“Əlilliyi olan şəxslərin hüquq və azadlıqlarının dövlət təminatı” mövzusunda maarifləndirmə tədbiri təşkil edilib

“Əlilliyi olan şəxslərin hüquq və azadlıqlarının dövlət təminatı” mövzusunda maarifləndirmə tədbiri təşkil edilib

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) təşəbbüsü ilə elan olunmuş “İnsan Hüquqları Aylığı” çərçivəsində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Sosial Xidmətlər Agentliyinin tabeliyində Əlilliyi olan şəxslərin peşə-əmək reabilitasiya mərkəzində “Əlilliyi olan şəxslərin hüquq və azadlıqlarının dövlət təminatı” mövzusunda maarifləndirmə tədbiri keçirilib.

Ombudsman Aparatının mətbuat xidmətindən bildirilib ki, tədbirdə məruzəçi kimi iştirak edən Ombudsman Aparatının Əlilliyi olan şəxslərin hüquqlarının müdafiəsi sektorunun müdiri Aytən Tarverdiyeva çıxışında “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Konvensiyada nəzərdə tutulmuş öhdəliklər, Konvensiyanın həyata keçirilməsinin təşviqi və müstəqil monitorinqi üzrə Ombudsmana verilmiş yeni səlahiyyətlər, bu istiqamətdə görülmüş işlər haqqında məlumat verib. O, həmçinin əlilliyi olan şəxslərin hüquqları ilə bağlı Ombudsmana ünvanlanan müraciətlərin məzmunu, əlilliyi olan şəxslərin sağlamlıq, təhsil və əmək hüquqlarının təşviqi, müyəssərliyin təmini, inklüziv cəmiyyətin formalaşdırılması istiqamətində aparılan işlər haqqında danışıb.

Yekunda fikir mübadiləsi aparılıb, suallar cavablandırılıb.

Mənbə: AZƏRTAC

Məqaləyə emosiya bildir:
1 ay əvvəl
405 dəfə oxundu
ilk.az-çılar nə deyir?
Fikirlər (0)
Oxşar yazılar
Livanın cənubunda silsilə partlayışlar baş verib
İsrailin Livanın Adlyun kəndində və qonşu ərazilərdəki sursat anbarına endirdiyi...
  • 2 saat əvvəl
  • 27
Bu gün DİM hərbi liseylərə qəbul imtahanı keçirir
Dövlət İmtahan Mərkəzi (DİM) iyulun 21-də Müdafiə Nazirliyinin hərbi liseylərinə qəbul...
  • 4 saat əvvəl
  • 34
Tramp andiçmə mərasimindən əvvəl Ukraynadakı münaqişəni həll edəcəyinə söz verib
ABŞ-da prezidentliyə namizəd Donald Tramp seçkilərdə qalib gələcəyi halda, andiçmə...
  • 5 saat əvvəl
  • 45
Göbələk depressiyadan qurtulmağa kömək edir
Alimlər göbələyin tərkibindəki “psilosibin” adlı maddənin depressiyanın...
  • 6 saat əvvəl
  • 51
Boliviya - Çili sərhədində avtobusla yük maşını toqquşub, 16 nəfər ölüb
Boliviya - Çili sərhədi yaxınlığında avtobus və yük maşınının iştirakı ilə...
  • 8 saat əvvəl
  • 61
Yunanıstanda bir gündə 45 meşə yanğını baş verib
Yunanıstanda bir gündə 45 meşə yanğını baş verib.AZƏRTAC xəər verir ki, bu barədə...
  • 8 saat əvvəl
  • 55