Dostoyevski sözləri - Dostoyevskinin ən gözəl aforizmləri, fikirləri

Yenilənmə tarixi: 2023-04-26

Dünya ədəbiyyatının ən böyük yazıçılarından biri olan Feodor Mixayloviç Dostoyevskinin ən gözəl fikirlərini bir yerə toplamışıq. Onları sizə təqdim edirik.

1. Yanlış insandan səmimiyyət gözlədiyin an üzülürsən.

2. Güc ancaq əyilib onu almaq cəsarəti göstərənlərə verilir.

3. Ayaqları altındakı səki daşları kimi, hər şey kar və cansızdır onun üçün. - Cinayət və Cəza

4. Bizim kimi sadə və fani insanlar ən sonda uduzurdu. - Qumarbaz

5. Deyirlər, tox acın halından anlamır, amma bəzən ac da acın halından anlamır.

Dostoyevski sözləri

Düşmənlərin var? Nə gözəl. Deməli, bu həyatda bəzi məsələlərdə sərt bir mövqe sərgiləmisən.

Səmimi və gözəl olan hər şey həmişə özünü bağışlayır.

Yaxşı adamlar tənhalıqdan ölürlər, yaxşı qadınlar isə pis adamların eyvanlarından göyə baxarkən.

Hər kəs hər kəsin qarşısında hər şeyə cavabdehdir.

Zamana güvənin, hər şey unudulur.

Yetkinləşmək heç bir şeyə təəccüblənməməkdir.

"Xəyalda olan şeylər insanın həyatını doldurmaq üçün ən böyük gücdür."

"Həyatın həqiqəti, çox sadədir: yaşamaq lazımdır."

Dostoyevski dediyi sözlər

Qapılarını bağlamamağa sövq edən, heç nəyi olmayan insanlar necə də xoşbəxtdirlər.

İnsanlar bədbəxt olmadıqca başqalarının bədbəxtliyini başa düşmürlər. Bədbəxt bir insanın həssaslığı daha güclü olur.

Sevilmək üçün insan özünü göstərməməlidir. Üzünü göstərəndə sevgi itir. - Karamazov Qardaşları

Rahatlıqla xoşbəxtlik olmaz. Xoşbəxtlik əzabla əldə edilər, insanoğlu həyata xoşbəxt olmaq üçün gəlməyib.

Məncə, şeytan deyə bir şey gerçəkdə yoxsa, insanoğlu onu uydurubsa, özünə baxaraq,özünü nümunə götürərək uydurub.

Əslində insanı ən çox incidən şey məyusluq deyil, yaşanması mümkün olan və yaşanmayan xoşbəxtliklərdir.

Dostoyevskidən ən gözəl aforizmlər

İnsanların bir-birlərini tanıması üçün ən yaxşı vaxt ayrılmalarına yaxın vaxtdır.

Ürəyi olan, amma ağlı olmayan bir qadın ağlı olan, amma ürəyi olmayan bir qadın qədər bədbəxtdir.

İnsan məqsədə çatmaq üçün çalışmağı sevir, lakin ona çox da nail olmaq istəmir; bu, şübhəsiz ki, gülüncdür.

Tanrı olmasaydı, hər şey daha yaxşı olardı.

Qarşına heç vaxt doğru insan çıxmır. Ya vaxt yanlış olur, ya da insan.

Gözəl ürəkli, ağılsız bir axmaq pis ürəkli ağıllı axmaqlar qədər bədbəxtdir. Bu məlum həqiqətdir. Mən gözəl ürəkli, ağılsız axmağam. Sənsə ağıllı, pis ürəkli axmaqsan. İkimiz də bədbəxtik, ikimiz də əziyyət çəkirik.

"Sənin həyatındakı ən mühüm vəzifən, özünü tapmaq və sonra onu başqaları üçün fərqli vəziyyətlərdə istifadə etməkdir."

"Həyatın hər anında, insanın ruhu, rənglər kimi dəyişir."

Ən gözəl Dostoyevski sözləri

Bu dünyada ən çətin şey özünə sadiq qalmaqdır.

Səni məndən qoparırlar. Yox, yox! Səni yox, ürəyimi qoparırlar. Həm ağlayırsan, həm gedirsən.

Hamının səhv etdiyi şeyi sən düz edirsən, hər kəsin düz etdiyi şeyi sən səhv edirsən.

İndi mən nəyəm? Sıfıram. Sabah nə ola bilərəm? Sabah dirilib yenidən yaşaya bilərəm! Tamamilə məhv edilmədən içimdəki adamı tapa bilərəm.

Sevgi! Sevgi hər şeydir. Sevgi bir qızın dəyəri biçilməyəcək sərvətidir. Belə sevgi üçün ölümü gözə alan kişilər var. Bəs sənin sevginin dəyəri nədir?

Günahla, haqsızlıqla, müxtəlif hiylələrlə qapalıyıq, amma dünyanın bir guşəsində müqəddəs, böyük biri var. O haqq yolundadır, haqqı tapıb, deməli, dünyada haqq var. Bizə də çatacağını gözləyə bilərik. Kitabların vəd etdiyi kimi, bir gün bütün dünyada hökmranlığa başlayacaq.

Dostoyevski aforizmləri

Olaylar əllə tutulur, olaylar özünü bəlli edir, olaylar hər şeyi ortaya qoyur, amma duyğular başqa bir şeydir.

Cənablar, and içirəm, hər şeyi həddindən artıq doğru anlamaq bir xəstəlikdir. Normal bir insanın anlayış gücü çox olmamalıdır. - Yeraltıdan qeydlər

Qardaşlar və bacılar, sevgi bir tərbiyəedici qüvvədir, amma əldə etmək çox zəhmət tələb edir. Çünki müəyyən bir anlıq deyil, sona qədər sevməyi bacarmaq lazımdır.

