Dünyanın ən soyuq 10 yeri

Biz insanlar isti havalardan yoruluruq, ancaq soyuq havalarda da üşüyür və xoşbəxt ola bilmirik. Bəs sizi iliklərinizə qədər donacağınız bir soyuqla üz üzə qoysaydılar necə?

Bir tətil və ya gözəl bir səyahət arzusunda olduğunuz zaman, yalnız dəniz və ya okean kənarındakı mükəmməl isti şəhərlər ağlınıza gəlir. Lakin soyuq iqliminə baxmayaraq, təbii gözəlliyi ilə seçilən bu soyuq ölkələrin bənzərsiz mənzərələrində həyat tapa bilərsiniz. Bu ölkələrin fərqli insanlarından fərqli mədəniyyətləri öyrənə bilərsiniz.

Dünyanın ən soyuq bölgələri;

1. Northice Stansiyası

Dünyanın ən soyuq 10 yeri

Avropanın ən soyuq bölgəsi olaraq bilinir. Tədqiqatçılar burada -66 ° C temperatur olduğunu qeydə alıblar. Tədqiqatçılar bu hesabatı verənə qədər çox da rahat bir vaxt keçirməyiblər.

2. Snaq

Dünyanın ən soyuq 10 yeri

Bu qəsəbədəki insanların bu vəziyyətə necə alışdıqları bilinmir, ancaq nəfəsinizin də donduğu bu qəsəbədəki orta temperatur -30 dərəcədir.

3. Yakuts

Dünyanın ən soyuq 10 yeri

Dünyanın ən soyuq şəhəri olan Yakutskdakı insanlar həyatlarını çox yaxşı davam etdirirlər. Axşam asdıqları paltarlarını səhər donmuş halda götürürlər və təsadüfən eynək taxarsanız dərinizə yapışmış şəkildə qalacaq, əlinizdəki isti bir fincan qəhvəni bayıra çıxıb atdığınızda isə yerə qəhvə kristalları şəklində töküldüyünü görə bilərsiniz.

4. Verxoyansk

Dünyanın ən soyuq 10 yeri

Yakutskdan sonra ən soyuq ikinci şəhərdir. Verkhoyansk-a getmək çox çətindir. Lakin mikroavtobus tipli nəqliyyat vasitələri ilə getmək mümkün ola bilər.

5. Fort Selkirk

Dünyanın ən soyuq 10 yeri

Dünyanın ən təhlükəli dəmir yolu xəttlərindən birinin keçdiyi Fort Selkirkdə ölçülən ən aşağı istilik -58 dərəcədir.

6. Rogers Pass

Dünyanın ən soyuq 10 yeri

Amerika Şəhərinin şimalındakı Montana əyalətində yerləşən Rogers Pass, dünyanın ən soyuq bölgələrindən biridir. 1954-cü ildə -57 dərəcə temperatur görülmüşdür.

7. Eismitte

Dünyanın ən soyuq 10 yeri

Dünyanın ən böyük adası Gröland'da yerləşən Eismitte, -64.9 dərəcə temperturla dünyanın ən soyuq yerlərindən biridir. Eismitte də iyul ayında ölçülən ən yüksək temperatur -2 dərəcədir.

8. Nort Ice

Dünyanın ən soyuq 10 yeri

Qrenland adasında yerləşən, bir digər bölgəsi olan Nort Ice da ölçülən ən aşağı temperatur -66 dərəcədir. Bölgə dənizdən 2341 metr yüksəklikdə yerləşir.

9. Plateau Stansiyası

Dünyanın ən soyuq 10 yeri

Antraktida, dünyanın ən soyuq yerlərindən biridir. Yalnız alimlərin məskunlaşdığı, əhalinin olmadığı bu qitədə yerləşən Plateau Stansiyası , dünyada ölçülən ikinci ən aşağı istiliyə sahib bölgədir. 1968-ci ildə bölgədə ölçülən istilik -86,2 dərəcə olmuşdur.

10. Vostok

Dünyanın ən soyuq 10 yeri

Dünyanın ən soyuq yeri yenə Antarktidada yerləşən Rusiyanın tədqiqat mərkəzi Vostokdur. Vostokda ölçülən ən aşağı temperatur -89,2 dərəcədir.

Məqaləyə emosiya bildir:
3 il əvvəl
5031 dəfə oxundu
ilk.az-çılar nə deyir?
Fikirlər (1)
Zaman (3 il əvvəl)
Kimi Ağlatırsan
Oxşar yazılar
Dünyanın ən soyuq 8 ölkəsi
Dünyada sərt iqlimi ilə məşhur olan ölkələri araşdırmışıq. Bu ölkələrdə sağ...
  • 6 ay əvvəl
  • 1438
Ölkə adlarının mənaları və hekayələri
Hər ölkənin adının öz mənası və hekayəsi var. “Hansı ad hansı ölkəyə aiddir?”,...
  • 8 ay əvvəl
  • 1828
Yağış yalnız Yer planetinə yağır?
Yenə çoxlarını maraqlandıran bir sualla qarşınızdayıq. Yağış yalnız Yerə...
  • 9 ay əvvəl
  • 2002
Bir növ futbolçu fabriki olan ölkələr
Futbol bütün dünyada milyardlarla insan tərəfindən sevilən və baxılan idman növüdür....
  • 10 ay əvvəl
  • 1345
Hz. Məhəmmədin həyatı | Məkkə və Mədinə dövrünün hadisələri
Məkkə və Mədinə illəri peyğəmbər əfəndimizin həyatında böyük əhəmiyyət kəsb...
  • 1 il əvvəl
  • 2393
Dünyanın ən hündür binaları
Dünya çoxmu kiçikdir? Təəssüf ki, bəzi insanların xəsislikdə sərhəd tanımadıqlarına...
  • 1 il əvvəl
  • 4804