Dost haqqında whatsapp status üçün yazılı şəkillər və hikmətli sözlər
Dostluq zamana və yerinə baxmadan, maddi və mənəvi keyfiyyətlərə o qədər də əhəmiyyət verməyən dünyanı ağ-qara rəngdə yox, rəngarəng görən duyğu və duşüncəsini özündə cəm edən insandır.
Dostluq həyatın ən gözəl anlamıdır. O qədər dəyərli bir münasibətdir ki… Sözlərlə anladılması çətindir. Bunu qorumaq üçün sidq ürəkdən çalışmaq lazımdır.
İstifadəçi istəklərini nəzərə alaraq sizlər üçün yazılı şəkillər paylaşmaq qərarına gəldik. Dost haqqında gözəl şəkillər və sözlər paylaşdıq. Dost haqqında olan bu şəkilləri telefonunuza yükləyərək whatsapp statusunuzda paylaşa bilərsiniz. Dost barəsində olan sözləri də kopyalayaraq dostlarınızla paylaşa bilərsiniz.
Ayıbsız dost axtaran dostsuz qalar.
Şirin danışan bir dosta rast gəlsən,
Ondan başqa bir şey tələb etmə sən.
Xoş olmaq istəsən, xoş dostlar tanı,
Xoşbəxt xoşbəxt edər çünki insanı.
Əsl dost, ağır günündə sənə heç-bir qarşılıq gözləmədən sevgi göstərən biridir; sənə qarşı heç bir kin tutmadan qəzəbinə və sevincinə dözən biridir.
Yaxşı dostu olanın güzgüyə ehtiyacı yoxdur.
İtirə bilməyəcəyim çox az dostum var.
Əsl dostların olmaması təkliyin ən pisidir.
Dəniz dərin olan kimi dostluq əbədi, unudulmazdır.
Döyüşdə, şənlikdə, harada olsan,
Heç zaman ayrılma yaxşı dostlardan.
Şadlıq və əyləncə bəzminə düşsən,
Nəşəli yoldaşlar tap özünə sən.
Dostun sirrini dost bilər.
Əsl dost o kəsdir ki, əlindən tutub qəlbini hiss edəcək.
Dost mövzusunda çox şanslıyam. Yaxşı günlərimdə həmişə yanımdadırlar!
Əsl dostlar ulduz kimidir, qaranlıq düşəndə görünür ...
Və bəzən; Sizinlə danışmaq xoşdur, deyə biləcəyiniz biri olmalıdır.
Ölmək üçün bir dost tapsaydım, dostum üçün ölərdim. Başa düşdün?
Əgər hər kəs dost sandığı kəslərin bir də öz arxasından söyləmiş olduqlarını eşitsəydi, dünyada çox az dost qalardı.
Tez -tez dostunuzun evinə gedin, çünki istifadə olunmamış yol kollarla örtülmüşdür.
Dostluq unudulmayacaq qədər gözəldir, nadir insanlarla yaşanacaq qədər özəldir.
Bir yerdə olanda hər şeyi unudduğumuz insanlar var, onları unutmaq çox çətindir.
Bir "dost" kimdir? İki bədəndə var olan tək bir ruhdur.
Dost uğrunda ölmək asandır, lakin uğrunda ölünəcək dostu tapmaq çətindir.
Yaxşı insanlarla dostluq edin. Pis insanla ünsiyyət qurmaqdansa tək qalmaq daha yaxşıdır.
Pulla alınmayan həyatda ən dəyərli şey; Sənin problemini öz problemi kimi görən bir dostdur.
Dostlarınla paylaş:
53608 dəfə oxundu
ilk.az-çılar nə deyir?
Fikirlər (33)
Dostun sevgisini heç itirməyin
D..ar gündə O..landa S..əni T..apdım❤
benimde arkadasim var
Çoox ela
Ən gözəl dost Allahdır Əlhəmdülillah
Dost axdarsisa ağ eşeg
yaxşıdı
Mənim sə bir dostum var oda qəlbimdə olan allahdır!!!
Menim 2 dostum var mənim pis gunumdedə yaxşı gunumde də yanımda olan ANAM və ATAM Allah bütün valideyinləri qorusun Amin
Menim dostum anamdadi çünki o mənim pis gunumdedə yaxşı gunumnede mənim yanımda olub allah onu bizə cox görməsin Amin