Dövlət Komitəsinin nümayəndə heyəti bir sıra Türkiyədə görüşlər keçirib

Dövlət Komitəsinin nümayəndə heyəti bir sıra Türkiyədə görüşlər keçirib

Türkiyə Respublikasında səfərdə olan Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov Türkiyənin Diyanət İşləri İdarəsinin sədri Ali Erbaş ilə görüşüb.

Dövlət Komitəsindən bildirilib ki, görüşdə ölkələrimiz arasında qardaşlıq və dostluq əlaqələrinin bütün sahələrdə uğurla inkişaf etdiyi məmnunluqla vurğulanıb.

Bildirilib ki, Azərbaycanla Türkiyə arasında digər istiqamətlərdə olduğu kimi, din sahəsində də əməkdaşlıq yüksək səviyyədə qurulub və hər iki tərəf bu əlaqələrin dərinləşdirilməsində, dini məsələlərin tənzimlənməsi ilə bağlı təcrübə mübadiləsinin genişləndirilməsində maraqlıdır.

Sonra Ramin Məmmədovun rəhbərlik etdiyi nümayəndə heyəti Türkiyənin Diyanət Akademiyası və Diyanət Vəqfində olub.

Diyanət Akademiyasının sədri Enver Osman Kaan ilə görüşdə Ramin Məmmədov xalqlarımız arasındakı tarix boyu formalaşmış möhkəm təməllərə əsaslanan qardaşlıq münasibətlərinə diqqət çəkib. Qardaş ölkələrin dini-mənəvi sahədə əməkdaşlığının önəminin vurğulandığı görüşdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi ilə Türkiyənin Diyanət İşləri İdarəsi arasında əlaqələrin inkişaf etdirilməsinin vacib olduğu bildirilib.

Səfərdə nümayəndə heyətini Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov müşayiət edir.

Mənbə: AZƏRTAC

Məqaləyə emosiya bildir:
1 ay əvvəl
482 dəfə oxundu
ilk.az-çılar nə deyir?
Fikirlər (0)
Oxşar yazılar
İtaliya Suriyadakı səfirliyinin fəaliyyətini bərpa edir
İtaliya 2012-ci ildə bağladığı Suriyadakı səfirliyinin fəaliyyətini yenidən bərpa...
  • 42 dəq. əvvəl
  • 13
Türkiyə Ordusu İraqın şimalında hava əməliyyatı keçirib, çoxlu sayda terrorçu zərərsizləşdirilib
Türkiyə Silahlı Qüvvələri İraqın şimalında terrorçulara qarşı hava əməliyyatı...
  • 1 saat əvvəl
  • 20
Aİ Şurası 7 ölkə ilə bağlı təhqiqata başlayıb
Avropa İttifaqı Şurası ifrat büdcə kəsirinə görə 7 ölkə ilə bağlı təhqiqata...
  • 2 saat əvvəl
  • 28
Aİ Rusiyanın dondurulmuş aktivlərindən Ukraynaya 1,5 milyard avroluq ilk tranş ayırıb
Aİ Ukraynaya dəstək olaraq Rusiyanın dondurulmuş aktivlərindən 1,5 milyard avroluq ilk...
  • 4 saat əvvəl
  • 36
“Euronews” kanalında Azərbaycanda rəqəmsal təhsil barədə süjet yayımlanıb
“Euronews” xəbər kanalı Azərbaycanda rəqəmsal təhsilə həsr olunmuş videoçarx...
  • 4 saat əvvəl
  • 39
Peskov Rusiyada doğum səviyyəsini fəlakətli hesab edir
Rusiyada doğum səviyyəsi fəlakətli dərəcədə aşağı səviyyəyə enib və xalqın...
  • 5 saat əvvəl
  • 46