E-poçt üçvanlarında istifadə edilən "@" işarəsini kim yaradıb?

E-poçt üçvanlarında istifadə edilən "@" işarəsini kim yaradıb?

Bu simvol elektron əlaqə zamanı geniş istifadə olunur.

E-poçt ünvanları və "Twitter" sayəsində italyanların "ilbiz", hollandların "meymun quyruğu" adlandırdığı @ elektron əlaqənin əsas ünsürlərindən biridir. @ işarəsinin çağdaş mənası şıqlıq, iqtisadiyyat, intellektual şəffaflıq və gələcək istiqamətlərin sənət nümunəsi şəklindədir. Müasir Sənət Muzeyinin daimi kolleksiyasına daxil olunub.

Bu simvolun necə meydana çıxdığı tam bəlli deyil. Bir versiyaya görə, əlyazmaları köçürərkən qısaltmalar edən rahiblərin latınca "toward" sözünü "a" və ya "d"-nin quyruq halına gətirməsidir. Digər versiyaya görə, yazarlar fransızca "at" - a - olan sözcüyündən ilhamlanaraq qələmin ucunu üstə və yana doğru apardılar. Başqa bir versiyaya görə, simvol "eac at"-in (hər biri) qısaltması olan "a"-nın "e" versiyası ilə ortaya çıxıb.

E-poçt üçvanlarında istifadə edilən

@ işarəsinin istifadə olunduğu ən qədim yazılı sənəd 1345-ci ildə Konstantinos Manasses tərəfindən yazılıb. Mətnin bolqarca tərcüməsində bu simvol aşkarlanıb. Vatikan kitabxanasında saxlanılan bu sənəddə "Amen" sözündəki "A" hərfi əvəzinə @ işarəsi istifadə olunub.

Müasir @ işarəsinin ilk istifadəsi 1536-cı ilə təsadüf edir. Florensiyalı tacir Françesko Lapi @ işarəsiylə "Amphora" deyilən böyük kil bankalarında verilən şərab növlərini müəyyən edib.
Əslində, "nisbət" anlamına gələn ticari qısaltmadır. Tacirlər onu "at a rate of" müəyyən etmək üçün uzun müddət istifadə ediblər. Məsələn, "12 widget @ $ 1" şəklində yazının mənası dənəsi bir dollara 12 parça anlamına gəlir.

@ işarəsi qədim olmasına baxmayaraq, makinalarda gec istifadə olunub. İlk olaraq 1889 və 1900-cü illərdə "Underwood No. 5" adlı makina modelində yer alıb.

E-poçt üçvanlarında istifadə edilən

İşarənin modern formasından 1971-ci ildə Rey Tomlinson adlı proqramçı istifadə edib. Həmin vaxt hər proqramçı bir telefon bağlantısı və ya teletype makinası vasitəsilə vahid ana kompüterə bağlıydı. Ancaq bu kompüterlərin bir-biri ilə bağlılığı yox idi.

ABŞ hökuməti həll edə bilmədiyi problem üçün "BBN Technologies" şirkəti ilə anlaşdı. Şirkətin əməkdaşı Rey Tomlinson "Arpanet" adlı şəbəkənin inkişafına cəlb olundu.

Tomlinsonun vəzifəsi hər hansı şəxsin yazdığı mesajın "Arpanet" vasitəsiylə fərqli kompüterdəki birinə necə göndəriləcəyini həll etmək idi. Ünvan eyni zamanda bir çox istifadəçinin istifadə etdiyi kompüterin adını özündə əks etdirməliydi. Tomlinsonun diqqəti "P"-nin üzərindəki @ işarəsinə yönəldi. O, çox istifadə olunmayan bir simvol axtardığını, çox seçiminin olmadığını bildirir. @ işarəsindən istifadə edərək yaratdığı ünvan sistemini sınaqdan keçirmək üçün digər otaqdan özünə e-poçt göndərdi.

E-poçt üçvanlarında istifadə edilən

Hələ də "BBN"-də işləyən Tomlinson ilk poçtunda nə yazdığını xatırlamadığını bildirir. Deyilənə görə, həmin mesajda "qwertyuiop" yazılıb.

Beləliklə, @ işarəsi insanları bir-birinə bağlayan simvol halına gəldi.

Məqaləyə emosiya bildir:
4 il əvvəl
7816 dəfə oxundu
ilk.az-çılar nə deyir?
Fikirlər (0)
Oxşar yazılar
Dünyanın ən soyuq 8 ölkəsi
Dünyada sərt iqlimi ilə məşhur olan ölkələri araşdırmışıq. Bu ölkələrdə sağ...
  • 3 ay əvvəl
  • 922
Ölkə adlarının mənaları və hekayələri
Hər ölkənin adının öz mənası və hekayəsi var. “Hansı ad hansı ölkəyə aiddir?”,...
  • 5 ay əvvəl
  • 1258
Yağış yalnız Yer planetinə yağır?
Yenə çoxlarını maraqlandıran bir sualla qarşınızdayıq. Yağış yalnız Yerə...
  • 6 ay əvvəl
  • 1624
Bir növ futbolçu fabriki olan ölkələr
Futbol bütün dünyada milyardlarla insan tərəfindən sevilən və baxılan idman növüdür....
  • 7 ay əvvəl
  • 1026
Hz. Məhəmmədin həyatı | Məkkə və Mədinə dövrünün hadisələri
Məkkə və Mədinə illəri peyğəmbər əfəndimizin həyatında böyük əhəmiyyət kəsb...
  • 9 ay əvvəl
  • 1997
Dünyanın ən hündür binaları
Dünya çoxmu kiçikdir? Təəssüf ki, bəzi insanların xəsislikdə sərhəd tanımadıqlarına...
  • 9 ay əvvəl
  • 4388