Ən böyük kral sarayları

Kral ailələri həmişə insanların maraq və diqqətini cəlb edirlər. Böyük zənginlik, nəhəng tikililər, memarlıq nümunələri qeyri-adi həyatın ayrılmaz parçalarına çevrilir.

Ən böyük kral saraylarını təqdim edirik.

1. İsveçdəki Drottingholm sarayı

Drottingholm sarayı

Drottingholm sarayı İsveç kral ailəsinin xüsusi evidir. XVI əsrdə inşa olunub. Sarayın bəzi hissələri insanların ixtiyarına açıqdır. Möhtəşəm memarlığı və bağçaları ilə UNESCO-nun siyahısına düşüb.

2. Buckingham sarayı

Buckingham sarayı

Bəlkə də dünyada ən çox tanınan saraydır. Buckingham sarayı kral adət-ənənələrini davam etdirmək üçün önəmli rol oynayır. Dövlət başçıları Buckingham-də qarşılanır. Fotoda aktrisa Angelina Jolienin kraliça II Elizabeth tərəfindən mükafatlandırılması təsvir olunub.

3. Monako şahzadəsinin sarayı

Monako şahzadəsinin sarayı

Monako kral ailəsi şahzadə Gracenin daxil olması səbəbiylə qeyri-adidir. Şahzadə vəfat etdikdən sonra oğlu Albert taxtı ələ keçirib. Fotoda şahzadə Albertin atasının rəsminin yanında durduğu öz əksini tapıb.

4. Norveç kral sarayı

Norveç kral sarayı

Norveç kral ailəsinin ölkədə bir neçə malikanəsi var. Lakin bu ev onlardan ən böyüyü və möhtəşəmidir. Saray xüsusi qonaqları, dövlət rəhbərlərini qəbul etmək, krallığın mühüm işlərini həyata keçirmək üçün mühüm rola malikdir. Sarayı böyük park əhatə edir. 2017-ci ildə çəkilən fotoda kral Harald və kraliça Sonjanın 80-ci doğum günlərini qeyd etdikləri göstərilib.

5. Mərakeşdəki möhtəşəm kral sarayı

Mərakeşdəki kral sarayı

Mərakeş kral ailəsi Rabat şəhərinin mərkəzində gözəl saraya sahibdir. 2011-ci ildə İngiltərə şahzadəsi Charles buraya təşrif buyurub. Sarayın qarşısında xüsusi məscid yerləşir. Saray 1864-cü ildə inşa edilib və Dar-Al-Makhzen adlandırılıb.

6. Harry və Meghanın yay evi

Harry və Meghanın yay evi

Şahzadə Harry və arvadı Meghanın Gottswolds-dakı yeni evi olduqca maraqlı görünüşə malikdir. Ərazidə bir çox məhşurların malikanələri yer alır. Xoşbəxt bir evliliyə başlamaq üçüb bura ideal məkan hesab olunur.

7. Lüksemburqun lüks evi: Berg ailəsi

Berg ailəsi

Berg ailəsi bir neçə əsr Lüksemburq krallığına rəhbərlik edib. Bu ev II Dünya müharibəsi zamanı alman əsgərlər tərəfindən ələ keçirilib. Lakin sonradan kral ailəsinə geri qaytarılıb. 1960-cı illərdə yenidən restavrasiya edilib.

8. Krallara uyğun qonaq evi: İspaniya Zazuela sarayı

İspaniya Zazuela sarayı

Bu gözəl qonaq evi Hollandiyada yerləşir. Daha dəqiq, Wassenaar-da inşa edilib. Kral və kraliçanın əsl evi hesab olunur və mühüm xarici qonaqlar burada qəbul edilir. Fotoda kraliça Maxima, kral Willem-Alexander və Hindistanın baş naziri Narendra Modi təsvir olunub.

9. Wadyar ailəsinin rezidansı: Mysore sarayı

Mysore sarayı

Hindistanda keçmiş kral ailəsi hələ də sarayda yaşayır. Wadiyar ailəsi 1399-cu ildən 1950-ci ilə qədər Hindistanı idarə edib. Saray memarlıq üslubu ilə diqqət çəkir. XIX əsrin sonlarında tikilib və minlərlə işıqla işıqlandırılıb. Hindistanda turistlərin ən çox görmək istədiyi məkanlardan biridir.

