Ən gözəl Qurban Bayramı sözləri - Qurban Bayramı Təbrikləri 2023

Yenilənmə tarixi: 2023-06-16

Bu gün Müqəddəs Qurban Bayramıdır. Bu xeyirli gündə hər kəs istər ki, sevdikləri, yaxınları ilə birlikdə olsun, onlarla birlikdə bayramı qeyd etsin. Lakin hazırki dövrü nəzərə alsaq bunu hər kəs edə bilmir. Belə olan halda isə ən azından bir təbrik mesajı yazıb, onları unutmadığınızı göstərərək bayramlarını təbrik edə bilərsiniz. Sizlər üçün bu müqəddəs bayramda sevdiklərinizi xatırlamaq və onların bu gününü təbrik etmək üçün təbrik mesajları hazırladıq.

Ən gözəl Qurban Bayramı sözləri

Qurban bayramınız mübarək! Bu özəl gündə sizə və yaxınlarınıza sülh və xoşbəxtlik arzulayıram.

Sevgi, tolerantlıq və qardaşlıq hisslərinin gücləndiyi bu müqəddəs bayramda sizə cansağlığı, bolluq və uğurlarla dolu bir ömür arzulayıram.

Rəbbimizin rəhməti və bərəkəti üzərinizdə olsun. Qurbanınız qəbul olsun, dualarınız geri çevrilməsin. Bayramınız mübarək!

Sizi dünya müsəlmanlarının mənəvi birlik və həmrəylik rəmzi olan müqəddəs Qurban bayramı münasibətilə ürəkdən təbrik edir, firəvan həyat, bol ruzi bərəkət arzu edirəm.

Qardaşlığın doğduğu, sevgilərin birləşdiyi, bəlkə durğun, bəlkə yorğun, yenə xoşbəxt, yenə ümidli, yenə sevgi dolu bayramlar...

Damağınızı və ruhunuzu dadlandıran, gözəl və bərəkətli Qurban bayramı keçirməyinizi arzu edirik.

Bayramlar milli və dini duyğuların, inancların, adət-ənənələrin sərgiləndiyi, millət olmaq şüurunun şəkilləndiyi, gücləndiyi günlərdir. Qurban bayramınız mübarək.

Dostluq və sülhə vəsilə olaq. Uca Allaha varaq. Neçə belə bayramlar qeyd edək.

Həmişə bir arada, sevgi dolu və dinc neçə belə bayramlar keçirmək arzusu ilə, Qurban Bayramınız Mübarək olsun. Allah bütün inananlara dinc və bərəkətli bayramlar nəsib etsin.

Küsülülərin barışdığı, sevənlərin bir araya gəldiyi, rəhmət və şəfqət dolu günlərin ən dəyərlilərindən olan Qurban Bayramınız mübarək olsun.

Bərəkətilə gələn bu gün sənə və sevdiklərinə bol-bol əmin-amanlıq, xoşbəxtlik və sağlamlıq gətirsin. Bütün gözəlliklər evinə dolsun.

Həyat nəfəs aldığımız qədərdir, həqiqi gözəlliklər yaşandıqca başa düşülür. Belə günlərdə birlikdə yaşamaq ümidi ilə, Qurban bayramınız mübarək.

Bayramların gözəl anları tək bu gün yox, daim sizinlə olsun. Qurban bayramınız mübarək.

Kainatın yaradıcısı və uca aləmlərin Rəbbi uca Allaha sonsuz təşəkkürlər. Mübarək Qurban bayramı bərəkətiylə, bolluğuyla gəlsin, insanlığa xeyir gətirsin.

Qurban bayramına aid şəkillər

Qurban Bayramı Təbrikləri

Qurban Bayramınız mübarək təbrikləri 2023

Ən güclü səhər yeli, ən günəşli günlər, ən parlaq gecələrdir bayramlar. Ürəklərdə bir əsinti və barış paylaşımına ən isti "salamdır" bayramlar.

Sülh və qardaşlığa vəsilə olaq. Birlikdə neçə-neçə bayramlar keçirək. Qurban bayramınız mübarək.

Bayramlar insanların bir-biri ilə üzgünlüklərini unutduran, qardaşcasına qucaqlaşdıqları günlərdir. Müqəddəs Qurban bayramınız mübarək.

