Dünyanın ən qiymətli daşlarının xüsusiyyətləri və faydaları
Qadınların həyatında mühüm yer tutan qiymətli daşlar günümüzdə də xüsusi diqqətə malikdir. Təbiətdəki daşlar əslində düşündüyünüzdən daha qiymətli ola bilər. Məqaləmizi oxuyaraq qiymətli daşlar haqqında ətraflı məlumat tapa bilərsiniz.
1. Mirvari daşı
Dənizlərin almazı kimi tanınan mirvari dünyanın ən qiymətli daşlarından biridir. Yaranışı və gözəl parıltısı onu digər daşlardan fərqləndirən xüsusiyyətlər sırasındadır. Mirvari minerallar qrupuna daxil deyil. Ümumilikdə rəngi ağdır. Muncuq dənələri şəklində kəsilən mirvari lazımi mühit və şərait yarandıqda 3-4 il ərzində əmələ gəlir.
2. Opal daşı
Dünyanın bir çox ölkəsindən çıxarıla bilən opal daşı Türkiyə, Avstraliya, Çexiya, Slovakiya, Braziliya, Yaponiya, ABŞ kimi ölkələrdə yer alır. Opal daşının ən əhəmiyyətli xüsusiyyətlərindən biri çox həssas olmasıdır. Opal daşlarının 30%-i sudan ibarətdir. Su nisbəti azalarsa, daşın təbii rəngi tədricən azalar və yox olar. Eyni zamanda daşın su nisbətində hər hansı dəyişiklik olarsa, o, çatlaya bilər. Fiziki quruluşu təbii vulkanik qaya olan opal daşının dolça və tərəzi bürclərinin uğur daşı olduğuna inanılır.
3. Ametist daşı
Bənövşəyi və göz oxşayan rəngə malik olan ametist daşı Braziliya, Rusiya, Amerika, Meksika, Uruqvay, Nambiya, Madaqaskar, Seylon kimi ölkələrdən çıxarılır. Müxtəlif rəng növlərinə malik olan ametist daşı, mavimtıl bənövşəyi, qırmızımtıl bənövşəyi kimi bənövşəyi çalarlarında dəyişən rənglərə malikdir. Eyni zamanda, ametist daşı radiasiya və dəmirin rəng mərkəzlərini əhatə etməsi ilə əmələ gəlir.
4. Zümrüd daşı
Adətən “daşların kraliçası” adlandırılan zümrüd daşı Hindistan, Kolumbiya, Braziliya, ABŞ, Avstraliya, Rusiya, Pakistan, Tanzaniya kimi ölkələrdən çıxarılır. Dünyanın ən qiymətli daşları arasında yer alan zümrüd daşının yaşıl, açıq yaşıl, sarı yaşıl kimi rəng çeşidləri var. Xüsusilə buğa və xərçəng bürclərinin uğur daşları kimi tanınır. Fiziki quruluşuna görə prizma şəklinə malik olan zümrüd daşı, may daşı da adlandırılır. Zümrüdlərin ümumi xüsusiyyətləri arasında onların həssas və kövrək olmasını qeyd edı bilərik. Zümrüd daşı tünd rəngdə olduqda daha qiymətli sayılır.
5. Yaqut daşı
“Yerin qanı” kimi tanınan yaqut daşı ən qiymətli daşlar arasındadır. Rodos, Pakistan, Əfqanıstan, Tayland, Braziliya, Kolumbiya, Madaqaskar Respublikası, Avstraliya, Amerika və İsveçrə kimi ölkələrdə hasil edilir. Almazdan 150 dəfə yumşaq olan yaqut daşının kənarında müxtəlif ləkələr olur. Bu ləkələr yaqut daşının dəyərini azaltmır. Kəsim forması əsasən oval olan yaqut daşı prizma fiziki quruluşuna malikdir. Xammal halında işığı keçirməyən yaqut daşı emaldan sonra almaz kimi parlaq olur.
6. Sapfir daşı
Dünyanın ən qiymətli daşları arasında yer alan sapfir daşı sağlamlığa faydalıdır, dırnaqları və saçları gücləndirir. Yuxusuzluğun qarşısını alan, sakitləşdirici və rahatlaşdırıcı xüsusiyyətə malik sapfir daşı oxatan, tərəzi, buğa və balıq bürclərinin uğur daşı da adlandırılır. ABŞ, Nigeriya, Tanzaniya, Hindistan, Avstraliya, Çin, Keniya, Srilanka, Tayland kimi ölkələrdən çıxarılan sapfir daşı çəhrayı, sarı, yaşıl, narıncı, ağ, mavi, qara kimi rənglərə malikdir. Sapfirin ən qiymətli rəngi mavi su zanbağı rəngidir. Xrom, dəmir və korundla müxtəlif kimyəvi reaksiyalar nəticəsində əmələ gələn sapfir daşı almazdan daha yumşaq və kövrəkdir.
