Dövlət sərhədini pozmağa cəhd göstərən şəxs saxlanılıb

Dövlət sərhədini pozmağa cəhd göstərən şəxs saxlanılıb

Azərbaycan Respublikasının dəniz sərhədlərinin etibarlı mühafizəsinin təmin edilməsi, Xəzər dənizində rejim qaydalarına nəzarətin gücləndirilməsi sahəsində təxirəsalınmaz tədbirlər davam etdirilir.

Dövlət Sərhəd Xidmətinin (DSX) mətbuat mərkəzindən bildirilib ki, avqustun 25-də saat 21:00-da Xidmətin Sahil Mühafizəsi Xəzər dənizinin su səthinin müşahidəsi zamanı bir şübhəli şəxsin İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətinə dövlət sərhədini pozaraq Astara rayonunun sahil xəttinə doğru üzməsini müşahidə edib.

Aşkarlanmış şəxsin saxlanılması istiqamətində tədbirlər görülərək, sahil nəzarəti bölmələri aidiyyəti üzrə məlumatlandırılıb və sahil xətti boyu ərazinin qapadılması təmin olunub.

Sahil Mühafizəsinin bölmələrinin fəaliyyəti nəticəsində dövlət sərhədini pozaraq Azərbaycan ərazisinə keçməyə cəhd göstərən Əfqanıstan vətəndaşı 1998-ci il 24 aprel təvəllüdlü Mahmood Khil Bilal oğlu saxlanılıb.

Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Mənbə: AZƏRTAC

Məqaləyə emosiya bildir:
22 gün əvvəl
384 dəfə oxundu
ilk.az-çılar nə deyir?
Fikirlər (0)
Oxşar yazılar
Sorğu: Makron fransız siyasətçilərinin populyarlıq reytinqində 50 nəfər arasında 44-cü yerdədir
Fransa Prezidenti Emmanuel Makron “Paris Match” jurnalının və “Sud Radio”nun sifarişi...
  • 57 dəq. əvvəl
  • 13
Səfir Lətif Qəndilov: Dünya ümidlərini COP29-un Bakıda keçiriləcək qərarlarına bağlayır
Bu günlərdə Bişkekdə Mərkəzi Asiya və Əfqanıstanda iqlim dəyişmələri məsələləri...
  • 2 saat əvvəl
  • 25
Belarusdakı diaspor üzvləri təltif ediliblər
Sentyabrın 17-də Belarusun paytaxtı Minskdə Diaspor Fəaliyyətinə Jurnalistlərin Dəstəyi...
  • 2 saat əvvəl
  • 27
Dünyaşöhrətli səyyah: Bəxtimiz gətirdi ki, hava möhtəşəm idi
“Özümü çox yaxşı hiss edirəm”.ILK.AZ Azərtac-a istinadən xəbər verir ki, bu...
  • 3 saat əvvəl
  • 31
Azərbaycan cinayət məsuliyyətinə cəlb olunan üç Türkiyə vətəndaşını qarşı tərəfə təhvil verib
Türkiyənin hüquq-mühafizə orqanları ilə cinayətkarlığa qarşı mübarizə sahəsində...
  • 5 saat əvvəl
  • 41
Çempionlar Liqası: “Sabah” İsveç klubuna uduzub
Azərbaycanı basketbol üzrə Çempionlar Liqasında təmsil edən "Sabah" komandası bu gün ilk...
  • 5 saat əvvəl
  • 42