Devid Kemerona Ukraynanın keçmiş prezidenti adından saxta zəng edilib

Devid Kemerona Ukraynanın keçmiş prezidenti adından saxta zəng edilib

Ukraynanın keçmiş prezidenti Petro Poroşenko olduğunu iddia edən şəxs Böyük Britaniyanın xarici işlər naziri Devid Kemerona videozəng edib.

ILK.AZ Azərtac-a istinadən xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb. Bildirilib ki, Devid Kemeronla özünü Ukraynanın keçmiş Prezidenti (2014-2019) Petro Poroşenko kimi təqdim edən şəxs arasında qısa videozəng olub. Həmin şəxs nazirdən başqalarının əlaqə nömrəsini istədikdən sonra Kemeron şübhələnməyə başlayıb və zəngi dayandırıb.

Qeyd edilib ki, nazirlik zəngi araşdırıb və bunun saxta olduğunu təsdiqləyib. Bildirilib ki, nazirlik başqalarının da bu təhlükədən xəbərdar olması üçün hadisəni ictimailəşdirmək qərarına gəlib.

Qeyd edək ki, siyasətçilər son aylarda süni intellekt (AI) texnologiyasının təkmilləşməsi fonunda artan dezinformasiya təhlükəsi ilə bağlı xəbərdarlıqlar alıblar.

Aytən Abbaslı

London

Mənbə: AZƏRTAC

Məqaləyə emosiya bildir:
1 ay əvvəl
449 dəfə oxundu
ilk.az-çılar nə deyir?
Fikirlər (0)
Oxşar yazılar
İtaliya Suriyadakı səfirliyinin fəaliyyətini bərpa edir
İtaliya 2012-ci ildə bağladığı Suriyadakı səfirliyinin fəaliyyətini yenidən bərpa...
  • 20 dəq. əvvəl
  • 7
Türkiyə Ordusu İraqın şimalında hava əməliyyatı keçirib, çoxlu sayda terrorçu zərərsizləşdirilib
Türkiyə Silahlı Qüvvələri İraqın şimalında terrorçulara qarşı hava əməliyyatı...
  • 1 saat əvvəl
  • 18
Aİ Şurası 7 ölkə ilə bağlı təhqiqata başlayıb
Avropa İttifaqı Şurası ifrat büdcə kəsirinə görə 7 ölkə ilə bağlı təhqiqata...
  • 2 saat əvvəl
  • 26
Aİ Rusiyanın dondurulmuş aktivlərindən Ukraynaya 1,5 milyard avroluq ilk tranş ayırıb
Aİ Ukraynaya dəstək olaraq Rusiyanın dondurulmuş aktivlərindən 1,5 milyard avroluq ilk...
  • 3 saat əvvəl
  • 34
“Euronews” kanalında Azərbaycanda rəqəmsal təhsil barədə süjet yayımlanıb
“Euronews” xəbər kanalı Azərbaycanda rəqəmsal təhsilə həsr olunmuş videoçarx...
  • 4 saat əvvəl
  • 37
Peskov Rusiyada doğum səviyyəsini fəlakətli hesab edir
Rusiyada doğum səviyyəsi fəlakətli dərəcədə aşağı səviyyəyə enib və xalqın...
  • 5 saat əvvəl
  • 44