Dünya Bankının qadın, biznes və hüquq reytinqində Azərbaycan son bir ildə 35 pillə irəliləyib

Dünya Bankının qadın, biznes və hüquq reytinqində Azərbaycan son bir ildə 35 pillə irəliləyib

Dünya Bankının Qadın, Biznes və Hüquq üzrə 2024-cü il nəşrindəki hesabat-reytinqdə Azərbaycan öz indeksini 78,8-dən 85-ə çatdırıb.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, ölkəmiz həmin hesabat-reytinqdə 35 pillə irəliləyərək 190 ölkə arasında ötən ildəki 104-cü pillədən bu il 69-cu pilləyə yüksəlib.

Qadınların əmək bazarında iştirak və məşğulluq imkanlarının artırılması Azərbaycanda aparılan sosial islahatların əsas prioritetlərindən biridir. Bu məqsədlə son illər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, habelə Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın nazirliyin rəhbərlik etdiyi “Əmək bazarı” işçi qrupu tərəfindən bir sıra təkliflər hazırlanmaqla, əmək qanunvericiliyində qabaqcıl dünya təcrübəsinə uyğun təkmilləşdirmələr aparılıb.

Beləliklə, atılan addımların müsbət nəticəsi olaraq həmin beynəlxalq reytinqdə ölkəmizin əhəmiyyətli şəkildə irəliləməsi təmin edilib.

Mənbə: AZƏRTAC

Məqaləyə emosiya bildir:
1 ay əvvəl
466 dəfə oxundu
ilk.az-çılar nə deyir?
Fikirlər (0)
Oxşar yazılar
İtaliya Suriyadakı səfirliyinin fəaliyyətini bərpa edir
İtaliya 2012-ci ildə bağladığı Suriyadakı səfirliyinin fəaliyyətini yenidən bərpa...
  • 45 dəq. əvvəl
  • 13
Türkiyə Ordusu İraqın şimalında hava əməliyyatı keçirib, çoxlu sayda terrorçu zərərsizləşdirilib
Türkiyə Silahlı Qüvvələri İraqın şimalında terrorçulara qarşı hava əməliyyatı...
  • 1 saat əvvəl
  • 20
Aİ Şurası 7 ölkə ilə bağlı təhqiqata başlayıb
Avropa İttifaqı Şurası ifrat büdcə kəsirinə görə 7 ölkə ilə bağlı təhqiqata...
  • 2 saat əvvəl
  • 28
Aİ Rusiyanın dondurulmuş aktivlərindən Ukraynaya 1,5 milyard avroluq ilk tranş ayırıb
Aİ Ukraynaya dəstək olaraq Rusiyanın dondurulmuş aktivlərindən 1,5 milyard avroluq ilk...
  • 4 saat əvvəl
  • 36
“Euronews” kanalında Azərbaycanda rəqəmsal təhsil barədə süjet yayımlanıb
“Euronews” xəbər kanalı Azərbaycanda rəqəmsal təhsilə həsr olunmuş videoçarx...
  • 4 saat əvvəl
  • 39
Peskov Rusiyada doğum səviyyəsini fəlakətli hesab edir
Rusiyada doğum səviyyəsi fəlakətli dərəcədə aşağı səviyyəyə enib və xalqın...
  • 5 saat əvvəl
  • 46