Dərini canlandırmağın 6 yolu
Hər kəs sağlam və təmiz dəri istəyir. Sağlam və aha canlı dəriyə sahib olmaq istəyirsinizsə, bu məqaləmizi oxumalısınız. Daha sağlam və canlı bir dəri əldə etmək üçün dərinin müdafiəsini artırmaq, allergiyalara və günəşin mənfi təsirlərinə qarşı mübarizə aparmaq lazımdır. Bunun üçün dəriyə qulluq düzgün şəkildə edilməlidir. Daha canlı dəriyə sahib olmağın yollarını təqdim edirik.
1. Dərinizin gündəlik təmizlənməsinə laqeyd yanaşmayın. Xüsusilə makiyajla yatmayın.
2. Gündə 3 dəfə barmaqlarınızla dərinizi masaj edin. Bu, dərinizin canlanmasına və mikrosirkulyasiyanın aktivləşdirilməsinə səbəb olur.
3. Dəriniz həftəlik olaraq ölü dəridən təmizlənməlidir. Buna görə həftədə ən azı bir dəfə pilinq edin.
4. Hər gün günəşdən qoruyucu kremlərdən istifadə etməyi unutmayın. Gündəlik nəmləndiricilərə gəldikdə, makiyaj altında tətbiq oluna bilən qoruyucuları seçin.
5. Yay aylarında məsamələrinizin nəfəs ala bilməsi üçün tonal krem və pudra istifadəsini minimuma endirməyə çalışın.
6. Yay aylarında qaralmaq üçün solariumu seçməyin. Solariumla qaralmağa çalışmaq və ya günortalar günəşin altında qalmaq dərinin erkən yaşlanmasına səbəb olur.
Dostlarınla paylaş:
2261 dəfə oxundu
ilk.az-çılar nə deyir?