Dövlət Ekoloji Təhlükəsizlik Xidməti: Sosial şəbəkələrdə yayılımış görüntülərlə əlaqədar araşdırma aparılıb

Dövlət Ekoloji Təhlükəsizlik Xidməti: Sosial şəbəkələrdə yayılımış görüntülərlə əlaqədar araşdırma aparılıb

Nardaran qəsəbəsi "Daçnik" adlanan çimərliyin sahilinin çirklənməsi ilə bağlı sosial şəbəkələrdə yayılımış görüntülərlə əlaqədar Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin və Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsinin əməkdaşları tərəfindən yerində araşdırma aparılıb.

Bu barədə Dövlət Ekoloji Təhlükəsizlik Xidmətindən bildirilib.

Xidmət rəsmisi Qafar Ağayev bildirib ki, araşdırma zamanı dənizin sahilində çirkab su müşahidə edilməyib, lakin mamır və qırmızı yosun toplantısına rast gəlinib.

Xidmət rəsmisinin sözlərinə görə, fotolardakı görüntünün Xəzər dənizinin geri çəkilməsi səbəbindən mamır və qırmızı yosunun ərazidə toplanaraq suyun çirkab olması fonunu yaratdığı müəyyən olunub: “Vizual olaraq ərazidə tullantı suları aşkar edilməsə də, mütəxəssislər tərəfindən analiz olunması üçün sudan nümunə götürülüb. Laborator analizin nəticəsi müəyyən olunduqdan sonra tərəfimizdən əlavə məlumat veriləcək”.

Mənbə: AZƏRTAC

Məqaləyə emosiya bildir:
2 ay əvvəl
461 dəfə oxundu
ilk.az-çılar nə deyir?
Fikirlər (0)
Oxşar yazılar
Füzuliyə uçuşların həyata keçirilməsi Azərbaycanda mülki aviasiyasının inkişafının yeni mərhələsidir
İyulun 17-dən etibarən “Azərbaycan Hava Yolları” Bakıdan Füzuliyə və əks...
  • 15 dəq. əvvəl
  • 4
Venesuelada daxili problemlər qaz hasilatına mane olur
Qlobal enerji üzrə statistik icmala əsasən, Venesuela təbii qaz ehtiyatlarına görə dünyada...
  • 1 saat əvvəl
  • 13
Çində əhali artımı aşağı templə gedir
Paradoksal olsa da, 1,4 milyard əhalisi olan Çində demoqrafik vəziyyət dəyişir.AZƏRTAC...
  • 2 saat əvvəl
  • 24
BMT-nin Baş katibi insanları ekstremal istilərdən qorumaq üçün təcili tədbir görməyə çağırır
BMT-nin Baş katibi Antonio Quterreş dünyada milyardlarla insanı ekstremal istilərin...
  • 3 saat əvvəl
  • 26
İtaliya Suriyadakı səfirliyinin fəaliyyətini bərpa edir
İtaliya 2012-ci ildə bağladığı Suriyadakı səfirliyinin fəaliyyətini yenidən bərpa...
  • 4 saat əvvəl
  • 37
Türkiyə Ordusu İraqın şimalında hava əməliyyatı keçirib, çoxlu sayda terrorçu zərərsizləşdirilib
Türkiyə Silahlı Qüvvələri İraqın şimalında terrorçulara qarşı hava əməliyyatı...
  • 5 saat əvvəl
  • 42