Ən qeyri-adi 15 dünya rekordu

Kimlərə üçünsə qeyri-ad görünən şeylər bəzi insanlara adi gəlir. Bəzən normal adlandırılan məvhum o qədər möhtəşəm olur ki, adam inanmağa çətinlik çəkir. Qəribə bacarıqlarını nümayiş etdirən çılğın insanların çox olduğu bir dünyada yaşayırıq.

1. Ən çox Big Mac yemək

Ən çox Big Mac yemək

2016-cı ildə Donald Gorske adlı bir adam 28 788 Big Mac yeyərək dünya rekordu qırıb. Bu şəxs Big Macı toplu şəkildə alır və dətən gündə iki dəfə yeyir. Yəni onun hər növ hamburgerdən xoşu gəlir.

2. Ən yaşlı seks işçisi

Ən yaşlı seks işçisi

Dünyanın ən yaşlı seks işçisi İngiltərədəki Sheila Vogel-Coupe adlı 87 yaşlı qadındır. İkinci ərinin
ölümündən sonra 83 yaşında bu fəaliyyətə başlayıb.

3. Burnu ilə ən çox söz yazan

 Burnu ilə ən çox söz yazan

Mohammed Kursheed Hussain adlı şəxs 47 saniyədə 103 simvol yaza bilir. Bu, misilsiz bacarıq hesab olunur.

4. Ən kiçik bel

Ən kiçik bel

"Korset kraliçası" kimi tanınan 73 yaşlı amerikalı Cathie Jung korseti belindən çıxarmadan yaşayır. Bu rekordçu qadının beli 15 düym civarındadır.

5. Ən uzun öpüş

Ən uzun öpüş

Dünyadakı ən uzun öpüş 58 saat 35 dəqiqə 58 saniyə davam edib. 2013-cü ildə Taylanddan olan cütlük "Ripley's Believe It Is Not" adlı müsabiqəyə qatılıb. Burada birinci olan olan cütlük brilyant üzüklər mükafatını almaq hüququ qazanıblar.

6. Bir dəqiqə ərzində çənə ilə ən çox yumurta qırmaq

Leo Mondello

Dragon Jetlee adlı bir adam çənə hərəkəti ilə bir dəqiqədə 150 yumurtanı qırıb. Bu rekordun əvvəlki sahibi 130 yumurtanı çənəsiylə qıran Leo Mondello olub.

7. Ən izdihamlı toy

Ən izdihamlı toy

Şri-Lankadan olan Nisansala və Nalin adlı cütlüyün toyunda 25 sağdış, 23 nədimə və çoxlu işçi heyəti iştirak edərək dünya rekorduna imza atıb.

8. Qarda ən uzun müddət qalmaq

Qarda ən uzun müddət qalmaq

Çinli Jin Songhao 2011-ci ilin yanvarında bədəni tamamilə qarla örtülü vəziyyətdə 46 dəqiqə 7 saniyə qalaraq rekorda imza atıb.

9. Bir dəqiqə ərzində başla ən çox unitaz qapağı qırmaq

Kevin Shelley

2007-ci ildə ABŞ-dan olan Kevin Shelley 46 unitaz qapağını bir dəqiqədə başı ilə sındıraraq Ginnesin Rekordlar Kitabına düşüb.

10. Dünyanın ən sürətli tualeti

Dünyanın ən sürətli tualeti

İngiltərəli Colin Furze tərəfindən hazırlan bu mexanizmin (motosikldə quraşdırılmış) sürəti 55km/s-a çatır. Bu tualet həqiqi tualetin xüsusiyyətlərinə sahibdir.

11. Bədəndə ən çox pirsinq

Elaine Davidson

1997-ci ildə Elaine Davidson adlı braziliyalı qadın bədəninə pirsinqlər etdirməyə başlayır. 2006-cı ildə 4225 bədən pirsinqi ilə rekord sahibi olub.

12. İplə dağa çıxmaq

İplə dağa çıxmaq

Normal bir alpinist Almaniyanın ən yüksək dağı olan Zugspitzeyə dırmaşmaq üçün teleferikdən istifadə edir. Freddy Nock eyni işi möhkəm bir ip üzərində addımlamaqla bacarıb. 80 dəqiqə davam edən 1 kilometrlik məsafə ərzində 348 metr yüksəkliyə qalxan Nock xüsusi rekorda imza atıb.

13. Skeytbordla dünya səyahəti

Skeytbordla dünya səyahəti

Tam olaraq 12 158 kilometr və bir ildən çox müddət davam edən səyahət. Sal, qatar, velosiped, qayıq kimi alternativ vasitələrdən də istifadə edən Rob Thomson demək olar ki, skeytbordla bütün dünyanı gəzib. Gündə 5-6 saat skeytbordla səyahət edən Thomson deyir ki, ilk 3 saat çox ləzzətlidir, ancaq sonradan tam bir işgəncə halına gəlir.

14. Bədəndə ən çox qaşıq saxlamaq

Etibar Elçiyev

Gürcüstan vətəndaşı olan azərbaycan əsilli Etibar Elçiyev bədəninə 50 metal qaşığı yapışdırmağı
bacararaq rekorda imza atıb.

Məqaləyə emosiya bildir:
emotion
7
emotion
1
emotion
2
emotion
1
emotion
5
emotion
2
emotion
2
Dostlarınla paylaş:
3 il əvvəl
5227 dəfə oxundu
ilk.az-çılar nə deyir?
Fikirlər (1)
cavanşir (3 ay əvvəl)
hüü