Dünyada görmeyiniz gərəkən ən gözəl 10 turistik məkan

Dünyadakı turistik məkanlar arasında elələri var ki, onları görmək vacibdir. Sevgiliniz, ailəniz və ya dostlarınızla səfər etməkdən zövq alacağınız həmin yerləri təqdim edirik.

İnsanın təbiətində olan "bilinməyənləri bilmək və kəşf etmək istəyi" bir çox insanın ən rəngarəng turizm bölgələrinə səfər etməsini zəruriləşdirir. Əgər siz də səyahət etməyi sevirsinizsə, bu ecaskar yerləri mütləq görməlisiniz. Gəzməli görməli yerlər mövzusunda olan bu məqaləmiz sizə yaxşı bələdçi olacaqdır.

1. Lord Howe adası

Lord Howe adası

Təxminən 7 milyon il əvvəl vulkanik partlayış nəticəsində əmələ gələn Lord Howe adası Avstraliyada yerləşir və UNESCO Dünya irsi arasında yer alır. Sidneydən 2 saatlıq uçuş məsafəsində olan bu adaya eyni anda yalnız 400 turist qəbul edilir. İdeal təbiət mənzərəsini korlamamaq üçün küçə lampası, mühərrikli nəqliyyat vasitəsi və bu cür avadanlıqlar istifadə olunmur. Yerlilər və ada sakinləri adanı qoruyur və təbii ortamın pozulmasına mane olurlar. Adada 9 otaqlı bir otel var. Buradakı mərcan qayalıqlarında üzə bilərsiniz. Heç yerdə görmədiyiniz balıqları burada görə bilərsiniz.

2. Petra antik şəhəri

Petra antik şəhəri

İordaniya sərhədində yerləşən Petra antik şəhəri gözəl və fərqli məkandır. Dünyanın 8 möcüzəsi arasındadır. O dövr insanlarının əzm və iradəsinin göstəricisi olan bu qədim şəhəri görmək gərəkdir.

3. Mavi göl

Mavi göl

İslandiyada yerləşən Mavi göl son illərdə geotermal göl kimi turistlərin diqqətini cəlb edir. Ən geniş şəfa qaynaqlarından birinə çevrilən mavi göl hər il minlərlə turistin ziyarət etdiyi məkana çevrilib.

4. Misir piramidaları

Misir piramidaları

Ən böyük və qədim məzarların olduğu Misir piramidalarından ən böyüyü olan Xeops piramidası əsl möcüzədir. Fironların mumiyalarının yer aldığı piramidalarda dəyərli sənət əsərləri, kral, kraliça heykəlləri cəmləşib. Əfsanələr görə burada böyük xəzinələr gizlədilib. Dünyanın 7 möcüzəsindən biridir.

5. Kapadokya pəri bacaları

Kapadokya pəri bacaları

Bəyaz atlar diyarı olan Kapadokya əsrarəngiz təbiəti ilə hər il minlərlə turisti özünə cəlb edir. 60 milyon il əvvəl Hasandağ, Melendiz və Göllüdağın püskürdüyü lavalar hazırkı pəri bacalarını yaradıb. Nevşehirdə yer alan bu məkanı görməyiniz vacibdir. Nevşehir haqqında daha çox məlumat öyrənmək üçün oraya səfər etməkdə fayda var.

6. Machu Picchu

Machu Picchu

Peruda yerləşən İnka antik şəhəri olan Manchu Picchu And dağlarının zirvəsində yerləşir. Vaxtilə ispanlar bu şəhəri çox axtarsalar da, tapa bilməyiblər və nəticədə, şəhər zərər görməyib. Dünya mədəni irslərindən biri hesab olunur. Bu antik şəhərə səfər etmək zövqverici olar.

7. Efes

Efes xarabalığı

İzmirin Selcuq rayonunda yer alan Efes dünyanın 7 möcüzəsindən biridir. Anadoluda görülməsi vacib olan əsas turistik məkan sayılır. Efes xarabalıqları görənləri heyrətləndirir.

8. Eyfel qülləsi

Eyfel qülləsi

Fransada əsas görməli yerdir. Parisdəki qüllə milyonlarla turistin maraq dairəsindədir. Aşiqlər şəhəri Parisdə yer alan qüllə quruluşu baxımından çox fərqli və misilsizdir.

9. Venesiya

Venesiya

Rəngli evləri, görkəmli kilsələri, qəribə kanalları və digər özəllikləri ilə heyrətləndirən Venesiya... Burada yaxşı fotolar çəkdirə, şərablardan içə, qeyri-adi küçələrdə dolaşa bilərsiniz. Venesiyaya səfər etmək maraqlı səyahət baxımından misilsizdir.

10. Kolizey

Kolizey

Yüz illər boyu dünyanın qəlbi adlandırılan Romanın gəzməli yerləri, tarixi tikililəri, Roma Kolizeyi, Piza qülləsi kimi bir çox turistik məkanlar tarixi bir muzeydir. Siz də səyahət etməklə özünüzü tarixi mərhələlərdə gəzibmiş kimi hiss edə bilərsiniz.

Marağınızı çəkə bilər:

Məqaləyə emosiya bildir:
emotion
21
emotion
1
emotion
4
emotion
4
emotion
16
emotion
4
emotion
2
Dostlarınla paylaş:
3 il əvvəl
9518 dəfə oxundu
ilk.az-çılar nə deyir?