Elm-təhsil sahəsində Azərbaycan-Şimali Kipr əməkdaşlığının perspektivləri müzakirə olunub

Elm-təhsil sahəsində Azərbaycan-Şimali Kipr əməkdaşlığının perspektivləri müzakirə olunub

Milli Məclisin Elm və təhsil komitəsinin sədri Bəxtiyar Əliyev və parlamentin bir qrup deputatı mayın 30-da Şimali Kipr Türk Respublikasının təhsil naziri Nazım Çavuşoğlunun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

ILK.AZ Azərtac-a istinadən xəbər verir ki, Bəxtiyar Əliyev ölkələrimizin qanunverici orqanlarında parlamentlərarası əlaqələr üzrə işçi qruplarının yaradılmasının əhəmiyyətindən söz açıb, parlamentarilərimizin qarşılıqlı səfərlərinin, keçirilən görüşlərin əlaqələrimizin daha da genişlənməsinə xidmət etdiyini bildirib.

Azərbaycan Prezidenti İlham Əliyevin andiçmə mərasimində söylədiyi nitqində bizim Türk dünyasından başqa ailəmizin olmadığı ilə bağlı dediyi fikirlərinə diqqəti yönəldən komitə sədri türk dövlətləri arasında əlaqələrin bütün istiqamətlərdə, o cümlədən parlamentlər səviyyəsində inkişaf etdirilməsinin vacibliyini vurğulayıb.

Nazım Çavuşoğlu qardaş Azərbaycanın öz ərazi bütövlüyünü tam bərpa etməsindən qürur və sevinc duyduqlarını bildirib, Vətən müharibəsində şəhid olanlara rəhmət, qazilərə cansağlığı diləyib. Azərbaycan və Şimali Kipr xalqlarının taleyinin oxşar olduğunu deyən qonaq vurğulayıb ki, müəyyən şərtlər altında uzun illər bir-birimizdən ayrı qalsaq da artıq buna son qoyulub və bundan sonra Türkiyə, Azərbaycan və Şimali Kipr olaraq bütün sahələrdə əlaqələrimizi inkişaf etdirməliyik.

Sonra Milli Məclisin Səhiyyə komitəsinin sədri, Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Əhliman Əmiraslanov Azərbaycan-Şimali Kipr Türk Respublikası parlamentlərarası əlaqələr üzrə işçi qrupun yaradılmasının əhəmiyyətini qeyd edib, cari ayda Milli Məclisin nümayəndə heyətinin Şimali Kiprə səfərindən və burada keçirilən görüşlərdən danışıb, qarşılıqlı əlaqələrin gələcək perspektivləri ilə bağlı fikirlərini bölüşüb.

Milli Məclisin Elm və təhsil komitəsi sədrinin müavini Musa Quliyev, parlamentin Şimali Kipr Türk Cümhuriyyəti ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Hikmət Məmmədov türk dövlətləri arasında əməkdaşlığın möhkəmləndirilməsində parlament diplomatiyasının əhəmiyyətindən danışıblar, bu əməkdaşlığın perspektivləri ilə bağlı fikirlərini bölüşüblər.

Söhbətdə ölkələrimiz arasında siyasi, mədəni, humanitar, xüsusən elm və təhsil sahəsində əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə olunub, tərəfləri maraqlandıran digər məsələlər barədə fikir mübadiləsi aparılıb.

Mənbə: AZƏRTAC

Məqaləyə emosiya bildir:
1 ay əvvəl
490 dəfə oxundu
ilk.az-çılar nə deyir?
Fikirlər (0)
Oxşar yazılar
Füzuliyə uçuşların həyata keçirilməsi Azərbaycanda mülki aviasiyasının inkişafının yeni mərhələsidir
İyulun 17-dən etibarən “Azərbaycan Hava Yolları” Bakıdan Füzuliyə və əks...
  • 7 dəq. əvvəl
  • 2
Venesuelada daxili problemlər qaz hasilatına mane olur
Qlobal enerji üzrə statistik icmala əsasən, Venesuela təbii qaz ehtiyatlarına görə dünyada...
  • 1 saat əvvəl
  • 12
Çində əhali artımı aşağı templə gedir
Paradoksal olsa da, 1,4 milyard əhalisi olan Çində demoqrafik vəziyyət dəyişir.AZƏRTAC...
  • 2 saat əvvəl
  • 23
BMT-nin Baş katibi insanları ekstremal istilərdən qorumaq üçün təcili tədbir görməyə çağırır
BMT-nin Baş katibi Antonio Quterreş dünyada milyardlarla insanı ekstremal istilərin...
  • 3 saat əvvəl
  • 25
İtaliya Suriyadakı səfirliyinin fəaliyyətini bərpa edir
İtaliya 2012-ci ildə bağladığı Suriyadakı səfirliyinin fəaliyyətini yenidən bərpa...
  • 4 saat əvvəl
  • 36
Türkiyə Ordusu İraqın şimalında hava əməliyyatı keçirib, çoxlu sayda terrorçu zərərsizləşdirilib
Türkiyə Silahlı Qüvvələri İraqın şimalında terrorçulara qarşı hava əməliyyatı...
  • 5 saat əvvəl
  • 41