Dövlət Teatr Muzeyi “Təbiəti duyaraq sev!” adlı tədbir keçirib

Dövlət Teatr Muzeyi “Təbiəti duyaraq sev!” adlı tədbir keçirib

Hər il mayın 18-i dünya muzeyləri Beynəlxalq Muzeylər Şurasının (İCOM) eyni devizi altında birləşərək öz peşə bayramını qeyd edirlər. Bu il üçün elan edilmiş “Muzeylər, təhsil və tədqiqat” mövzusu özlüyündə hərtərəfli təhsil təcrübəsinin təmin edilməsində mədəniyyət müəssisələrinin mühüm roluna, daha şüurlu, dayanıqlı və inklüziv bir dünyanın yaradılmasına həsr olunub.

Peşə bayramı günündə Azərbaycan Dövlət Teatr Muzeyi bu devizi və Azərbaycan Respublikasında 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 25 dekabr tarixli Sərəncamını rəhbər tutaraq, həmçinin ölkəmizdə təşkil olunacaq BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasını - COP29–u dəstəkləyərək, mayın 18-də “Təbiəti duyaraq sev!” adlı tədbir keçirib.

Muzeydən bildirilib ki, Cəfər Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyinin və 1 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə bəşəriyyəti narahat edən iqlim dəyişiklikləri, onun ətraf mühitə mənfi təsiri və bu kimi ekoloji problemlər ətrafında söhbət aparılıb.

Mərkəzin təsviri sənət qalereyasının dərnək üzvləri təbiətə qayğının vacibliyi və yaşıllıqların bərpası ilə bağlı öz təxəyyüllərinə uyğun rəsm çəkiblər.

Tədbir çərçivəsində, həmçinin insanların təbiətlə rəftarından, ona verdikləri ziyandan bəhs edən videoçarx nümayiş olunub.

Mənbə: AZƏRTAC

Məqaləyə emosiya bildir:
2 ay əvvəl
540 dəfə oxundu
ilk.az-çılar nə deyir?
Fikirlər (0)
Oxşar yazılar
İtaliya Suriyadakı səfirliyinin fəaliyyətini bərpa edir
İtaliya 2012-ci ildə bağladığı Suriyadakı səfirliyinin fəaliyyətini yenidən bərpa...
  • 20 dəq. əvvəl
  • 7
Türkiyə Ordusu İraqın şimalında hava əməliyyatı keçirib, çoxlu sayda terrorçu zərərsizləşdirilib
Türkiyə Silahlı Qüvvələri İraqın şimalında terrorçulara qarşı hava əməliyyatı...
  • 1 saat əvvəl
  • 18
Aİ Şurası 7 ölkə ilə bağlı təhqiqata başlayıb
Avropa İttifaqı Şurası ifrat büdcə kəsirinə görə 7 ölkə ilə bağlı təhqiqata...
  • 2 saat əvvəl
  • 26
Aİ Rusiyanın dondurulmuş aktivlərindən Ukraynaya 1,5 milyard avroluq ilk tranş ayırıb
Aİ Ukraynaya dəstək olaraq Rusiyanın dondurulmuş aktivlərindən 1,5 milyard avroluq ilk...
  • 3 saat əvvəl
  • 34
“Euronews” kanalında Azərbaycanda rəqəmsal təhsil barədə süjet yayımlanıb
“Euronews” xəbər kanalı Azərbaycanda rəqəmsal təhsilə həsr olunmuş videoçarx...
  • 4 saat əvvəl
  • 37
Peskov Rusiyada doğum səviyyəsini fəlakətli hesab edir
Rusiyada doğum səviyyəsi fəlakətli dərəcədə aşağı səviyyəyə enib və xalqın...
  • 5 saat əvvəl
  • 44