Ən bahalı çiçəklər

Yenilənmə tarixi: 2021-09-19

Təbiətin ən gözəl hədiyyəsi olaraq bilinən çiçəklərin növlərinə və xüsusiyyətlərinə görə qiymət verilir. Xüsusi günlərinizi mənalı edən və sevdiklərinizin qəlbinə toxunan bu bənzərsiz gözəlliklər qiymətli əşyalardan daha bahalı olması ilə heyrətləndirir!

Çiçək aləmində bəzi növlər hətta əsl “ulduz” hesab oluna bilər. Olduqca bahalı və nadir olduqları üçün onları planetin yalnız ən zənginləri ala bilir.

Beləliklə, dünyanın ən bahalı güllərini təqdim edirik:

1. Kapudul

Kapudul çiçək

Bu gülü almaq mümkün deyil, o, sözün həqiqi mənasında qiymətsizdir. Məsələ ondadır ki, kapudulu qoparmağın mənası yoxdur, o, yalnız gecələr və cəmi bir neçə saatlıq çiçəkləyir.

Bitki kəsildikdə isə cəmi bir saat ərzində solur. Kapudulu Gecənin kraliçası da adlandırırlar.

Kapudulun çiçəklənməsini görmək üçün yeganə şans şəxsən baxmaqdır. Gecənin kraliçasının vətəni Şri-Lankadır.

2. “Culyetta” qızılgülü - $5 mln (8,5 mln AZN)

Culyetta çiçək

Devid Ostinin şah əsəri olan “Culyetta” qızılgülü böyük əmək və vəsait nəticəsində əldə olunmuş unikal sortdur.

Bu gül ərsəyə 2005-ci ildə Böyük Britaniyada gəlib. Hazırda isə istənilən şəxs ondan zövq ala bilər. Şekspirin romantik sevgi hekayəsinin qəhrəmanının şərəfinə adlandırılan “Cülyetta” şaftalı rəngli gözəl bağ qızılgülüdür.

3. “Shenzhen Nongke” səhləbi – $202 min (343 min AZN)

Shenzhen Nongke çiçək

“Shenzhen Nongke”ni, şübhəsiz, güllərin, səhləblərin, hətta dünya florasının kraliçası adlandırmaq olar. Shenzhen Universitetinin uzun araşdırmaları nəticəsində əldə edilən Nongke Orkide tamamilə süni şəkildə hazırlanmışdır. Laboratoriya tədqiqatlarının aparıldığı universitetdən adını alan Shenzhen Nongke Orkide, yalnız 4-5 il arasında çiçək açır. Nongke Orkide, 2005 -ci ildə elm adamlarının keçirdiyi hərracda 200.000 dollara alıcı tapdı.

4. “Rotşildin Pafiopedilumu” səhləbi - $5 min (8,5 min AZN)

Rotşildin Pafiopedilumu çiçək

Səhləb bu gül növünün pərəstişkarı və bağçılığın himayədarı baron Ferdinand de Rotşildin şərəfinə adlandırılıb.

Hər saplaqda bəzən 30-45 sm diametrədək ola bilən 2-4 iri çiçək olur. “Rotşildin Pafiopedilumu” çiçəkləri, demək olar, eyni zamanda açılır və uzun müddət qalırlar.

5. Zəfəran (krokus) - bir funtu (təxminən 454 q) $1 500 (2,6 min AZN)

Zəfəran çiçək

Zəfəran əsrlər boyu park və bağlarda erkən çiçəkləyən dekorativ bitki kimi becərilib. Qızıldan daha qiymətli olması ilə məşhur olan zəfəranın həm çiçək, həm də ədviyyat olma xüsusiyyəti var. Dünya mətbəxinin əvəzolunmaz ədviyyatlarından biri olaraq göstərilən zəfəran, bənövşəyi çiçəyi və sarı başcığı ilə çox kiçik bir çiçək növüdür. Yalnız 500 qram Zəfəran əldə etmək üçün 80.000 çiçək lazımdır. Altıləçəkli çiçək tacının rənginə görə iki növü var: sarıtaclı (bura ləçəkləri açıq sarıdan tutmuş tünd narıncıyadək olan bitkilər daxildir) və göytaclı (bura ləçəkləri açıq mavidən tünd bənövşəyiyədək olan bitkilər daxildir). Müxtəlif sortların uzun müddətli məqsədyönlü qarşılıqlı mayalandırılması nəticəsində çiçəkləmə və yetişmə vaxtına görə fərqlənən çoxlu sayda yeni krokus sortları və hibridləri də yaranıb.

6. “Kinabalu Qızılı” səhləbi - $6 min (10 min AZN)

Kinabalu Qızılı çiçək

“Kinabalu Qızılı” səhləbi “Rotşildin Başmağı” adı altında da tanınır. Bu səhləb növünün nəsli kəsilmək üzrədir. Bu çiçək gözəlliyi və çətin becərilməsi səbəbindən olduqca bahalıdır. Qırmızı nöqtələrlə bəzədilmiş yaşıl yarpaqları olan Kinabalu Qızıl Orkide, Malayziyanın Kinabalu Milli Parkında becərilir. Bütün şöhrəti ilə "Qızıl Kinabalu" ləqəbi ilə tanınan çiçək, hər vahid üçün 6000 dollara alıcı tapır.Onun çiçəkləməsi üçün 15 ilədək vaxt gedə bilər. Bu nadir səhləbi üfüqi vəziyyətdə olan altı iri ləçəyinə görə müəyyən etmək olar. Bu unikal gülü, demək olar, əldə etmək mümkün deyil. Ona görə də bitkinin qiyməti “qara bazar”da 6 min dollardan (10 min AZN) yuxarıdır.

oxu.az

Məqaləyə emosiya bildir:
emotion
8
emotion
6
emotion
1
emotion
22
emotion
8
emotion
9
emotion
2
Dostlarınla paylaş:
4 il əvvəl
8413 dəfə oxundu
ilk.az-çılar nə deyir?