10. Madrid kral sarayı

Madrid kral sarayı

Madrid kral sarayı görünüşü ilə Ağ Evi xatırladır. Bir milyon kvadrat metrdən çox ərazisi olan saray XVIII əsrin əvvəllərində inşa olunub. 3000-dən çox otağı var və əsasən xarici qonaqlar burada qəbul edilir. Kral Felipe və ailəsi bu sarayda yaşamır.

11. İspaniya Zazuela sarayı

İspaniya Zazuela sarayı

Kral Felipe, kraliça Letizia və qızları bu sarayda yaşayırlar. Saray Madriddə yerləşir. Eyniadlı teatra
malikdir. Teatrın opera tərzi Zarzuelanın çıxış nöqtəsi olduğu deyilir.

12. Möhtəşəm kral iqamətgahı

Möhtəşəm kral iqamətgahı

Laken kral sarayı öz memarlığı ilə göz oxşayır. Belçika kralı Philippe və ailəsinin əsas iqamətgahıdır. Yayda dünyanın hər yerindən olan turistlər buraya səfər edir. Sarayın şüşə tavanları Art Nouveau tərzində hazırlanıb və müəllifi memar Alphonse Malatdır.

13. Amalienborg sarayı

Amalienborg sarayı

Saray Kopenhagendə yerləşir. XVIII əsrin ortalarında inşa olunub. Tamamən eyni olan dörd fərqli binadan ibarətdir. Binaların ikisi kral ailəsinə məxsusdur, digər ikisində xüsusi qonaqlar qarşılanır.

14. Al Alam sarayı

Al Alam sarayı

Al Alam sarayı Omanda yerləşir. Omanda çoxlu sayda kral iqamətgahları olsa da, Al Alam onlardan ən əsası hesab edilir. Dövlət başçıları bu sarayda qəbul olunur. Fotoda Sultan Qaboos bin Said El Saidin Misir dövlət başçısı Abdel Fattah el-Sisi ilə görüşü təsvir olunub.

15. Amsterdam kral sarayı

Amsterdam kral sarayı

Saray bələdiyyə binası kimi inşa edilib. Hollandiya kralı Willem-Alexanderin iqamətgahıdır. O və ailəsi burada xüsusi işlərini həyata keçirir. Kral sarayında mühüm tədbirlər də keçirilir. Bəzən turislətə açıq olur.

16. Kamboca kral sarayı

Kamboca kral sarayı

Kamboca kral sarayı Phnom Penh-də yerləşir. Saray kral ailəsinin rəsmi iqamətgahı sayılır. Sarayın
ətrafında müxtəlif dini məbədlər yerləşir. Bu bölgələr turistlərə açıqdır.

17. Mandalay sarayı

Mandalay sarayı

Mandalay sarayı keçmiş Myanma monarxiyasının son iqamətgahıdır. Saray XIX əsrin əvvələrində inşa olunub. Günümüzdə əsasən turizm mərkəzi kimi xidmət göstərir. Saray həmçinin Myanma xalqına İngiltərə müstəmləkəçiliyi ərzində olduğu kimi müstəqilliyin rəmzi olaraq xidmət edir.

18. Tokio imperatorluğu sarayı

Tokio imperatorluğu sarayı

Bura Yaponiya imperatoru və ailəsinin əsas iqamətgahıdır. Köhnə Edo qalasının üzərində tikilib. II Dünya müharibəsində dağıdılsa da, 1960-cı illərdə yenidən bərpa olunub. Sarayın ətrafı iri çuxurlarla əhatələnib.

Məqaləyə emosiya bildir:
emotion
1
emotion
1
emotion
0
emotion
0
emotion
0
emotion
0
emotion
1
Dostlarınla paylaş:
2 il əvvəl
2967 dəfə oxundu
ilk.az-çılar nə deyir?