Dünyada baş vermiş ən qanlı inqilablar

Xüsusən XVIII əsrdən etibarən dünyada bir çox inqilab baş verib. Bu inqilabların əksəriyyəti tarixdə qanlı izlər buraxıb və dünya tarixini dəyişdirəcək nəticələr hasil olunub. Həmin inqilabları təqdim edirik.

1. İngiltərə inqilabı

İngiltərə inqilabı

İngiltərə tarixində Müdhiş İnqilab adlandırılan inqilab 1642-1651-ci illər arasında İngiltərə respublikası üzvləri və kraliyyət tərəfdarları arasında mübarizənin yaşandığı müddəti ifadə edir. İngiltərə inqilabı I Çarlzın devrilməsi, respublikaçıların hakimiyyəti ələ alması, İngiltərə kraliyyət sisteminin İrlandiya, Şotlandiya və Uelsin iştirakı ilə ortaq idarəetmə rejiminə çəvrilməsi ilə nəticələnib.

2. Amerika inqilabı

Amerika inqilabı

Amerika inqilabı, Amerikada İngiltərə müstəmləkəsi olan 13 koloniyanın birləşərək Britaniya İmperatorluğuna qarşı 1775-1883-cü illər arasında başladıqları müstəqillik müharibəsini əhatə edir. Daha əvvəl Fransa müstəmləkəsi olan Amerika ingilislərin əlinə keçdikdən sonra vergilərin artırılması koloniyaların öz aralarında birlik yaratmasına səbəb olub. Fransa amerikalıları pul və silahla təmin etmiş, Britaniyaya qarşı mübarizə aparan koalisiyaları dəstəkləmiş və savaşı bitirən Yorktaundakı döyüşdə böyük qüvvə köməyə göndərmişdir. Bunun nəticəsində 1783-cü ildə Pariz müqaviləsi imzalanıb.

3. Fransa inqilabı

Fransa inqilabı

Fransada monarxiyanın devrilərək respublika idarəetməsinə keçid olduğu və Katolik kilsəsinin hakimiyyətinin məhdudlaşdırıldığı bir inqilabdır. 1789-cu ildə başlayan hərəkətlənmə bütün Avropaya təsir edən dönüş nöqtəsinə çevrilib. İqtisadi vəziyyət, kilsə təzyiqi xalqı üsyana təhrik edib. Fransa inqilabından sonra bütün Avropada aydınlanma hərəkatı başlayıb.

4. Rusiya inqilabı

Rusiya inqilabı

I Dünya Müharibəsində çətin dönəm keçirən Çar Rusiyası 1917-ci ildə Vladimir Leninin başçılığı altında devrilib və kommunist hökumət qurulub. Bolşevik rejimi ölkədə Çarlıq nümayəndələri ilə mübarizə aparıb. 1991-ci ildə isə sovet rejimi aradan qaldırılıb və respublikalar öz müstəqilliyini bərpa edib.

5. Almaniya inqilabı

Almaniya inqilabı

1918-1919-cu illər arasında qanlı mübarizəni əhatə edən Almaniya inqilabı I Dünya müharibəsində məğlub olan Almaniyada xalqın üsyanına səbəb olub. İnqilabın əsas məqsədi Almaniya İmperatorluğunun əvəzinə respublika rejimi qurmaq idi. Lakin SSRİ-dən təsirlənən bəzi almanların kommunist rejim qurmaq istəyi ölkədə daxili müharibə ilə nəticələnib. Daxili çəkişmələr 9 ay davam edib və demokratiyaya əsaslanan Veymar Respublikasının qəlbəsi ilə nəticələnib.

6. Meksika inqilabı

Meksika inqilabı

Meksika inqilabı 1876-1910-cu illər arasında Meksikanı idarə edən Porfirio Diyazın diktatorluğunu devirmək məqsədilə baş verib. O zaman Meksikada iqtisadi böhran hökm sürürdü. Burjuaziya yaşanan krizə və diktatorluğa çarə kimi Maderonu görürdü. Bu məqsədlə fəaliyyətə başlayan Madero sözlərinə görə həbs olunsa da, daha sonra azadlığa buraxılır. O Amerikaya qaçıb və qaçarkən xalqı üsyana səsləyib. Üsyançılar və Diyazın ordusu arasında qanlı mübarizələr baş verib. Nəhayət, Diyaz Madero ilə razılığı qəbul edib və ölkədə Maderonun rəhbərliyi altında yeni rejim qurulub.

7. Kuba inqilabı

Kuba inqilabı

1953-cü ildə başlayan inqilabın məqsədi Fidel Kastronun rəhbərliyi altında rejim qurmaq idi. Həbs olunan Kastro və komandası siyasi təzyiqlərə görə azad olunub və Meksikaya sürgün edilib. Kastro orada Çe Gevara ilə tanış olub. Fidel Kastro daha sonra ölkəsinə qayıdaraq üsyançılarla birləşib. . Üsyan nəticəsində Fulgensio Batista ölkədən qovulub və Kubada sosialist rejim qurulub.

Məqaləyə emosiya bildir:
2 il əvvəl
3442 dəfə oxundu
ilk.az-çılar nə deyir?
Fikirlər (0)
Oxşar yazılar
Dünyanın ən soyuq 8 ölkəsi
Dünyada sərt iqlimi ilə məşhur olan ölkələri araşdırmışıq. Bu ölkələrdə sağ...
  • 3 ay əvvəl
  • 929
Ölkə adlarının mənaları və hekayələri
Hər ölkənin adının öz mənası və hekayəsi var. “Hansı ad hansı ölkəyə aiddir?”,...
  • 5 ay əvvəl
  • 1269
Yağış yalnız Yer planetinə yağır?
Yenə çoxlarını maraqlandıran bir sualla qarşınızdayıq. Yağış yalnız Yerə...
  • 6 ay əvvəl
  • 1631
Bir növ futbolçu fabriki olan ölkələr
Futbol bütün dünyada milyardlarla insan tərəfindən sevilən və baxılan idman növüdür....
  • 7 ay əvvəl
  • 1034
Hz. Məhəmmədin həyatı | Məkkə və Mədinə dövrünün hadisələri
Məkkə və Mədinə illəri peyğəmbər əfəndimizin həyatında böyük əhəmiyyət kəsb...
  • 9 ay əvvəl
  • 2002
Dünyanın ən hündür binaları
Dünya çoxmu kiçikdir? Təəssüf ki, bəzi insanların xəsislikdə sərhəd tanımadıqlarına...
  • 9 ay əvvəl
  • 4392