“Demirören Holdinq”in rəhbəri: Qarabağın bərpasına investisiya qoyuruq

“Demirören Holdinq”in rəhbəri: Qarabağın bərpasına investisiya qoyuruq

Türkiyənin “Demirören Holdinq” qrupu İdarə Heyətinin sədri Yıldırım Demirören Azərbaycanın Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarına qoyulan investisiyalardan danışıb.

ILK.AZ Azərtac-a istinadən xəbər verir ki, bazar günü “Hürriyet” qəzetinə müsahibə verən Demirören rəhbəri olduğu holdinqin təkcə Türkiyədə deyil, xaricdə, xüsusilə də Azərbaycanda investisiyalarından bəhs edib.

Demirören xatırladıb ki, rəhbərlik etdiyi şirkətlər qrupu enerji, logistika və media sahələrində ixtisaslaşıb: “Bizim sərmayələrimiz təkcə Türkiyənin deyil, qardaş dövlətlərimizin də iqtisadi rifahına töhfə verir. Amma bundan da vacibi odur ki, fəaliyyətimiz dövlətlər arasında qardaşlıq əlaqələrinin möhkəmlənməsinə kömək edir. Bu, bizi çox sevindirir”.

Demirörenin sözlərinə görə, Azərbaycanın Vətən müharibəsindəki Qələbəsindən sonra onun rəhbərlik etdiyi holdinq işğaldan azad edilmiş ərazilərin bərpasına töhfə vermək qərarına gələn ilk şirkətlərdən olub.

“Biz Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin bərpasına və inkişafına kömək edirik, yeni layihələr həyata keçiririk. İnvestisiyalarımız davam edir”, -deyə idarə heyətinin sədri bildirib.

Ramin Abdullayev

Ankara

Mənbə: AZƏRTAC

Məqaləyə emosiya bildir:
19 gün əvvəl
388 dəfə oxundu
ilk.az-çılar nə deyir?
Fikirlər (0)
Oxşar yazılar
Malayziyaya məxsus təyyarə Bakı hava limanına təcili eniş edib
“Malaysia Airlines” aviaşirkətinin London-Kuala Lumpur reysini yerinə yetirən hava...
  • 54 dəq. əvvəl
  • 20
Ermənistanın sürətlə hərbiləşdirilməsi Cənubi Qafqazda gərginliyi artırır - ŞƏRH
Azərbaycan heç vaxt Ermənistana qarşı ərazi iddiası irəli sürməyib. Rəsmi Bakı...
  • 1 saat əvvəl
  • 21
Ekspert: “Microsoft”un çökməsi kibersavaşın “əsas məşqidir”
ABŞ-ın “Microsoft” korporasiyasının xidmətlərində yaranan qlobal nasazlıq Avstraliya...
  • 2 saat əvvəl
  • 28
Tramp Zelenski ilə Ukrayna münaqişəsini müzakirə edib
ABŞ-ın keçmiş lideri Donald Tramp Ukrayna Prezidenti Volodimir Zelenski ilə telefonla...
  • 3 saat əvvəl
  • 43
Zelenski Kir Starmerə Ukraynaya qoyulan silah məhdudiyyətləri ilə bağlı çağırış edib
Ukrayna Prezidenti Volodimir Zelenski Britaniyanın Baş naziri Kir Starmerdən Qərb tərəfindən...
  • 4 saat əvvəl
  • 47
Türkiyə, Azərbaycan və ŞKTC-nin qadın sahibkarları əməkdaşlıq məsələlərini müzakirə ediblər
Şimali Kipr Türk Cümhuriyyəti (ŞKTC) ilə Azərbaycan arasında əlaqələr fəal şəkildə...
  • 6 saat əvvəl
  • 53