Dünyanın ən bahalı 10 hədiyyəsi
Hər kəs hədiyyə almağı sevir, xüsusən bahalı hədiyyələri. Sevdiklərini bahalı hədiyyələrlə sevindirmək istəyənlər çoxdur. Bu durum pulu çox olanlar üçün keçərlidir. Kiçik hədiyyələr, sürprizlər həyatımıza rəng qatır. Dünyanın ən bahalı hədiyyələrini sizə təqdim edirik.
1. Kompüter siçanı - 24180 $
İsveçli iş adamı Pat Says'ın hazırladığı və lüks avtomobil hesab edilən kompüter siçanının (mouse) qiyməti 24180 dollardır. 18 karat qızıl və 59 ədəd almazla bəzədilmiş siçan 3 butonlu, optik təkərli, PC və MaC ilə USB və ya PS/2 bağlantısı olan 800 dpi görüntülü və 3 illik qarantlıdır. "Almaz çiçəyi" və "Səpələnmiş almaz" adlı 2 fərqli formada olan siçan sarı, qırmızı və ağ qızıldan hazırlanır.
2. Oyuncaq ayı - 71500 $
"Steiff" şirkəti 125 illiyini qeyd etmək məqsədilə 71500 dollar dəyərində oyuncaq ayı hazırlayıb. Tükləri lif şəklində qızıl hissələrdən hazırlanan ayının ağzı som qızıldan düzəldilib. Gözləri 20 ədəd kiçik almazdan, göz bəbəkləri safirdən ibarətdir. Ayıdan 125 ədəd hazırlanıb.
3. Ev - 2 milyard $
Mukesh Ambani’nin evi olan AntillaHindistanın Mumbai şəhərindəki yoxsul bir qəsəbədə inşa olunub. 171 metr hündürlüyündəki evdə 168 avtomobilin park edilə biləcəyi 6 mərtəbəli qaraj var. Evdə ailənin hər üzvünə aid xüsusi xəstəxana yer alır. Şüşə qüllələr, kinoteatr və çoxlu bağçaya sahibdir. Evdə 600 personal işləyir.
4. Avtomobil - 1.25 milyon $
Avtomobil həvəskarısınızsa, Bugatti Veyron əsl sizə görədir. 1.25 milyon dollar ödəməklə bu gözəl avtomobilə sahib ola bilərsiniz. 1001 at gücündə, 4 turbolu və W-16 mühərriki olan sürət avtomobili 2.5 saniyədə 100 km/saat sürət yığır.
5. Cib telefonu - 2.4 milyon $
Avstriyalı zərgər Peter Aloissonun hazırladığı və "iPhone 3G Kings Button" adı verdiyi telefon 6.6 karat almaz və 138 ədəd ağ qızılla təchiz olunub. Dünyanın ən bahalı telefonudur.
6. Almaz üzük - 16.26 milyon $
Chopard tərəfindən hazırlanan almaz üzük 18 karat ağ qızıl həlqəsi olan, oval mavi almaz daşı olan 16.26 milyon dollarlıq aksesuardır. Bu üzükdəki mavi almaz bor mədənindən çıxarılıb.
7. Qol saatı - 25 milyon $
Chopardın istehsal etdiyi saatın üzərində 15 karat çəhrayı almaz, 12 karat mavi almaz və 11 karat ağ almaz var. Həmçinin 163 karat sarı qızıl və kiçik ağ almazla bəzədilib. Ən bahalı qol saatıdır.
8. Ətir - 215 min $
Ətirlər özəl günlərin əsas hədiyyələrindəndir. İngilis dizayner Clive Christianın "İmperial Majesty" adlı ətiri ən bahalı ətir kimi Ginnesin Rekordlar Kitabına düşüb. Ətrin şüşəsində 18 əyyar qızıl və 5 karat qızıl var. Bu ətirdən cəmi 5 ədəd hazırlanıb.
9. Büstqalter - 10 milyon $
Victoria Secretin Angels Collectiondan təsirlənərək hazırladığı büstqalter 18 əyyar ağ qızıl və 2900 ədəd ağ almazla bəzədilib. Ümumilikdə üzərində 112 karat daş-qaş var. Büstqalterin ortasında armud formasında 70 karatlıq almaz var.
10. Şərab
Dünyanın ən bahalı şərabı olan Shipwrecked 1907 Heidsieckinböyük tarixi var. Bu şərab 1916-cı ildə Rusiya çarına hədiyyə olaraq göndərilib.
Məqaləyə emosiya bildir:
6250 dəfə oxundu
ilk.az-çılar nə deyir?
Fikirlər (1)
eladi qazanmaq olur ki?