COVID-19: Koronavirus niyə yaşlılara daha çox təsir edir?

Səhiyyə müəssisələri tərəfindən edilən açıqlamalarda koronavirus risk faktorunun yaşlılara və xroniki xəstəlikləri olan insanlara daha çox ziyan vurduğu qeyd olunub. Bəs niyə COVID-19 yaşlı insanlarda daha ciddi fəsadlar yaradır?

İlk olaraq Çində aşkarlanan və sonra ABŞ, İspaniya, İran, İtaliya, Fransa başda olmaqla bir-birindən fərqli 200-dən çox ölkəyə yayılan koronavirusa yoluxanların ümumi sayı 2,7 milyonu keçib. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) verdiyi açıqlamada oronavirus risk faktorunun yaşlı insanlara və xroniki xəstələrə daha böyük ziyan verdiyi öz əksini tapıb. Bəs bu, niyə belədir? Mütəxəssislər bu sualın cavabını keçdiyimiz həftələrdə veriblər.

Yaşlı insanlar niyə daha çox risk altındadır?

yaşlı kişilər

Yaşlandıqca xroniki xəstəliklərə tutulma ehtimalı artır. Dünyada KOAH, astma, piylənmə və diabet kimi bir çox xroniki xəstəlik səbəbindən hər il 41 milyon insan ölür. Bu say dünya miqyasında bütün ölümlərin 71%-ni təşkil edir. Yaşlıların risk qrupuna aid olmasını yeganə səbəbi xroniki xəstəliklər deyil. Yaşlılar immunitet sisteminin zəif olması səbəbindən bir çox fərqli xəstəliklərə qarşı müdafiəsiz bir orqanizmə sahibdirlər.

Yaşlı şəxslərin immun sistemi gənclərin immun sistemi ilə müqayisədə olduqca zəifdir. Bu, yaşlı insanları hər cür infeksiyaya qarşı həssas edir. Bədənə ən kiçik bir hücum belə ciddi zərər verə bilər. Digər tərəfdən, zəifləmiş immunitetə sahib olan insanlarda “sitokin fırtınası” adı verilən hadisənin yaşanma ehtimalı böyükdür. Bu durum immun sisteminin infeksiyayla mübarizə aparmaq üçün çox miqdarda kimyəvi reaksiyaya girməsi və istehsal etməsidir.

Digər tərəfdən, hər hansı xəstəliyi olmayanların koronavirus infeksiyasından ölmək riski 1% civarındadır. Ürək-damar xəstəliyi olan şəxslərin ölüm nisbəti 10,5% olduğu halda, xroniki tənəffüs xəstəliyi (astma və xroniki obstruktiv ağciyər xəstəliyi) olan şəxslərdə bu nisbət 6.3% civarındadır.

  • Ürək-damar xəstəliyi olan insanlarda 10,5%
  • Diabetli insanların 7,3%-i
  • Xroniki tənəffüs xəstəlikləri olan şəxslərdə 6.3%
  • Hipertansiyonlu xəstələrdə 6.0%
  • Xərçəng xəstələrində 5.6%
  • Hər hansı bir xroniki xəstəliyi olmayan şəxslərdə 0.9% olaraq ifadə edilir.

Koronavirus risk faktorları

Koronavirusa yoluxmuş yaşlı insan

Dünyadakı bir çox tədqiqatçının 2019-cu ilin dekabr ayından bəri COVID-19 infeksiyasına səbəb olan SARS-CoV-2 virusu ilə bağlı apardığı araşdırmalar hansı şəxslərin risk altında olduğunu göstərir. Həmin insanların

  • 81%-i yüngül keçirir
  • 14%-i orta ağır keçirir
  • 5%-i ağır keçirir

Ümumilikdə koronavirus (Covid-19) səbəbindən ölənlərin sayı 2% -dir. Bundan əlavə, xəstəliyə 9 yaşdan kiçik uşaqlarda o qədər də çox rast gəlmədiyi, 80 yaşdan yuxarı şəxslərdə xroniki xəstəlikləri olanların 14% və 5% -də olduğu məlumdur. Dünyanın bir çox yerindən gələn elm adamları və səhiyyə mütəxəssisləri tərəfindən COVID-19 yayılmasına qarşı aparılan araşdırmalar:

  • 80 yaşdan yuxarı şəxslərin 14,8%-i
  • 70-79 yaş arası şəxslərin 8%-i
  • 60-69 yaş arası şəxslərin 3,6%-i
  • 50-59 yaş arası şəxslərin 1,3%-i
  • 40-49 yaş arası şəxslərin 0,4%-i
  • 30-39 yaş arası şəxslərin 0,2%-i
  • 20-29 yaş arası şəxslərin 0,2%-i
  • 10-19 yaşlı gənclərin 0,2%-i
  • 0-9 yaş arasındakı uşaqların risk faktorları arasında olmadığı göstərilir.

Bütün bunlara əlavə olaraq, yuxarıda göstərilən nisbətlər fərdlərin yaş amilindən asılı ola biləcəyi xəstəlikləri və xroniki xəstəliklər nəzərə alınaraq verilib.
Koronavirus infeksiyasına qarşı həm fərdi, həm də ölkə sağlamlığını qorumaq üçün 4 günlük qaydaya əməl etməyi unutmayın.
Bu, bir növ koronavirusa qarşı tədbir deməkdir. İnsanlar şəxsi izolyasiya qaydalarına düzgün riayət etməlidirlər.

Məqaləyə emosiya bildir:
3 il əvvəl
6350 dəfə oxundu
ilk.az-çılar nə deyir?
Fikirlər (0)
Oxşar yazılar
2021 Ramazan ayı nə zaman başlayır? Ramazan bayramı nə vaxtdır?
Milyonlarla müsəlman on bir ayın sultanı olan Ramazan ayını səbirsizliklə gözləyir. Üç...
  • 3 il əvvəl
  • 9158
İlham Əliyev: Qubadlı rayonunun 4 kəndi işğaldan azad olunub
Müzəffər Azərbaycan Ordusu Qubadlı rayonunun Zilanlı, Mahrızlı, Muğanlı, Alaqurşaq...
  • 3 il əvvəl
  • 6317
Ermənistanın keçmiş deputatı Dağlıq Qarabağda ÖLDÜ
Ermənistan parlamentinin sabiq deputatı David Matevosyan Dağlıq Qarabağ münaqişə zonasında...
  • 3 il əvvəl
  • 5636
Şəhid zabitlərimizlə vida mərasimi keçirilib
İyulun 14-ü Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu sahəsində gedən...
  • 3 il əvvəl
  • 7069
2023 Ramazan nə zaman? Orucluq nə vaxt başlayır?
2023-cü ilin Ramazan ayı nə vaxt başlayır? Ramazan Bayramı 2023-cü ildə neçə gündür?...
  • 1 il əvvəl
  • 30746
Koronavirusa yoluxan 15 məşhur
Çinin Hubey əyalətində meydana çıxan, sonra isə bütün dünyaya yayılan koronavirusa bir...
  • 4 il əvvəl
  • 6123