Etdiyiniz duaların, kəsdiyiniz qurbanların Tanrı dərgahında qəbul olunması arzusu ilə sizə səmimi təbriklərimi yetirirəm. Qoy bu nurlu bayram ailələrinizə xoşbəxtlik, süfrələrinizə xeyir-bərəkət gətirsin. Qurban Bayramınız Mübarək olsun!

Sizi Qurban bayramı münasibəti ilə ürəkdən təbrik edir, sevdiklərinizlə hüzurlu xatirələr toplamanızı arzu edirəm.

Bu mübarək gündə ürəklərimizin sevgi ilə dolduğu, dostluq və qardaşlıq tellərinin möhkəmləndiyi bir bayram arzulayıram. Bayramınız mübarək!

Whatsapp statusda paylaşmaq üçün Qurban bayramı mesajları

Qurban bayramında yaxınlarınıza göndərə biləcəyiniz mənəvi yüklü mesajları sizin üçün hazırlamışıq.

Bu gün sevinc günüdür, kədəri unudaq. Qurban bayramını doya-doya yaşayaq. Xeyirli bayramlar.

Bayramlar o qədər gözəldir ki, gəlişini bir il gözləyirik və gedişindəki kədər də ancaq növbəti gəliş ümidiylə xəfifləyir. Qurban bayramının belə bir nəşə ilə gəlməsi, bütün ailənizi sevincə qərq etməsi diləyi ilə, bayramınız mübarək

Allahın rəhməti üzərinizdə olsun. Sənə gələn hər yaxşılıq Allahdandır, pislik nəfsindəndir. Məkanın cənnət, evin hüzurlu, qəlbin Allah sevgisiylə dolu, bayramın mübarək olsun.

Həyəcan və həsrətlə gözlənən müqəddəs Qurban Bayramı gəldi, xoş gəldi. Mübarək bayram millətimizə cansağlığı, firavanlıq, xoşbəxtlik, bolluq və bərəkət gətirsin. Kəsdiyiniz qurbanlar Tanrı dəzgahında qəbul olsun. Bayramınız Mübarək!

Ən gözəl Qurban Bayramı sözləri

Dostluğu, sevgini, gələcəyi... Çörəyimizi, süfrəmizi... Kədərimizi, yalnızlığımızı paylaşdığımız, birlik və bərabərliyimizi, qardaşlıq və dostluğumuzu hiss edəcəyimiz Qurban bayramımız mübarək olsun.

Bayramlar bərəkət, ümid deməkdir. Etdiyinz dualar və kəsdiyiniz qurbanlar qəbul olsun İnşallah. Sevdikləriniz daim sizinlə olsun.

Bu mübarək bayramda könüllərin bir olması, küsülülərin barışması diləyi ilə. Bütün müsəlmanların Qurban bayramı mübarək!

Allahdan rəhmət və bərəkətlə dolu, sevdiklərinizlə bol-bol xoşbəxt bayramlar arzu edirəm. Qurban bayramınız mübarək!

Sevgi və paylaşma hisslərinin ön planda olduğu bu bayramda sizə sevdiklərinizlə xoşbəxtlik və sülh arzulayıram. Bayramınız mübarək!

gözəl Qurban Bayramı Təbriki

Mənalı Qurban bayramı mesajları

Ürəklər vardır sevgini yaşatmaq üçün, insanlar vardır dostluğu paylaşmaq üçün və bayramlar vardır sevgi ilə qucaqlaşmaq üçün. Bayramınız mübarək olsun.

Qurban bayramı sənə və sevdiklərinə hüzur, xoşbəxtlik, gözəl günlər bəxş etsin. Bütün gözəlliklər sənə nəsib olsun. Duaların qəbul olsun.

Qurban Bayramınız Mübarək

Bu xoş gündə, gözəl insanlara, xüsusi insanlara, daima qəlbimizdə olanlara, sevgimizi, ehtiramımızı, dualarımızı göndəririk. Hər gününüz bayram olsun.

Gözəl düşüncələr nəfəslərə dolarsa gözəl dualar olar, dualar isə uca Allaha çatıb nur olar. Dualarımızın nurlanması ümidi ilə...

Ədalətin tərəzisi, varlığın yaradıcısı, mərhəmətin göstəricisi uca Allah, möminlərin dualarını qəbul et. Müqəddəs Qurban bayramınız mübarək!

Bayramda qurbanlar kəsiləcək, savab niyyətlə ətlər paylanacaq. Ürəklər bir olacaq. Hamının qəlbi bayram sevgisiylə dolacaq.

