Ən böyük nüvə fəlakəti yaşanan Çernobl ilə bağlı 25 məlumat

Çernobldakı nüvə faciəsi 26 aprel 1986-cı ildə baş verib. Qəza Ukraynanın şimalındakı Pripyat şəhəri yaxınlığındakı Çernobl Nüvə Sentralında 4 nömrəli yüksək güclü reaktorda partlayış meydana gəlib. Bəs Çernobldakı partlayış zamanı və ondan sonra nələr yaşanıb?

1. SSRİ-də daha əvvəl də nüvə qəzası yaşanıb. 1957-ci ildə Ozyorsk qəsəbəsindəki partlayış nəticəsində 20 kvadrat kilometrlik ərazi zərər görüb.

Çernobl ilə bağlı 25 məlumat

2. Bu olay 6-cı səviyyəli biq qəza idi, isə 7-ci səviyyəli. Çernobl qəzası ilk əvvəl ictimaiyyətdən gizlədilməyə çalışılıb. CIA bundan xəbərdar idi, lakin ABŞ-dakı nüvə stansiyalarının zərər görməməsi üçün bunu gizli saxladı.

Çernobl hadisəsi

3. Partlayış ərazisi boşaldıldıqdan sonra Çernoblda canavarlar, ayılar və marallar kimi vəhşi heyvanlar yaşamağa başladı.

Çernoblda heyvanlar

4. Çernobl Nüvə Sentralının tamamən bağlanması 2000-ci ilə təsadüf edir.

Çernobl 2000-ci il

5. Çernobl faciəsində insanları xilas edən avtomobillər bir daha istifadə edilməyərək maşın qəbiristanlıqlarına atılıb.

Çernobl avtomobillər

6. Slovakiyalı mühəndislər radiasiyalı sahədə soya lobyası bitirməyi sınaqdan keçirib. Məqsəd bitkinin mühitə necə uyğunlaşacağını yoxlamaq olub.

Çernobl faciəsi

7. Soya lobyaları özlərini radiasiyadan qoruyacaq genetik bir xüsusiyyət yaratdı. Bu xüsusiyyət insan qanını da radiasiyadan qoruya bilən fermentlərə malikdir.

Çernobl soya lobyaları

8. Partlayışdan sonra Çernobl və ətrafı daha 20 min il insanların yaşaması üçün əlverişli olmayan əraziyə çevrilib.

Çernoblda həyat

9. Təcili vəziyyətlərə cavabdeh olan yaşlı bir operator radiasiyalı sahəyə gənc məsləkdaşlarının girməsinə icazə verməyərək işləri təkbaşına görüb.

Çernobl operatorlar

10. Normaldan 5 dəfə artıq radiasiyaya məruz qalan bu şəxs qısa müddətdə ölsə də, digər işçilərin həyatını qurtara bildi.

Çernobl radiasiya

11. Belarusda doğulan uşaqların 85 %-i Çernobl qurbanı olaraq dünyaya gəlir. Təbii ki, bu, bir neçə nəsil belə davam edəcək.

Çernobl qurbanları

12. Təmizlik əməliyyatından sonra üç işçiyə təhlükə səviyyəsini müəyyənləşdirmək üçün sentralın yuxarısına qırmızı bayraq asmaq tapşırığı verilib.

Çernobl qırmızı bayraq

13. Çernobldakı ağaclar zombiləri xatırladırlar. Ölüdürlər, lakin təbiət onları və tökülmüş yarpaqlarını ayıra bilmir.

Çernoblda ağaclar

14. Çernobldakı yanğına müdaxilə edən yanğınsöndürənlərə partlayışın radioaktiv sızıntı nəticəsində baş verdiyi söylənilməyib.

Çernobldakı yanğınsöndürənlər

15. Yanğınsöndürənlərdən biri bunu 20 il sonra etiraf edib. Özlərini kamikadze pilotlarla müqayisə edib.

Ən böyük nüvə fəlakəti Çernobl

16. Faciədən 6 gün sonra 3 könüllü dalğıc radiasiya ilə zəhərlənmiş su ilə dolu olan və rraktorun da içində olduğu otağa girməyə cəhd ediblər.

Çernobl könüllülər

17. Məqsədləri ehtimal edilən digər bir partlayışın qarşısını almaq üçün suyu təxliyə etmək olub. Hər üçü radiasiya zəhərlənməsindən ölüb.

Çernobl radiasiya zəhərlənməsi

18. Almaniyada Çernobldakı faciədən sonra ortaya çıxan mutant bir donuz növü yaşayır və sayları get- gedə artır.

Almaniyada mutant donuz

19. Qəza baş verən gün 31 nəfər ölüb. Digər ölümlər isə partlayışdan illər sonra reallaşıb.

Çernoblda 31 nəfər ölüb

20. SSRİ qəzanın nüvə partlayışı olduğunu, partlayışın təsirləri İsveçə çatana qədər etiraf etməyib.

Çernobl haqqında

21. Partlayışdan sonra Çernoblda işləyənlər üçün Slavutiç adlı yeni şəhər təsis edilib.

Çernobl Slavutiç

22. Partlayışdan sonra Çernoblda tamamilə radiasiya ilə qidalanan göbələk növü yaranıb.

Çernobl göbələk

23. Çernoblda ərazini zəhərdən təmizləmək üçün bir çox yerdə çətənə əkilib.

Çernobl çətənə

24. Partlayışdan sonra Moskvanın zərər görməməsi üçün yağış bombaları istifadə edilərə şəhərə uzun müddət yağış yağdırılıb.

Çernobl yağış bombaları

25. Türkiyənin Qara dəniz bölgəsində bir çox insan Çernobldakı faciədən sonra xəstəliklərə düçar olaraq illər sonra vəfat ediblər.

Çernobl partlayış

Məqaləyə emosiya bildir:
emotion
1
emotion
0
emotion
0
emotion
2
emotion
0
emotion
0
emotion
4
Dostlarınla paylaş:
2 il əvvəl
2985 dəfə oxundu
ilk.az-çılar nə deyir?