Elşad Əsgərov: Qafqazda yalnız Azərbaycan ərazisində bəbir balalarının dünyaya gəlməsi müşahidə olunub

Elşad Əsgərov: Qafqazda yalnız Azərbaycan ərazisində bəbir balalarının dünyaya gəlməsi müşahidə olunub

Azərbaycanda bəbirlərin monitorinqinə 2002-ci ildən başlanılıb. İlk dəfə fototələ vasitəsilə 2007-ci ildə Talış dağlarında, 2012-ci ildə isə Zəngəzurda bəbirlər qeydə alınıb ki, bu da Azərbaycanda təbii şəraitdə çəkilmiş ilk bəbir fotolarıdır.

ILK.AZ Azərtac-a istinadən xəbər verir ki, bunu Ümumdünya Təbiəti Mühafizə Fondunun Azərbaycan nümayəndəliyinin direktoru Elşad Əsgərov Ekologiya və Təbii Sərvətlər Nazirliyində “Azərbaycanda bəbirlərin populyasiyası, bioloji müxtəlifliyin bərpası istiqamətində görülən işlər və ekoloji turizmin inkişafına dair planlaşdırma” mövzusunda keçirilən mətbuat konfransında deyib.

E. Əsgərov bildirib ki, bu günə qədər monitorinqlər nəticəsində Naxçıvanda 9 yetkin fərd və 9 bala, Hirkan meşələrində isə 8 yetkin fərd və 2 balanın fotosu çəkilib.

“Həyata keçirilən intensiv mühafizə tədbirlərinin nəticəsidir ki, bəbir balalarının dünyaya gəlməsi Qafqazda yalnız Azərbaycanda müşahidə olunub. Bizim ərazimizdə doğulub böyüyən balalar daha sonra qonşu dövlətlərin ərazisinə yayılır. Onlardan ikisi hətta Türkiyə ərazisində müşahidə edilib, biri isə lap Qara dəniz hövzəsinə qədər gedib çıxıb”, - deyə E. Əsgərov vurğulayıb.

Mənbə: AZƏRTAC

Məqaləyə emosiya bildir:
17 gün əvvəl
369 dəfə oxundu
ilk.az-çılar nə deyir?
Fikirlər (0)
Oxşar yazılar
Livanın cənubunda silsilə partlayışlar baş verib
İsrailin Livanın Adlyun kəndində və qonşu ərazilərdəki sursat anbarına endirdiyi...
  • 3 saat əvvəl
  • 31
Bu gün DİM hərbi liseylərə qəbul imtahanı keçirir
Dövlət İmtahan Mərkəzi (DİM) iyulun 21-də Müdafiə Nazirliyinin hərbi liseylərinə qəbul...
  • 5 saat əvvəl
  • 40
Tramp andiçmə mərasimindən əvvəl Ukraynadakı münaqişəni həll edəcəyinə söz verib
ABŞ-da prezidentliyə namizəd Donald Tramp seçkilərdə qalib gələcəyi halda, andiçmə...
  • 6 saat əvvəl
  • 49
Göbələk depressiyadan qurtulmağa kömək edir
Alimlər göbələyin tərkibindəki “psilosibin” adlı maddənin depressiyanın...
  • 7 saat əvvəl
  • 55
Boliviya - Çili sərhədində avtobusla yük maşını toqquşub, 16 nəfər ölüb
Boliviya - Çili sərhədi yaxınlığında avtobus və yük maşınının iştirakı ilə...
  • 9 saat əvvəl
  • 66
Yunanıstanda bir gündə 45 meşə yanğını baş verib
Yunanıstanda bir gündə 45 meşə yanğını baş verib.AZƏRTAC xəər verir ki, bu barədə...
  • 9 saat əvvəl
  • 59