DSX-nın hərbi qulluqçuları COP29-la əlaqədar silsilə tədbirləri davam etdirir

DSX-nın hərbi qulluqçuları COP29-la əlaqədar silsilə tədbirləri davam etdirir

Azərbaycan Prezidenti İlham Əliyevin ölkəmizdə 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan olunması haqqında Sərəncamının icrası və ölkəmizdə keçiriləcək COP29 ilə əlaqədar sərhədçilər tərəfindən silsilə tədbirlər davam etdirilir.

Dövlət Sərhəd Xidmətinin (DSX) mətbuat mərkəzindən bildirilib ki, DSX-nın struktur qurumlarında xidmət edən hərbi qulluqçuların iştirakı ilə Xəzər dənizinin Azərbaycan Respublikası ərazisinə aid olan hissəsində, sahildə və adalarda sanitar vəziyyətin lazımi səviyyədə saxlanılması məqsədilə müvafiq qaydalara, gigiyena və ekoloji normativlərə uyğun şəkildə məişət tullantılarının təmizlənməsi və Balaxanı şəhər tullantılarının zərərsizləşdirilməsi poliqonuna daşınması həyata keçirilib.

Azərbaycan sərhədçisi dövlət sərhədinin mühafizəsi və müdafiəsi ilə yanaşı, gələcək nəsillərə təmiz dünya ötürmək naminə təbiətin qorunmasına töhfə vermək, ətraf mühiti sağlamlaşdırmaq, ekoloji tarazlığın bərpasına yardım məqsədilə təmizlik və abadlıq işlərinin aparılmasında əzmkarlıq və həmrəylik nümayiş etdirir.

Mənbə: AZƏRTAC

Məqaləyə emosiya bildir:
25 gün əvvəl
377 dəfə oxundu
ilk.az-çılar nə deyir?
Fikirlər (0)
Oxşar yazılar
Azərbaycan xalqı Qafqaz İslam Ordusunun xilaskarlıq missiyasını heç vaxt unutmayacaq
Birinci Dünya müharibəsi zamanı Azərbaycan milli-azadlıq hərəkatının liderləri böyük...
  • 3 dəq. əvvəl
  • 1
Formula 2 Azərbaycan Qran-Prisinin əsas yarışı başlayıb
Bakıda Formula 2 Azərbaycan Qran-Prisinin əsas yarışına start verilib.ILK.AZ Azərtac-a...
  • 17 dəq. əvvəl
  • 4
Baş Dövlət Yol Polisi İdarəsi yeni tədris ilinin başlanması ilə əlaqədar yol hərəkəti iştirakçılarına müraciət edib
Baş Dövlət Yol Polisi İdarəsi yeni tədris ilinin başlanması ilə əlaqədar yol hərəkəti...
  • 1 saat əvvəl
  • 22
Tədqiqatçılar 9 gün ərzində Yer kürəsini silkələyən seysmik siqnalın səbəbini müəyyən ediblər
15 ölkədən 68 seysmoloq 2023-cü ilin sentyabrında bütün dünyada qeydə alınan və doqquz...
  • 2 saat əvvəl
  • 29
Bayden administrasiyası Konqresdən Ukrayna üçün 5,8 milyard dolların istifadə müddətini uzatmağı xahiş edir
ABŞ Prezidenti Cozef Baydenin administrasiyası Konqresə Prezidentin silahların ötürülməsi...
  • 3 saat əvvəl
  • 37
Bakının işğaldan azad edilməsi Azərbaycan-Türkiyə qardaşlığının təntənəsidir
1918-ci il sentyabrın 15-də Qafqaz İslam Ordusu Bakını daşnak-bolşevik işğalından azad...
  • 5 saat əvvəl
  • 44