Ən ucuz tətil yerləri - İstirahət etmək üçün ən ucuz ölkələr

Yenilənmə tarixi: 2021-11-02

Bu məqaləmizdə sizə tətilə getmək üçün ən az xərc tələb olunan ölkələri təqdim edirik. Həmin ölkələrlə bağlı lazımi məlumatları hazırlamışıq.

Xaricdə istirahət hər kəsin haqqıdır. Ən ucuz tətil yerləri məqaləmizdə ən ucuz səyahət edəcəyiniz ölkələri sıralamışıq. Minlərlə dollar pul xərcləmək əlverişsiz görünə bilər. Lakin bəzi istirahət yerləri ucuzluğu ilə fərqlənir. Onları tapmaq o qədər də çətin deyil. Hansı ölkədə nə qədər pulla istirahət edə biləcəyinizi öyrənə bilərsiniz.

İstirahət üçün ucuz ölkələr

Həmin ölkələlə bağlı viza məsələsini, gediş haqqı qiymətini öyrənmək mümkündür.

Nepal

Nepal

İstirahət üçün ən sərfəli yerlərdəndir. Paytaxt Katmanduda baş verən zəlzələdən sonra şəhərə turistlərin diqqəti azaldı. Burada 25 dollar ilə gözəl gün keçirmək olar. Əhalisinin əksəriyyəti hindulardan ibarət olan Nepal dini ayinlər, yoqa, meditasiya və təbiətlə maraqlanan səyahətçilər üçün maraqlı səyahət yeridir. Mistik atmosferi, möhtəşəm təbiəti, memarlığı ilə göz qamaşdıran məbədləri və rəngarəng görüntülər yaradan festivalları ilə sizi xəyallarınızın xaricinə səyahətə çıxaran bu Asiya ölkəsi Buddanın doğulduğu yer olması ilə də tanınır. Nepala səyahətinizi unudulmaz edəcək heyrətamiz yerləri kəşf etmək üçün yola çıxmağın vaxtıdır.

Hindistan

Hindistan

Ən ucuz istirahət ölkələrindəndir. Burada əhaəli çox olduğu üçün gündəlik gəlir azdır. Belə olan halda gələn turistlər də az pul xərcləyirlər. Günlük 20-25 dollar ilə Hindistanda gözəl vaxt keçirmək olar.

Kamboca

Kamboca

Əgər Kambocada olmamısınızsa mütləq səfər edin. Dünyanın ən böyük dini məkanlarından biri burada yerləşir. 30 dollar xərcələyərək Kambocada maraqlı gün keçirə bilərsiniz.

Albaniya

Albaniya

Çox ziyarət olunan ölkələrdən biridir. Balkan ölkələri arasında gözəlliyi və ucuzluğu ilə seçilir. Günlük 35 dollar ilə burada istirahət edə bilərsiniz. Viza baxımından da asandır.

Şri-Lanka

Şri-Lanka

Ada dövləti olan Şri-Lanka olduqca gözəldir. Az pul xərcləyərək yaxşı vaxt keçirmək olar. Bunun üçün gündəlik 25-30 dollar tələb olunur. Şri Lanka haqqında düşünəndə ağlımıza çox şey gəlir. Dırmanmaq üçün təpələr, üzmək üçün şəlalələr, çay tarlaları, möhtəşəm qatar səyahətləri, məbədlər, dəniz tətili, günəş tətili hamısı bir yerdə! Beləliklə, getməzdən əvvəl yaxşı araşdırmaq və özünüz üçün yaxşı bir siyahı hazırlamaq vacibdir.

İndoneziya

İndoneziya

İndoneziyada olan Bali adası dünyanın ən gözəl yerlərindən biridir. İndoneziya istirahət baxımından çox əlverişlidir. Az pulla gözəl zaman keçirmək mümkündür. Təxminən 35 dollar vəsait lazımdır.

Dominikan Respublikası

Dominikan Respublikası

Bəyaz qumsalları, mavi suları, palma ağacları və mənzərəsi ilə göz oxşayır. Burada ispan və Artdeko memarlığını görə bilərsiniz. Paytaxt Santa-Dominqoda ildə 2 dəfə təşkil olunan karnavallara minlərlə insan qatılır. Ölkəyə səfər etmək, viza məsələsi olduqca sadədir. Beləcə, pulunuza qənaət etmiş olursunuz.

Praqa, Çexiya

Praqa, Çexiya

Yemək, içki, otel qiymətləri ilə fərqlənən paytaxt Praqada gecə həyatı da ucuzdur. Yüz illərlə yaşı olan tarixi binaları ziyarət etmək imkanınız var. Həm də pulunuza qənaət edərsiniz.

Dubrovnik, Xorvatiya

Dubrovnik, Xorvatiya

Buradakı otellərin gecəsi 11 dollardan başlayır. Möhtəşəm sahili, tarixi binaları ilə göz oxşayır. UNESCO tərəfindən dünya incilərindən biri elan olunub. Dubrovnik həm əhəmiyyətli bir liman və kurort mərkəzidir. Şəhərin ən əhəmiyyətli gəlir mənbəyi turizmdir və bu gün 45 otel var. Dubrovnik, Hırvat turizmi mərkəzi və Aralıq dənizinin ən gözəl bayramlarından biridir.

Kosta-Rika

Kosta-Rika

Kosta-Rika dəniz və təbiətinə görə çoxları tərəfindən sevilir. Hər il minlərlə turist bura səfər edir. Qidalanmaq, otel qiymətləri digər ölkələrlə müqayisədə ucuzdur. Viza məsələsi olduqca sadədir. Maddi cəhətdən çox da zərər görmədən mənəvi zənginlik əldə edəcəksiniz.

Ukrayna

Ukrayna

Təbiət yürüşləri edə biləcəyiniz, qidaların ucuz olduğu bir məmləkətdir. Yay, qış demədən hər il çoxlu turist Ukraynaya səfərə gəlir. 30 dollar qarşılığında günlük əyləncə, gəzmək və qidalanmağınızı təmin edə bilərsiniz.

Məqaləyə emosiya bildir:
3 il əvvəl
7364 dəfə oxundu
ilk.az-çılar nə deyir?
Fikirlər (0)
Oxşar yazılar
Ən yaxşı protein tozu tövsiyələri və markaları
Proteinlər insan orqanizmi üçün olduqca faydalıdır. Xüsusilə əzələlərin quruluşunda...
  • 1 ay əvvəl
  • 572
Çarəsiz olanda necə güclü olacağınızı bilirsinizmi?
Problemlərin üzərinə gedin ki, onlar sizin üzərinizə gəlməsin. Prof. dr. Yıldız...
  • 4 ay əvvəl
  • 776
Süd və qulluq
Təbiətdə yüksək nisbətdə yalnız süddə olan laktoza: 1-Enerji...
  • 5 ay əvvəl
  • 803
WhatsApp Plus: Yüklə, nədir və necə yükləmək olar?
WhatsApp Plus, Android istifadəçiləri arasında xüsusilə məşhur olan üçüncü tərəf...
  • 5 ay əvvəl
  • 1437
Qəhvə və çay ləkələrini necə təmizləmək olar?
Təmizlənməsi çox çətin olan qəhvə ləkəsi quruyanda işləri daha da çətinləşdirir....
  • 5 ay əvvəl
  • 871
Psixoloji cəhətdən güclü qalmağın 8 üsulu
Bəzən özümüzün, bəzən də ətrafımızdakı insanların çətin, üzücü hallar...
  • 6 ay əvvəl
  • 998