Dərini gözəlləşdirən 5 qida

Yetərli və balanslı qidalanmağımız və gündəlik ehtiyacımız olan vitamin və mineralları qəbul etməyimiz təkcə sağlamlığımıza deyil, həm də dərimizə təsir edir. Buna görə də sağlam qidalanmaq dərinin lazımi qidaları almasını və elastikliyini qorumasını təmin edir, sallanmanın qarşısını alır, quruluq və qırışların əmələ gəlməsini gecikdirir. Bəs hansı qidalar dərimizi gözəlləşdirir?

Qırmızı bibər

Qırmızı bibər

Hamar və gözəl dəri üçün faydalı olan və C vitamini ilə zəngin olan qırmızı bolqar bibərinin tərkibində dəridə qan axını tənzimləyən karoteonidlər mövcuddur. C vitamini dəri sağlamlığı üçün vacibdir. Bu vitamin qocalma ilə mübarizə aparır və qırışların əmələ gəlməsini azaldır.

Kök

Kök

Həm göz, həm də dəri sağlamlığı üçün faydalı olan kök A vitamini baxımından olduqca zəngindir. Xüsusilə kosmetik məhsulların formulasına əlavə edilən kök, dərinin görünüşünü yaxşılaşdırır. Əksər kosmetik dəri məhsullarının tərkibində qeyd olunan retinol, kök ekstraktlarına da aiddir.

Balqabaq tumu

Balqabaq tumu

Unikal sink qaynağı olan balqabaq tumu bu xüsusiyyəti sayəsində dəri üçün ən sağlam və ən vacib mineralı ehtiva edir. Sink əsas kollagen səviyyəsini tənzimləməyə kömək edir, dəri hüceyrələrinin bərpasını təmin edir və C vitamini ilə birlikdə hüceyrə membranını gücləndirir.

Tünd şokolad

Tünd şokolad

Kakaonun tərkibindəki flavanollar və antioksidant bitki komponentləri dərini nəmləndirir və qan dövranını tənzimləyir. 12 həftə ərzində yüksək miqdarda kakao flavanolları olan içkilər qəbul edən qadınlarda içməyənlərlə müqayisədə dərinin qabıq bağlaması və ləkələnməsində azalma müşahidə edilir. Kakaonun faydalarından yararlanmaq və eyni zamanda çəki artımının qarşısını almaq üçün gündəlik 28 qram və ya 150 kalori yeyilməlidir.

Fındıq

Fındıq

E vitamini bir antioksidantdır. Bu səbəbdən dəridə “foto-yaşlanma”nın və ultrabənövşəyi şüaların yaratdığı zərərin qarşısını almaqda faydalıdır. Həmçinin dərinin nəmləndirilməsinə və yumşaldılmasına kömək edir. Bir insanın gündəlik E vitamini ehtiyacı orta hesabla 8-10 mq təşkil edir. E vitamini dənli bitkilərdə, ispanaq, balqabaq, kələm, kahı, zeytun yağı, balıq yağı, fındıq, qoz, ton balığı, sardina, yumurta sarısı, pomidor və kartof kimi yaşıl tərəvəzlərdə vardır. Xüsusən bir ovuc fındıq gündəlik E vitamini ehtiyacını böyük ölçüdə qarşılayır.Yetərli və balanslı qidalanmağımız və gündəlik ehtiyacımız olan vitamin və mineralları qəbul etməyimiz təkcə sağlamlığımıza deyil, həm də dərimizə təsir edir. Buna görə də sağlam qidalanmaq dərinin lazımi qidaları almasını və elastikliyini qorumasını təmin edir, sallanmanın qarşısını alır, quruluq və qırışların əmələ gəlməsini gecikdirir. Bəs hansı qidalar dərimizi gözəlləşdirir?

Məqaləyə emosiya bildir:
emotion
13
emotion
0
emotion
0
emotion
0
emotion
6
emotion
0
emotion
0
Dostlarınla paylaş:
1 il əvvəl
1989 dəfə oxundu
ilk.az-çılar nə deyir?