Dünyada inqilabi dəyişiklik yaradan 10 ixtira

Dünyanı dəyişdirən bu ixtiraların necə edildiyini oxuduqda çox təəccüblənəcəksiniz. Hər ixtiranın altında böyük səy və əziyyət dayanır. Həmin böyük ixtiraları sizə təqdim edirik.

1. Təkər

Təkər kəşfi

İnsanlar təkərin ixtirasına qədər daşınma və köçlə bağlı böyük çətinlik çəkiblər. Günümüzdə də təkərlər və çarxlar bir çox texnologiyanın əsasını təşkil edir.

2. Daxili yanma mühərriki

Daxili yanma mühərriki

Daxili yanma mühərrikləri yüksək istilikdəki yanacağın piston içində yandırılması ilə hərəkəti təmin edir. Bu kimyəvi enerjinin mexaniki enerjiyə çevrilməsinin təmin edən mühərriklərin yerini müasir mühərriklər alıb.

3. Penisilin

Penisilin ixtira

Vacib ixtiralardan biri olan penisilin şotland alim Alexander Fleming tərəfindən hazırlanıb. Bu icad
sayəsində milyonlarla insanın həyatı xilas olunub.

4. Telefon

Telefon kəşfi

Bir çox mütəxəssisin üzərində çalışmalar apardığı telefonun patentini ilk dəfə Alexander Graham Bell 1876-cı ildə alıb. Texnologiya inkişaf etdikdə telefonlar da dəyişib.

5. İnternet

İnternet kəşfi

İnternet 1960-cı ildə kompüter tərəfindən icad edilib. Bu ixtira ABŞ Müdafiə Sənayesi üçün hazırlanıb. Bu ixtira ABŞ Kəşfiyyat İdarəsinin (CIA) məşhurlaşmasını təmin edib.

6. Kompas

Kompas kəşfi

Qədim yunanlar e. ə. VI əsrdə maqniti kəşf etmişdilər. Məşhur filosof Thales maqnit daşında bir ruhun olduğunu və bunun sayəsində çəkmə və itələmə xüsusiyyətlərinə malik olduğunu bildirib. Maqnitlə şimal istiqamətini təyin etməyi isə ilk dəfə I əsrdə çinli dənizçilər bacarıblar.

7. İşıq

İşıq ixtira

Bildiyimiz kimi, işığı Thomas Edison ixtira edib. O, elektrikin hansısa formada lampanı işıqlandırmaq üçün istifadə edilməsi fikri üzərində çalışıb. Kömürləşdirilmiş ünsürlərin iplik formasına gətirilərək havası boşaldılmış lampanın içinə yerləşdirilməsi ilə işıq meydana gəlib.

8. Mətbəə

Mətbəə ixtirası

Mətbəə ilk dəfə Johann Gutenberg tərəfindən icad olunub. Mətbəənin istifadəsinə ilk dəfə Uzaq Şərqdə başlanılıb.

9. Mikroprosessor

Mikroprosessor ixtiası

İnteqrasiya edilmiş sxemlərin kiçik ölçülərinin proqramlaşdırıla bilən kompüterlərin gücü ilə birləşdirilməsi mükəmməl bir fikir idi. Ted Hoff bir çox əməliyyat edəcək vahid inteqrasiya sxemi hazırlayıb. Mühəndis dostlarının köməyi ilə bunu həyata keçirib.

10. Kamera

Kamera kəşfi

Kameranı bir nəfər ixtira etməyib. Müxtəlif mütəxəssislər kamera ixtirası üçün çalışmalar həyata keçiriblər.

Məqaləyə emosiya bildir:
emotion
1
emotion
0
emotion
0
emotion
1
emotion
1
emotion
0
emotion
0
Dostlarınla paylaş:
1 il əvvəl
2668 dəfə oxundu
ilk.az-çılar nə deyir?