Ən təhlükəli 5 qadın mafiya lideri

Mafiya lideri dedikdə insanların beynində çoxu zaman güclü, xarizmatik bir adam təsəvvürü yaranır. Ancaq sizə təqdim edəcəyimiz mafiya liderləri biraz fərqlidir...

Mafiya liderlərindən söz açılanda, hamının beynində qorxunc baxışlı, xarizmatik və sərt adam təsəvvürü yaranır. Ancaq bu təhlükəli işi sadəcə kişilər etmir. Dünyada bir çox diqqətəlayiq qadın mafiya liderləi vardır. Vəhşicəsinə cinayətlər törədən qadın mafiya rəhbərlərini sizlər üçün araşdırdıq:

1. Claudiya Ochoa Felix

Ən təhlükəli 5 qadin mafia lideri

Sosial media fenomeninə çevrilən bu xanım yalnız gözəlliyi ilə deyil, Meksikadakı "Los Antrax" adlı məşhur mafiya təşkilatının lideri olması ilə də məşhurdur. Qeyd etdiyimiz təşkilat üstü bağlanmış bir çox ağır cinayətlərdən məsul olaraq göstərilir. Təşkilatın qadın lideri Claudia, bir çox mühafizəçisi və zəkası ilə hələ də əlçatmaz bir qüvvədir.

2. Rafaella D'alterio

Ən təhlükəli 5 qadin mafia lideri

Neapolitan mafiyasında, xaç ataları ilə birlikdə xaç anaları da mövcuddur. Rafaella D'alterio, əri Nikol Pianesenin ölümündən sonra keçmiş Camaro mafiya qrupuna rəhbərlik etməyə başladı. Təxminən 3 il əvvəl tutulan Rafaellanın evində aparılan axtarışlarda 10 milyon dollardan çox nağd pul ələ keçirildi. Qrupun 30 ildə 4000-dən çox cinayət törətdiyi təxmin edilir.

3. Judy Moran

Ən təhlükəli 5 qadin mafia lideri

İlk baxışdan təqaüdçü bir qadını xatırladan Judy Moran, Avstraliyada "Moranov" adlı bir qrupun rəhbəridir. Bu qrup "Green Continent"in ən təhlükəli narkotik satıcılarından biri kimi tanınır. Qrupun adı qanunsuz narkotik satışı ilə yanaşı bir sıra ağır cinayətlərdə də hallanır. Mafiya lideri Cudy Moran 2009-cu ildə tutuldu və 8 il həbs cəzasına məhkum edildi.

4. Maria Licciardi

Ən təhlükəli 5 qadin mafia lideri

Xaç anası "Maria Licciardi"nin rəhbərlik etdiyi mafiya, insan alveri və cinsi xidmətdə ad çıxardı. Qrup, Alban mafiyasından yetkinlik yaşına çatmamış gənc qızları alaraq İtaliyada yüksək əmək haqqı ilə işə düzəltmək vədləri ilə aldadıldı. Cinsi işləməyə razı edilməyən qızlar isə qrupun adamları tərəfindən vəhşicəsinə öldürüldü. Mariya Licciardi 2001-ci ildə tutularaq həbsxanaya göndərildi və hələ də cəzasını çəkir.

5. Jemeker Thompson

Ən təhlükəli 5 qadin mafia lideri

Los Angelesdə yaşayan Jemeker Thompson, ərinin öldürülməsindən sonra onun yerini alan mafiya lideridir. 27 yaşında mafiya lideri olmuşdur. Qaçaqçılıq, qəsb və saxta pul kimi cinayətlər törədən Jemeker Thompson, ən təhlükəli qadın mafiya liderlərindən biridir. Oğlunun məzuniyyət günündə iştirak etmək üçün getdiyi məktəbdə tutulmuşdur. Həbsdə olduğu müddətdə Thompson xristianlığı qəbul etdi.

Məqaləyə emosiya bildir:
emotion
5
emotion
2
emotion
1
emotion
14
emotion
1
emotion
2
emotion
2
Dostlarınla paylaş:
3 il əvvəl
4769 dəfə oxundu
ilk.az-çılar nə deyir?
Fikirlər (1)
Deniz (3 il əvvəl)
Maraqlıdı