7. Akvamarin daşı
Su mavisi olaraq da tanınan akvamarin daşı fiziki quruluşuna görə prizmaya bənzəyir. Əqrəb bürcünün uğur daşı hesab olunan akvamarin daşı allergik reaksiyaları aradan qaldırma xüsusiyyəti ilə tanınır. Həmçinin, insanı sakitləşdirmək qabiliyyətinə malikdir. Akvamarin daşının ümumi rəngi mavidir, tünd mavi olanı isə daha qiymətli və gözəl hesab edilir. Avstraliya, Hindistan, Keniya, Mozambik, ABŞ, Şri- Lanka kimi ölkələrdən çıxarılır.
8. Sitrin daşı
Ən qiymətli daşlar arasında öz yerini tutan sitrin daşı sarı, narıncı və qəhvəyi narıncı rəng çeşidlərinə malikdir. Braziliya, Boliviya, Nambiya, Madaqaskar və Seylon kimi ölkələrdə hasil olunur. Ölçüləri 7 mm olan sitrin daşı şir bürcünə məxsus insanların uğur daşı kimi tanınır.
9. Qarnet daşı
Çətin anlarda insana güc verdiyinə inanılan qarnet daşı müxtəlif xüsusiyyətlərə malikdir. Əqrəb və dolça bürcünə sahib olan insanların uğur daşı sayılır. Fiziki quruluşuna görə rombik olan qarnet daşı Slovakiya, Çexiya, ABŞ, Braziliya, Zambiya, Hindistan, Cənubi Afrika, Avstraliya, Əfqanıstan kimi ölkələrdən çıxarılır. Qızdırıldıqda rəngi dəyişən qarnet daşı ağ qızılgül, sarı, mavi, qırmızı, yaşıl, qara və qara qırmızı rəng çeşidlərinə malikdir. Adı latın dilindən götürülən qarnet daşı yanvarın daşı kimi dəyərləndirilir.
10. Tanzanit daşı
Şəffaf mavi rəngə malik tanzanit daşı Tanzaniyadan çıxarılır. Son dərəcə həssas və qiymətli daş olan tanzanit daşı müxtəlif kəsiklər ilə işlənir. Ölçüləri 6-7 mm olan tanzanit daşı ən qiymətli daşlar arasındadır.
11. Peridot daşı
Peridot daşı dünyanın ən qiymətli və gözəl daşları sırasındadır. Şir və tərəzi bürclərinin uğur daşı kimi tanınan peridot daşı şəffaf yaşıl rəng içindədə özünəməxsus sarı rəngə malikdir. Şüşə kimi parlaq və bir az yağlı görünüşə sahibdir. Avstraliya, Braziliya və Cənubi Afrikada çıxarılan peridot daşı qəzəbi və stressi aradan qaldırır. İnsana daxili rahatıq verən peridot daşı bir çox sağlamlıq probleminin də qarşısını ala bilir.
12. Firuzə daşı
Dünyada “türk daşı” kimi tanınan firuzə daşı fiziki quruluşuna görə təbii vulkanik qayaya bənzədilir. Ən qiymətli firuzədaşı İrandan hasil edilir. Həmçinin, Əfqanıstan, Avstraliya, Çin, Tibet, İsrail, ABŞ, Tanzaniya kimi ölkələrdən çıxarılır.
13. Aleksandrit daşı
Vaxtilə rus çarı olmuş Aleksandrın adını daşıyan aleksandrit daşı son dərəcə qiymətli daşdır. Dünyada yalnız Rusiyadan çıxarıldığı məlumdur. Yaşıl və qırmızı tonların ümumi rəngi ilə tanınan bu daşın işığa görə rəng tonlarını dəyişə bilər. Konsentrasiyanı tənzimləmə xüsusiyyəti ilə tanınan aleksandrit daşı fiziki quruluşuna görə prizma şəklindədir.
14. Almaz daşı
Dünyanın ən sərt və ən qiymətli daşlarından biri olan almaz bolluq, sədaqət və məsumluq simvoludur. “Xəyalların daşı” olaraq da bilinən almazın dəyəri günü-gündən artır. İnsan bədənini mənfi enerjilərdən təmizləyən almaz, həmçinin beyin funksiyalarının daha sürətli inkişafına kömək edir. Üzük, boyunbağı və sırğalarda tez-tez istifadə edilən almaz daşı dünyanın bir çox ölkəsində hasil edilir.
