
Duyğusal şeir videoları və sözləri - İlahə Heydərəlidən
Ay şikəst ruhumun "əsa"sı qələm, dərdimi vərəqə düzüb ağlama... Onsuz da dünyaya ölməyə gəldim, əsəbdi göz yaşın süzüb ağlama...
Gənc şairə İlahə Heydərəli yaradıcılığına müraciət etdik. Dəyərli şairəmizin icazə ilə şeirləri sizinlə paylaşırıq. Daha çox şeirlər üçün @ilahe_heydereli_official instagram hesabını izləyə bilərsiniz.
Təzədən hər şeyi başlamaq olar,
Sən keçmiş günlərin xətrinə qayıt.
Ah çəkim, ahımı yellər gətirsin,
Duysan nəfəsimi ətrinə qayıt!
Sənsiz qan ağlayır bağrımın başı,
Düşübdür başıma dərdinin daşı.
Çırpır məni yağış, çırpır gözyaşı
Sığınım, yapışım çətrinə qayıt!
Yalvarmaq bu deyil? başqa nə deyim?
Kəsilib taqətim düşübdür heyim..
Titrək əllərimlə yazıb verdiyim,
Seyrin sındığım sətrinə qayıt!

00:50

00:50
Heç kim dostluğumu qazana bilməz,
Mənimlə bir tikə bölənə qədər!
Hər şey sirr olacaq dünya içində,
Doğum tariximdən, ölənə qədər!

01:00

00:38

00:55

01:17

01:17

01:00

00:52

00:58

00:59

00:41

00:57

00:40
Loading...
Dostlarınla paylaş:
22 gün əvvəl
944 dəfə oxundu
944 dəfə oxundu
ilk.az-çılar nə deyir?
Fikirlər (1)
Əla