Doğumu asanlaşdıran üsullar

Əks bir durum olmadıqda dünyaya uşaq gətirməyin ən yaxşı yolu təbii yoldur. Təbii ki, bir üsulun təbii olması asan olacağı anlamına gəlmir. Bir körpəni dünyaya gətirmək nə qədər möcüzəvi olsa da, bir o qədər əzablı bir işdir. Ancaq bunu asanlaşdıran üsullar da mövcuddur.

Kardio məşqləri

Doğumu asanlaşdıran kardio məşqləri

İdman təkcə arıqlamaq üçün edilən bir fəaliyyət deyil. O, həyatın bir hissəsinə çevrilməlidir. Məşqləri hamiləlik dönəmində də davam etdirmək gərəkdir. Xüsusən piyada gəzmək, velosiped sürmək, üzmək kimi kardio məşqlər ürək ritmini və nəfəs alıb-verməyi sürətləndirir. Bu isə orqanizmdəki bütün sistemlərin sağlam çalışmağına və psixoloji rahatlığa səbəb olur.

Pilates və yoqa kimi məşqlər, boyun, onurğa və çanaq əzələlərini gücləndirir, çəkiyə nəzarət edir, qan dövranını sürətləndirir, zehni sakitləşdirir və stressi azaldır.

Bədən, zəka və şüur arasındakı əlaqəni gücləndirir. Başqa sözlə, ana olmağa namizədə doğumu reallaşdırmaq üçün ehtiyac duyacağı fiziki və ruhi vəziyyətin güclənməsini təmin edir. Hamiləlikdə yoqa və pilates kimi məşqləri etməmişdən qabaq həkimə müraciət etmək lazımdır.

Kegel məşqləri

Doğumu asanlaşdıran kegel məşqləri

Qadınların ən böyük qorxusu doğumla birlikdə pelvik tavanı əzələlərinin rahatlaması ilə bağlı olaraq idrar qaçırma, cinsi funksiya pozğunluğu, qəbzlik, pelvik ağrı və digər problemlərdir. Kegel məşqləri ilə həm daha asan və ağrısı doğum etmək, həm də doğuşdan sonra yarana biləcək pelvik tavan yetərsizliyi problemlərini aradan qaldırmaq mümkündür.

Hamiləliyin başlanğıcından doğuma qədər inamla edə biləcəyiniz bu məşq körpəni daha güclü itələməyə və ləyən sümüyünün alt qismində yer alan əzələlərin doğuşdan sonra daha tez əvvəlki gücünə qayıtmasına kömək edir.

Aromatik yağlar

Doğumu asanlaşdıran aromatik yağlar

Qədim zamanlardan bəri aromatik və uçucu bitki yağları bir sıra problemlərin aradan qaldırılması üçün istifadə olunub. Çünki bəzi yağların tərkibində olan maddələr qoxu alma yolu ilə orqanizmə girərək beyinə təsir göstərir. Beynin müəyyən mərkəzlərini xəbərdar edərək insana xoşbəxtlik və zövq verən, stressi azaldan hormonların artmasına kömək edir.

Gül, lavanda, şirin portağal və qara istiot yağı ruhi problemlərdən qaynaqlanan ağrıları azaldır, rahatladıcı təsiriylə doğumu asanlaşdırır. Bunları hamam vannası suyuna əlavə edərək buxarlanma yolu ilə otağa qoxu yaymasını təmin edə və ya onlarla masaj edə bilərsiniz.

Cinsi əlaqə

Doğumu asanlaşdırmağın yolları

Hamiləlik zamanı cinsi əlaqəyə girmək qadağan olunmur. Lakin bəzi məqamlara diqqət yetirmək lazımdır.

Cinsi əlaqə zamanı orqazm olmaq eynən doğum zamanı olduğu kimi, rəhm büzülməsinə səbəb olur. Bu isə gərilmələrə hazırlaşmağınızı təmin edərək doğumu asanlaşdırır. Cinsi əlaqəyə girmək orqanizmdə təbii olaraq yer alan və ağrıkəsici xüsusiyyəti olan kimyəvi maddələrin atılmasını təmin edir.

