Ekologiya və Təbii Sərvətlər Nazirliyi istehsalçı şirkətləri "Sıfır Tullantı” Bakı Bəyannaməsinə qoşulmağa çağırıb

Ekologiya və Təbii Sərvətlər Nazirliyi istehsalçı şirkətləri "Sıfır Tullantı” Bakı Bəyannaməsinə qoşulmağa çağırıb

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşəbbüsü və “Təmiz Şəhər” ASC-nin dəstəyi ilə iyunun 27-28-də Bakıda “Yaşıl dünya naminə həmrəylik: Dayanıqlı gələcək üçün tullantıdan dəyərə” beynəlxalq forumu keçirilir. Forum tullantıların azaldılması, ekoloji problemlərin həlli istiqamətində yeni strategiyaların formalaşdırılması və davamlı inkişafın təmin edilməsi məqsədi ilə təşkil olunur.

AZƏRTAC xıbır verir ki, Bakıda keçirilən beynəlxalq forumun yekun nəticələrindən biri kimi Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşəbbüsü, “Coca-Cola” və “Carlsber Azərbaycan” şirkətlərinin dəstəyi və Azərbaycanın digər aparıcı şirkətlərinin iştirakı ilə "Sıfır Tullantı” Bakı Bəyannaməsinin qəbul edilməsi nəzərdə tutulur. Bakı Bəyannaməsinin qəbul edilməsində məqsəd şirkətlərin istehsal prosesində ekoloji durumun yaxşılaşdırılması üzrə könüllü öhdəliklərinin vacibliyini diqqətə çatdırmaq, müvafiq pilot layihələr həyata keçirməklə tullantıların minimuma endirildiyi, resursların maksimum dərəcədə istifadə edildiyi və təbii mühitin gələcək nəsillər üçün qorunub saxlanıldığı dairəvi iqtisadiyyata töhfə verməkdir.

Qeyd edək ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyində forumdan əvvəl Bəyannamə barədə fikir mübadiləsi aparmaq üçün görüş təşkil edilib. Nazirlik daha genişmiqyaslı nəticələr əldə etmək üçün istehsalçı şirkətləri "Sıfır Tullantı” Bakı Bəyannaməsinə qoşulmağa çağırıb.

Görüşdə “Fors” MMC, “AzEkol” QSC, “Coca-Cola Bottlers Azerbaijan” MMC, “Carlsberg Azerbaijan” MMC, “Babək Sirab” ASC, Badamlı, “Norm” ASC, “Holcim (Azərbaycan)” ASC, “Veysəloğlu Qrup” MMC “Gədəbəy Mineral Sular” MMC, “Smart Veys” MMC, “Yağmur” MMC, Balaxanı Sənaye Parkının rezidentləri, EcoHub İctimai Birliyi, digər şirkət və qurumların nümayəndələri iştirak ediblər.

Mənbə: AZƏRTAC

Məqaləyə emosiya bildir:
20 gün əvvəl
386 dəfə oxundu
ilk.az-çılar nə deyir?
Fikirlər (0)
Oxşar yazılar
Ankarada “Anadolu” agentliyinin “Yaşıl xətt: Ətraf mühit” adlı sərgisi açılıb
İyulun 17-də Ankarada “Anadolu” agentliyinin “Yaşıl xətt: Ətraf mühit” adlı...
  • 7 dəq. əvvəl
  • 5
BBC Banqkokda 6 vyetnamlının həlak olmasının detallarını açıqlayıb
Banqkokda lüks otel otağında ölən 6 vyetnamlı sianidli içkilərdən zəhərlənib.AZƏRTAC...
  • 14 dəq. əvvəl
  • 6
Naxçıvanda aqrar sahədə lizinq fəaliyyətinin təşkilinə dair təlim keçirilib
Naxçıvan Biznes Mərkəzində “Kapital Bank” ASC-nin mütəxəssisləri tərəfindən aqrar...
  • 1 saat əvvəl
  • 24
Azərbaycanın futbol klubları Türkiyədə təlim-məşq toplanışları keçirir
Azərbaycanın bir sıra futbol komandaları Türkiyənin şərq vilayəti olan Ərzurumda...
  • 2 saat əvvəl
  • 30
“Paris-2024”: Azərbaycan komandasının bayraqdarları bəlli olub
Azərbaycanın “Paris-2024” Yay Olimpiya Oyunlarındakı bayraqdarları...
  • 2 saat əvvəl
  • 34
Peşə öyrənən yeniyetmə və gənclər erkən nikahın mənfi nəticələri ilə əlaqədar təlimdə iştirak ediblər
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin...
  • 4 saat əvvəl
  • 43