Ən yaxşı 10 iş elanı saytları 2022

Yenilənmə tarixi: 2022-02-03

İş axtaranların nəzərinə, iş axtarışınızı rahatlaşdırmaq, tezləşdirmək üçün iş elanı saytlarını araşdırdıq. Ən yaxşı və Azərbaycanda populyar 10 iş elanı saytını siyahıya aldıq.

1. İshVar.az

İshVar.az

Azərbaycanda geniş şirkət və iş elanları bazasını mərkəzləşdirmək, iş axtaranlarla işçi axtaran şirkətləri bir-birilə əlaqələndirmək üçün yaradılmış veb platformadır. Daim yeni imkanları ilə daha da inkişaf etdirilir. İshVar.az saytını digər iş elanları saytından fərqləndirən bir-çox funksiyalar var.

  1. Texniki biliyə ehtiyac olmadan özünüz seçdiyiniz dizaynda CV hazırlaya bilərsiniz. Bunun üçün sadəcə Sayta daxil olub "İş axtaran" kimi qeydiyyatdan keçib məlumatlarınızı əlavə etdikdən sonra "Hesabım" səhifəsinə daxil olun. Sol aşağı tərəfdə "CV dizaynları" bölməsinə daxil olduqdan sonra bütün dizaynlarda CV-nizi "önbaxış" edib necə göründüyünə baxa bilərsiniz. Bəyəndiyiniz dizaynı PDF formasında yükləməyiniz mümkündür.
  2. Sizin şəxsi məlumatlarınızı (nömrə, mail) yalnız təstiqlənmiş şirkətlər görə bilir.
  3. Sizin şəklinizi yalnız şirkətlər görə və ya hər kəs bilər (tənzimləmələr bölməsindən özünüz seçirsiniz)
  4. Vakansiyalara bir başa saytın özündən müraciət edə bilərsiniz (həm saytdakı məlumatlarınız şirkətə gedəcək həm cv-nizi ayrıca göndərə bilərsiniz)

Yaxın aylarda saytda həm şirkətlər həm iş axtaranlar üçün daha çox imkanlar olacaq.

https://ishvar.az

2. Boss.az

Əmək bazarının bütün iştirakçılarının faydalana biləcəyi, dəqiq və sürətli iş və ya işçi axtarışı üçün nəzərdə tutulmuş onlayn platformadır. Layihə istifadəçilərə geniş iş elanı və CV bazasından rahat istifadə imkanı yaradır.

https://boss.az

Boss.az

3. Hellojob.az

Rahat interfeysi ilə siz qısa zamanda arzuladığınız kateqoriya üzrə işləri sıralaya bilərsiniz. İş axtaranlar üçün ən yaxşı elan saytıdır.

https://www.hellojob.az

Hellojob.az

4. Tap.az

Tap.az saytı günümüzdə ən populyar, ən tanınmış elan saytıdır. Normal elanlardan savayı siz saytdan iş elanları da axtararaq yararlana bilərsiniz. Arzuladığınız iş barədə vakansiya tapa bilməsəniz öz CV-nizi saytda "İş axtarıram" bölməsinə yerləşdirə bilərsiniz.

https://tap.az/elanlar/is-elanlari

Tap.az

5. Rabota.az

Sayt çox qədim iş elanı saytıdır. Layihənin təməli 2012-ci ildə qoyulmuşdur. Geniş vakansiya siyahısından arzuladığınız ixtisas üzrə iş tapacağınıza əminik.

https://www.rabota.az

Rabota.az

6. Offer.az

Yeni iş elanları saytıdır. Hər gün yeni vakansiyalar sayta əlavə olunur.

https://www.offer.az

Offer.az

7. eJob.az

Əgər siz iş axtarırsız və bilmirsiz nədən başlayasız onda siz lazım olan bu saytdır. eJob.az saytının imkanları həm özünə əmin olan peşəkar mütəxəssislər üçün həm də karyera quruluşuna təzə başlayan, bacarıqlarına uyğun iş axtaran cavanlar üçün yararlıdır. Yaşından və kompüter biliyindən asılı olmayaraq istifadəsi asan olan, ödənişsiz, vasitəçisiz, bir onlayn platforma yaratmaq bizin əsas məqsədimizdir. İndi isə bu imkanlardan maksimum nəticə qazanmaq ancaq sizdən asılıdır.

https://ejob.az

eJob.az

8. Smartjob.az

Azərbaycanda olan ən aktual vakansiyaların yerləşdiyi məkan olmaqla yanaşı, həmçinində iş axtaranların CV-lərinin iş verənlərə təqdim edən bir platformadır.

https://smartjob.az

Smartjob.az

9. Browser.az

CV və ya vakansiya yerləşdirmək ödənişsizdir. Dərc olunan iş elanlarının və CV-lərin sayına məhdudiyyət qoyulmur. İş axtaranlar üçün ideal elan saytıdır. Geniş işlər siyahısından axtardığınız işlər haqqında məlumat tapa bilərsiniz və ya öz CV-nizi saytda yerləşdirə bilərsiniz.

https://browser.az

Browser.az

10. iselanlari.az

5500+ iş elanı və 3000+ cv üzrə axtarış edərək arzuladığınız işləri tapa bilərsiniz.

https://iselanlari.az

iselanlari.az

11. browser.az

browser.az

Azərbaycanda iş elanları saytı. Yeni 2022-il iş yerləri barədə elanlar, vakansiyalar və işçi axtarışı. Bakı və bölgələrdə iş elanlarının geniş bazası.

12. vakansiya.az

vakansiya.az

13. kadr-az.info

kadr-az.info

Resepşn, marketinq menecer, dizayner, satış təmsilçisi, marketoloq, proqramçı-mühəndis və s. kimi vakansiyalar təqdim edir.

14. banco.az

banco.az

Bankda işləmək istəyənlər bu saytdakı vakansiyalardan faydalana bilər.

Məqaləyə emosiya bildir:
emotion
26
emotion
6
emotion
4
emotion
3
emotion
2
emotion
4
emotion
3
Dostlarınla paylaş:
3 il əvvəl
31555 dəfə oxundu
ilk.az-çılar nə deyir?
Fikirlər (3)
Malik (1 il əvvəl)
salam turakturistem özüme oyqun iş axtarıram aylıq maşı500 azeyin olsa olar
Hesen (1 il əvvəl)
Ucarda iş axdaram
Park esi (3 il əvvəl)
Salam. Zaqatalada yoxdu iş yalniz Baki??