tədbirlərin bir hissəsi olan bu tədbirlər nə anlama gəlir? Yoluxmanı azaltmaq üçün bu cür tədbirlərə ciddi ehtiyac var. Həmin anlayışların mənasını sizə təqdim edirik.

İzolyasiya nədir?

Sosial izolyasiya adlandırılan bu durum qrip, Mers-Cov, HİV-AİDS, vərəm və COVID-19 kimi yoluxucu xəstəliklərin yayılmasının qarşısını almaq üçün tətbiq olunan tədbirdir. İzolyasiya zamanı insan özünü cəmiyyətdən qismən və ya tamamilə təcrid etməlidir. Sosial izolyasiya zamanı məktəblər, marketlər, ticarət mərkəzləri bir sözlə, ictimaiyyətə açıq olan bir çox sahə müvəqqəti olaraq bağlanır.

Evdə təcrid isə evdə qalmaq və çölə çıxmamaq deməkdir. İnsanlar məktəb, iş və ya səyahət kimi fəaliyyətlərini dayandıraraq evdə qalırlar. Evə təcrid olunan insanların hər hansı bir səbəbə görə ictimaiyyətə çıxması və ya digər insanlarla görüşməsi çox təhlükəlidir. Buna görə özünü izolyasiya edən şəxs digər insanları da düşünməlidir.

COVID-19 haqqında

Karantin nədir?

Karantin, yoluxucu bir xəstəliyə məruz qaldığı ehtimal olunan bir insanın və ya heyvanın, göstərilən xəstəliyin inkubasiya müddətinə bərabər ətraf mühitlə təmasda olmasının qarşısını almaq üçün görülən tədbirləri əhatə edir. Bir növ sağlamlıq izolyasiyası olaraq da adlandırılan bu vəziyyət həm insanın, həm də cəmiyyətin sağlamlığının qorunmasına yönələn addımdır.

Karantin, hər hansı bir epidemiya xəstəliyinin yayılmasının qarşısını almaq üçün tətbiq olunan ciddi bir təcrid vəziyyəti olaraq xarakterizə olunur. Bir və ya bir qrup insanın yoluxucu bir xəstəliyə məruz qaldığını nəzərə alaraq, bu yoluxucu xəstəliyin yayılmasının qarşısını almaq üçün alınan ehtiyat tədbiridir. Karantində olan şəxslərdə yoluxucu xəstəlik əlamətləri görünməsə də, bu yalnız profilaktik məqsədlər üçün tətbiq olunur.

Karantin nədir

Sosial məsafə nədir?

Son zamanlarda tez-tez rast gəlinən sosial məsafə termini, koronavirus epidemiyası zamanı özünüzü digər insanlardan təcrid etmək mənasına gəlir. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) tövsiyələrində 2 metr məsafə saxlamaq, izdihamlı yerlərdən uzaq durmaq, ehtiyac olmadığı təqdirdə səyahət etməmək, ictimai nəqliyyata minməmək kimi məhdudiyyətlər öz əksini tapıb.

Sosial məsafə nədir

Kimlər özünü izolyasiya etməlidir?

Yeni növ koronavirusun (COVID-19) əlamətləri olan hər bir insan özünü təcrid etməlidir. SARS-CoV-2 virusunun səbəb olduğu COVID-19 infeksiyasının əlamətləri bunlardır:

  • Yüksək hərarət
  • Öskürək
  • Yorğunluq
  • Nəfəs almaqda çətinlik

İnsanlarda hər hansı simptomlar yaranmazdan 1-14 gün əvvəl bu xəstəliyə yoluxma baş verə bilər. Əksər hallarda koronavirusa yoluxanlar xüsusi müalicə olmadan sağalırlar. Bəzi insanlar isə xəstəliyi ağır keçirə və hətta ölə bilərlər. Yaşlılar və xroniki xəstələr xüsusən diqqətli olmalıdır. Xəstəliyin əlamətləri sizdə varsa, ən azı 14 gün özünüzü izolyasiya etməlisiniz.

Koronavirus xəstəsi

Sosial məsafə ilə fiziki məsafə arasındakı fərq nədir?

Bəzi mütəxəssislər sosial məsafəni fiziki məsafə ilə eyniləşdirirlər. Bəs fiziki məsafə nə deməkdir? Bu, koronavirusun yayılmasının qarşısı almaq üçün insanlar arasında fiziki məsafənin olması deməkdir. Belə halda insan yaxınları ilə uzaqdan-uzağa ünsiyyət qurmalı, virtual qaydada münasibətlərə üstünlük verməlidir.

XƏBƏRDARLIQ!

Məqalədə yer alan yazılar və şəkillər müxtəlif mənbələrdən toplanmışdır və məlumat, nümunə xarakter daşımaqdadır. Qəti bir diaqnoz və müalicə keyfiyyəti yoxdur. Hər hansı bir sağlamlıq probleminiz varsa həkiminizlə məsləhətləşin. Unutmayın, sağlamlıq problemlərində tətbiq olunan müalicə üsulları şəxslərin bioloji, irsi xüsusiyyətləri, yaş, boy, çəki fərqlərinə, allergik cəhətlərinə və onlarla belə fərqli vəziyyətə görə dəyişə bilər. Yalnız həkiminiz sağlamlıq problemlərinizin müalicəsində sizə kömək edə bilər.

Məqaləyə emosiya bildir:
emotion
2
emotion
0
emotion
0
emotion
0
emotion
0
emotion
0
emotion
0
Dostlarınla paylaş:
3 il əvvəl
4580 dəfə oxundu
ilk.az-çılar nə deyir?