Bir ovuc dua, bir qucaq sevgi, isti bir mesaj məsafələri aradan götürər, könülləri birləşdirər. Qəlbiniz hüzurla, eviniz nurla dolsun. Bayramınız mübarək!

Allah bayramınızı xeyirlərə vəsilə etsin. Ağrı-acıdan uzaq olun.

Yeni doğulmuş körpə tək sevinclə gələn Qurban bayramınızı təbrik edir, bu gözəl günlərin sizə hüzur gətirməsini arzulayırıq.

Vəsilə olaq qardaşlığa və barışa. Çataq birlikdə neçə belə bayramlara. Mübarək Qurban Bayramınızı səmimi qəlbdən təbrik edirə

Xoşbəxtlik içində, sevdiklərinizlə gözəl bayram keçirməyinizi arzu edirik. Qurban bayramınız mübarək.

Happy Qurban Holiday

Dəli kimi əsən külək, qızmar günəşli günlər, ulduzlarla dolu bir dünyadır bayramlar. Qurban Bayramınız Mübarək olsun, hər şey istədiyiniz kimi olsun inşAllah.Mübarək Qurban bayramınızı təbrik edir, bu gözəl günlərin sizə xoş anlar bəxş etməsini arzulayırıq.

Allah Təala müqəddəs Qurban bayramınızı mübarək etsin. Bayram xeyirli anlarınızın başlanğıcı olsun.

Güldürən Qurban bayramı sözləri

Xoşbəxtliyiniz inflyasiya kimi yüksək, kədəriniz dövlət qulluqçsunun maaşı qədər az, gələcəyiniz keçəl baş kimi parlaq olsun. Bayramınız mübarək.

Bu il qurbanlıq almayın. "Qurban" yazıb 2021-yə göndər və səni sevməyənlər sənə qurban olsun.

Bu müqəddəs gecənin gözəl üzü ürəyinə toxunsun, kabuslar səndən uzaqda mələklər baş ucunda olsun, günəş elə bir gecəyə doğsun ki, duaların qəbul və Qurban Bayramınız mübarək olsun!

Zarafatcasına Qurban bayramı təbrikləri

Bayramın mübarək, onsuz da sənə hər gün bayramdır.

Tanrıdan su istədik dənizləri, çiçək istədik tikanları, dost istədik bu nömrəni verdi.

Minarədən tullanıb bayramını təbrik edərəm.

Telefonum telefonunun bayramını təbrik edir, batareyasının uzunömürlü olmasını arzulayır.

Qurban bayramının bütün insanlığa sülh, sevgi və ədalət gətirməsini diləyirəm. Sizə cansağlığı, xoşbəxtlik və uğurlarla dolu bir bayram arzulayıram.

Allah dualarınızı qəbul etsin qəlbləriniz hüzurla dolsun. Qurban bayramınız mübarək, sevdiklərinizlə xoş bir bayram keçirməyinizi arzu edirəm.

Əcaib Qurban bayramı təbrikləri :)

Üzün öpülməkdən solsun, mədən qurban ətiylə dolsun, bayramın mübarək olsun.

Ən yaxşı qurban 100 metr məsafəni ən qısa müddətdə keçən qurbandır.

İndi hər 100 nəfərdən 35-i bayram namazı qılır, 10-u qurban kəsir, 25-i əl öpür, 15-i tətilə gedir, 10-u xaricdə, 4-ü yuxudadaır, 1-i isə telefonda mesaj oxuyur.

Komik Qurban Bayramı Təbrikləri

"Qoyun" yazıb 7070-ə göndər. Xidmətin adı: cep to sevindir

Köynəyiniz Levis, pencəyiniz Diesel, bayramınız mübarək olsun.

Bu mübarək bayramda sevginin və tolerantlığın bütün bəşəriyyətə yayılacağını ümid edir, qəlblərinizin sevgi ilə dolduğu bir bayram arzulayıram. Bayramınız mübarək!

Məqaləyə emosiya bildir:
emotion
40
emotion
7
emotion
14
emotion
7
emotion
18
emotion
5
emotion
6
Dostlarınla paylaş:
3 il əvvəl
71813 dəfə oxundu
ilk.az-çılar nə deyir?
Fikirlər (2)
Medine (9 ay əvvəl)
salam
Aytac (9 ay əvvəl)
Nəbilim