Yarımqiymətli daşlar və onların faydaları
Dünyada təbii yollarla meydana gələn qiymətli və nadir daşlar var. Qiymətli daşlarla yanaşı, yarıqiymətli daşlar da mövcuddur. Yarımqiymətli daşların insan orqanizminə müsbət təsir etdiyini bilirsinizmi? Onların faydalarını təqdim edirik.
1. Ulduz Daşı
Yarımqiymətli daşlar arasında yer alan ulduz daşı digər daşlardan qat-qat parlaqdır. Rəngarəng mikrokristal görünüşü olan ulduz daşı adından da göründüyü kimi göz oxşayan və parlaqdır. İnsan orqanizminə təsir göstərərək stressi aparır.
2. Mərcan daşı
Mərcan daşı ürəyi və dalağı gücləndirməyə kömək edir. Bəziləri bunu inkar etsə də, əksəriyyət bunu dəstəkləyir. Psoriaz xəstəliyinə də yaxşı təsir edən mərcan daşı eyni zamanda müxtəlif dəri sağlamlığı problemlərinin qarşısını alır.
3. Malakit daşı
Malakit daşı sakitləşdirici xüsusiyyətə malik olmaqla yanaşı, gündəlik həyatınızda üzərinizdə olan pis enerjini atmağınıza imkan verir. Malakit əslində gözləniləndən daha faydalı bir daşdır. Enerji verir və stressi aradan qaldırır. Eyni zamanda, mədəaltı vəzinin və dalağın funksiyalarının nizamlı işləməsini təmin edir.
4. Casper daşı
Yarıqiymətli daşlar arasında yer alan casper daşı görünüşcə bir qədər fərqlidir. Qaraciyəri, dalağı və sidik kisəsini gücləndirir. Həzm sisteminə də fayda verən casper daşı fiziki müqaviməti artırır.
5. Oniks daşı
Yarımqiymətli daşlar arasında yer alan oniks daşı müxtəlif asılılıqlardan qurtulmağa kömək edir. Eyni zamanda, oniks daşı şir bürcündən olan insanların uğur daşı kimi də tanınır. Psixoloji dəstək göstərən oniks daşı konsentrasiyanı da artırır.
6. Lapis lazuli Daşı
Lapis lazuli daşı yaradıcılığı artırmaqla tanınır. İnsan bədəninin müqavimətini də artırır. Baş ağrısı kimi müxtəlif sağlamlıq problemlərinin qarşısını ala bilən lapis lazuli daşı fiziki qabiliyyətlərin ortaya çıxmasını da təmin edir
7. Hematit daşı
Qərar verməkdə çətinlik çəkən insanların tam olaraq istədiyi bir daşdır. Müasir dövrdə tez-tez istifadə edilən daşlar arasında yer alan hematit daşı soyuqdəyməyə də yaxşı təsir göstərir. Qədim dövrlərdə talisman kimi də istifadə edilən hematit daşı bununla yanaşı, qan dövranına da müsbət təsir göstərir.
8. Yeşim daşı
Yeşim daşı ən çox ruhi xəstələrə fayda verir. Yaydığı müsbət və xoş enerji ilə insana daxili dinclik gətirən yeşim daşı göz xəstəliklərinə də yaxşı təsir edir. Aybaşı və doğum sancılarını azaldan yeşim daşı buğa, qoç, əkiz, qız və tərəzi bürclərindən olan insanların uğur daşı kimi qiymətləndirilir.
9. Əqiq daşı
Əqiq daşı yuxusuzluq üçün son dərəcə faydalıdır. Maddələr mübadiləsini sürətləndirməyə kömək edir. Pis nəzərin qarşısını alan və daxili rahatlıq gətirən əqiq daşı ən çox istifadə edilən qiymətli daşlar arasındadır.
10. Aventurin daşı
Dənəvi quruluşa malik olan aventurin daşı insanı sakitləşdirir və stressi azaldır. Aventurin həm də metal parıltılarla zəngin bir daşdır. Aventurini digər daşlardan fərqləndirən ən böyük xüsusiyyətlərindən biri də yumşaq olmasıdır.
Məqaləyə emosiya bildir:
3885 dəfə oxundu
ilk.az-çılar nə deyir?
Fikirlər (2)
Əladır Amesta daşınInı mənə vrin super
Yaxşıdır