Bəzən insanlar kiminsə "heyvan kimi" hərəkət etməyindən danışırlar. Ancaq bu, heyvanlara haqsızlıq və həqarətdir. Bir heyvan insan qədər usta, peşəkar zülmkar ola bilməz.

Böyük düşüncələr böyük zəkadan daha çox böyük ürəyin məhsuludur.

Xeyr, ləyaqətsiz hərəkət etməyi heç vaxt istəmərəm.

"Cəmiyyət cəzalandırmaqda nə qədər çox təəccüblüdür. Mənim fikrimcə, cəzalandırmanın ən böyük dəyəri, insanda düzgünlüyü təmin etmək və insanı yanlışdan çəkindirməkdir."

"Əgər dünyada cənnət varsa, o, sevgidədir."

Dostoyevski çox gözəl sözlər

İnsan özünə olan hörmətini, ləyaqətini və inamını itirdisə, işi bitib.

Hər şeyi danışdılar, yoxsa danışmağa gərək qalmadan razılaşdılar? Çox vaxt belə olur, sözlər heç nəyə yaramır. İnsanlar bir-birilərinin fikirlərini gözlərindən oxuyurlar. - Cinayət və Cəza

"Çox kiçik şeylər"... Amma bu kiçik şeylər vacibdir. Bu kiçik şeylər həmişə hər şeyi məhv edir. - Cinayət və Cəza

Məqsədinə çatmaq üçün heç nəyə xor baxma. Hamımızın güvəndiyimiz bu "bəlkə" heç də az bir ümid deyil.

Təriflənməyi sevməyən bütün təmiz, cəsur, ürəkli insanlar kimi sözlərimdən bezmişdi: "Çay istəyirsiniz?" deyib sözü dəyişdirdi.

Bir sehr və ya möcüzəvi bir qüvvə son illərdə yaşadıqlarımı unutdura bilsəydi, sakit başla, yeni iradəylə hər şeyə təzədən başlayardım.

Real həyat da çətin, ağrılı idi...Gözlərimdən yaş töküldü. Düşünürəm ki, bu, həyatımda ilk dəfə baş verirdi. Göz yaşlarımı saxlaya bilmirdim...

Status üçün Dostoyevski sözləri

...amma heç vaxt ərlə arvad arasında və ya iki sevgilinin arasında olan hadisələr barədə qətiyyətlə danışmayın. Bu işdə heç kimin bilmədiyi, təkcə ikisinin bildiyi gizli bir məqam olur.

Böyük zəka və dərin bir ürək üçün ağrı və əzab həmişə qaçılmazdır. Həqiqətən də böyük insanlar yer üzündə ən böyük kədərə sahibdirlər.

Bəlkə də öz yalanınız başqalarının həqiqətini təkrarlamaqdan daha yaxşıdır. - Cinayət və Cəza

Zəka, zənnimcə, parlaq bir varlıq, təbiəti gözəlləşdirən bir bəzək, həyatın təsəllisidir.

Yalan sevimli bir şeydir, çünki bizi həqiqətə aparır. Pis olan isə danışdığın yalanlara özünün də inanmağındır.

İnsan nə qədər çox hiyləgər olsa, sadə şeylərin tələsinə düşəcəyinə bir o qədər az şübhə edər.

Bəzən həyatda heç görmədiyimiz insanlarla elə qarşılaşmalar olur ki, onlarla bir kəlmə də danışmadan əvvəl ilk baxışdan onlarla münasibət qurmağa başlayırıq.

Dostoyevski mesajları

Başqalarının səfalətinə baxıb öz hallarına şükür edənlərdən diksinirəm.

Burada axmaqlıq hesab edilən bir şey sabah ağıllılıq hesab olunacaq. Burada indi təbii olmayan bir şey orada tamamilə təbii sayılacaq.

Ağrı və kədər vicdan və geniş ürək üçün həmişə vacibdir.

Dostoyevskidən gözəl sözlər

"Xatırlatmaq istərdim ki, ən ağır şey dünya və insan haqqında bilmədiklərimizdir."

"Sevgi və hörmət göstərilməyən məkanda yaşamaq mümkün deyil."

Məqaləyə emosiya bildir:
2 il əvvəl
15463 dəfə oxundu
ilk.az-çılar nə deyir?
Fikirlər (0)
Oxşar yazılar
Sevgi qeydləri - Ən şirin sevgi mesajları
Ən gözəl sevgi sözcükləri, sevgi mesajları, sevgiliyə yazmaq üçün mənalı sevgi...
  • 11 ay əvvəl
  • 14589
Azanla əlaqəli sözlər
Azan haqqında olan ən gözəl və mənalı sözləri sizə təqdim edirik. Azan islamın...
  • 11 ay əvvəl
  • 7605
Instagram-da fotolara yaza biləcəyiniz sevgi sözləri
Sevgi hisslərinizi göstərmək üçün Instagram-da fotolarınıza yaza biləcəyiniz sevgi...
  • 11 ay əvvəl
  • 9462
Xoş gəldin, may mesajları
Mayın gəlişi ilə bağlı yazılı şəkillər hazırlamışıq. Bunları Whatsapp durumunuzda...
  • 12 ay əvvəl
  • 8004
Qız övladı haqqında gözəl sözlər
Atanın qız övladı üçün whatsapp statusda paylaşmaq üçün gözəl sözlər. Anadan...
  • 1 il əvvəl
  • 24310
Facebook üçün qısa statuslar
Milyonlarla insan bir-biri ilə əlaqə saxlamaq və hisslərini bölüşmək üçün Facebook-dan...
  • 1 il əvvəl
  • 10591