Dünyadakı itmiş şəhərlər

Dünya düzənini dəyişdirən, filmlərə, romanlara mövzu olan şəhərlər mövcuddur. Bu əfsanəvi şəhərlərdən bəziləri su altında qalıb, bəzilərinin qalıqları isə hələ də durur.

1. Çernoblın boş şəhərləri - Ukrayna

Çernoblın boş şəhərləri

Belarus sərhədinə yaxın, Ukraynanın şimalında yerləşən bir şəhərdir. 1986-cı ildə Çernobl reaktor qəzası səbəbi ilə boşaldılıb. Aradan 30 ildən çox keçsə də, ərazidə heç kim yaşamır.

2. Termessos - Türkiyə

Termessos - Türkiyə

Termessos, Türkiyənin ən yaxşı qorunan antik şəhərlərindən biridir. E. ə. 333-cü ildə Makedoniyalı
İskəndər bu şəhəri ələ keçirməyə çalışsa da, çətin olacağını anlayaraq geri çəkilib. Şəhər e. ə. 200-cü illərdə tərk edilib.

3. Baia şəhəri - İtaliya

Baia şəhəri - İtaliya

Roma imperatorluğu üçün önəmli şəhər olub. Daha sonra şəhər boşalıb. Su altında qalan bu şəhərin abidələrini görmək zövq oxşayır.

4. Gedi Ruins - Keniya

Gedi Ruins - Keniya

Afrikadakı ən möhtəşəm sirli şəhərlərdən biridir. Vaxtilə Keniya sahillərində yerləşən ən inkişaf etmiş şəhərlərdən biri olub. Şəhərdə bir məscid, böyük saray, daş evlər, su quyusu mövcud olub. XVI əsrin əvvəllərində şəhər tərk edilib.

5. Ani - Türkiyə

Ani - Türkiyə

Ani Türkiyənin Qars mahalındadır. Bu şəhər vaxtilə Bağdad və İstanbula rəqib olub. 961-1045-ci illər arasında erməni hökmdarları bu şəhərdən paytaxt kimi istifadə ediblər. İndi şəhərdə yalnız qədimi kilsələrin uçuq binaları qalıb.

6. Geamana - Rumıniya

Geamana - Rumıniya

Bu gözəl şəhər 1978-ci ildən tərk edilib. Şəhərdəki mədəni basan sianid tərkibli su buradakı canlı aləmin məhvinə səbəb olub.

7. Herakleion xəyalət şəhəri - Misir

Herakleion xəyalət şəhəri - Misir

Dünyanın ən qədim liman şəhərlərindən biri olan, Misirin giris qapısı hesab edilən şəhərin tarixi 2200 il əvvələ gedib çıxır. Misirdə 1000-1200 il əvvəl meydana gələn zəlzələ nəticəsində Arzalıq dənizinin suları altında qalıb. 2000-ci ildə fransız arxeoloqlar tərəfindən yenidən kəşf olunub.

8. Nan Madol qalıqları - Mikroneziya

Nan Madol qalıqları - Mikroneziya

Sakit okeandakı Mikroneziya adasında yerləşən şəhər 1000 il mövcud olub. Bir neçə əsr əvvəl Nan Madol tərk edilib.

9. Neversink - ABŞ

Neversink - ABŞ

Bu şəhər 1798-ci ildə kəşf edilib. 1953-cü ildə içində olduğu Nyu-York əyaləti yeni bir rezervuara ehtiyac duyduğu üçün bu bölgə tərk olunub.

Məqaləyə emosiya bildir:
2 il əvvəl
3044 dəfə oxundu
ilk.az-çılar nə deyir?
Fikirlər (0)
Oxşar yazılar
Dünyanın ən soyuq 8 ölkəsi
Dünyada sərt iqlimi ilə məşhur olan ölkələri araşdırmışıq. Bu ölkələrdə sağ...
  • 6 ay əvvəl
  • 1439
Ölkə adlarının mənaları və hekayələri
Hər ölkənin adının öz mənası və hekayəsi var. “Hansı ad hansı ölkəyə aiddir?”,...
  • 8 ay əvvəl
  • 1829
Yağış yalnız Yer planetinə yağır?
Yenə çoxlarını maraqlandıran bir sualla qarşınızdayıq. Yağış yalnız Yerə...
  • 9 ay əvvəl
  • 2003
Bir növ futbolçu fabriki olan ölkələr
Futbol bütün dünyada milyardlarla insan tərəfindən sevilən və baxılan idman növüdür....
  • 10 ay əvvəl
  • 1346
Hz. Məhəmmədin həyatı | Məkkə və Mədinə dövrünün hadisələri
Məkkə və Mədinə illəri peyğəmbər əfəndimizin həyatında böyük əhəmiyyət kəsb...
  • 1 il əvvəl
  • 2398
Dünyanın ən hündür binaları
Dünya çoxmu kiçikdir? Təəssüf ki, bəzi insanların xəsislikdə sərhəd tanımadıqlarına...
  • 1 il əvvəl
  • 4804