Dırnaqların qırılmasının səbəbləri

Dırnaq qırılması problemi xüsusən qadınları narahat edir. Dırnaq boyası dırnaqların qırılmasına səbəb ola bilər. Dırnaq qulluğu sağlam və baxımlı olmağın əsas şərtlərindəndir. Qan dövranının pozulması dırnaqların qırılma səbəbləri arasındadır. Vitamin çatışmazlığı da buna gətirib çıxara bilər. Dəmirlə zəngin olan qırmızı ət və yaşıl tərəvəzlər dırnaq sağlamlığı üçün vacib qidadır.

Dırnaq qırılmasının səbəbləri

qırılmış dırnaq

- Vitamin çatışmazlığı
- Sağlam qidalanmamaq
- Dırnaqların susuz qalması
- Dırnaq boyaları
- Qan dövranı sisteminin pozulması
- Revmatizm
- Göbələk
- Sədəf xəstəliyi
- Uzun müddət isti və sabunlu su ilə təmas
- Tez-tez manikür edilməsi

Sarı dırnaq sindromu: sarı dırnaq sindromu zamanı dırnaqlarda qalınlaşma olur və dırnaq sarımtıl və ya yaşıltəhər rəng alır. Dırnaqlarda sədəfdən ayrılma və təbəqələşmə kimi problemlər yaranır. Sarı dırnaq sindromu aşağıdakı xəstəliklər zamanı rast gəlinir:

- Ağciyər xəstəlikləri
- İmmun sistemi çatışmazlığı
- Sinir sistemi xəstəlikləri
- Döş, ağciyər, lenfoma və məsamə xərçəngi
- İstifadə olunan bəzi dərmanların yan təsirləri

Dırnaq təbəqələşməsi: dırnaqların tez-tez suda qalması, aseton istifadə olunması dırnaqlarda təbəqələşmə yarada bilər. Manikürdən ifrat istifadə də bu problemə səbəb ola bilir. Dırnaq təbəqələşməsi aşağıdakı xəstəliklər zamanı yaranır.

- AİDS
- Pankreas xəstəlikləri
- Bəzi qan xəstəlikləri və travmalar

Dırnaq qulluğu

Dırnaq boşalması (onikolizis): protez dırnaq istifadəsi və günəş altında çox qalmaq dırnaqların sədəfdən aralanması ilə nəticələnə bilər.dırnaq boşalması aşağıdakı xəstəliklər zamanı müşahidə olunur.

- Qan dövranı pozuqluğu

- Eqzema
- Doğuş zamanı yaranan dəri pozuqluqları
- Triod xəstəlikləri
- İfrat tərləmə
- Sədəf xəstəliyi
- Dırnaq göbələyi


Dırnaq qırılmalarına qarşı təbii müalicə üsulları

dırnaq baxımı

Sirkə müalicəsi

- 4 xörək qaşığı sirkə
- 1 qaşıq duz

Hazırlanması:

Duz və sirkəni qarışdırın. Əllərinizi bu qarışıqda 5 dəqiqə saxlayın. Sonra əllərinizə nəmləndirici çəkin. Bu üsulu həftədə 2 dəfə təkrarlayın.

Limon və sirkə müalicəsi

- 1 qaşıq limon suyu
- 1 qaşıq duz
- 1 çay qaşığı zeytun yağı
- 1 qaşıq sirkə

Hazırlanması

Bunları bir qaba əlavə edib qarışdırın. Əllərinizi bu qarışıqda saxlayın. Bu üsulu səhər və axşam tətbiq edin.

Məqaləyə emosiya bildir:
emotion
4
emotion
0
emotion
0
emotion
0
emotion
0
emotion
1
emotion
0
Dostlarınla paylaş:
2 il əvvəl
4304 dəfə oxundu
ilk.az-çılar nə deyir?