Burada diqqət edilməsi vacib olan əsas məsələ həkimin tövsiyə etdiyi, hamiləlik ayına uyğun mövqelərin tətbiq olunmasıdır.

Döş uclarını xəbərdar etmək

Doğumu asanlaşdıran ən yaxşı üsullar

Doğumu başlatmağa kömək edən və doğumu asanlaşdıran üsullar arasında ən təsirli olanlardan biri də döş uclarını xəbərdar etməkdir. Qadınlara verilən süni sancı əslində oksitos hormonudur. Bu hormon bədən tərəfindən təbii yollarla
təmin oluna bilər. Döş uclarının xəbərdar olunması oksitosin hormonuna təsir edir və prosesə başlamağa kömək edir.

Fatma ana əli otu

Doğumu asanlaşdıran otlar

Məryəm ana otu olaraq da tanınan bu bitkinin hamilə qala bilməyənlərin uşaq sahibi olmasına kömək etdiyinə və doğumu asanlaşdırdığına inanılır. Quru kökə bənzəyən və ya yumruğu xatırladan Fatma ana əli otu suya qoyulub 20-30 dəqiqə
saxladıldıqdan sonra gündə iki stəkan içilir. Bitkinin içində yer alan estrogen hormonu su ilə birlikdə qadının bədəninə daxil olaraq doğuma köməkedir. Doğuma 2-3 qalmış içilməlidir.

Asan doğum tövsiyələri

Bu tövsiyələrin köməyi ilə körpənizi çox əzab çəkmədən qucağınıza ala bilərsiniz.

- Doğum həkiminizin yanında özünüzü rahat hiss etməlisiniz. Əgər ona sual verməyə çəkinirsinizsə, vaxt itirmədən həkiminizi dəyişdirin.

- Sizinlə birlikdə doğuma girəcək tibb bacıları ilə əvvəlcədən tanış olun. Psixoloji cəhətdən rahat olmağınız doğumu asanlaşdırar.

- Formada qalmağa diqqət edin. Çəkisi normadan artıq və ya az olan qadınların doğum prosesi bir az çətin olur.

- Balansli və sağlam qidalanmaya önəm verin. Körpənizi dünyaya gətirmək üçün bol enerjiyə, güclü bədənə ehtiyacınız var..

- Perineum yırtıqlarından qorunmaq üçün badam yağı və ya buğda yağı ilə perineum bölgəsini masaj edin.

- Həyat yoldaşınız və ya güc aldığınız başqa bir yaxınınızla doğuma girin.

Ana olmaq, bir canlı dünyaya gətirmək gözəl hisdir. Buna görə ana olmağa hazırlaşanlar doğumu asanlaşdıran üsullarla bağlı həkimlə təmasda olmalıdırlar.

XƏBƏRDARLIQ!

Məqalədə yer alan yazılar və şəkillər müxtəlif mənbələrdən toplanmışdır və məlumat, nümunə xarakter daşımaqdadır. Qəti bir diaqnoz və müalicə keyfiyyəti yoxdur. Hər hansı bir sağlamlıq probleminiz varsa həkiminizlə məsləhətləşin. Unutmayın, sağlamlıq problemlərində tətbiq olunan müalicə üsulları şəxslərin bioloji, irsi xüsusiyyətləri, yaş, boy, çəki fərqlərinə, allergik cəhətlərinə və onlarla belə fərqli vəziyyətə görə dəyişə bilər. Yalnız həkiminiz sağlamlıq problemlərinizin müalicəsində sizə kömək edə bilər.

Məqaləyə emosiya bildir:
emotion
1
emotion
0
emotion
0
emotion
0
emotion
0
emotion
0
emotion
0
Dostlarınla paylaş:
2 il əvvəl
2717 dəfə oxundu
ilk.az-çılar nə deyir?