Ən yaxşı kitab təklifləri 2021

Kitab oxumaq həmin dünyaya girib orada özünü itirməkdir. Səhifələri çevirdikcə kitabın içinə gedən qatar daha da sürətlənir və kitab bitəndə səyahət sona çatır. Bu səyahətdən yeni şeylər öyrənib inkişaf etmiş olursunuz.

1. Paul Auster - Qıfıllı otaq

Paul Auster - Qıfıllı otaq

Paul Austerin Nyu-York trilogiyasının üçüncü kitabı olan "Qıfıllı otaq"ı həvəslə oxuyacaqsınız. Kitabdan bir parça: "Yaxşılıq etmək, etdiyinin doğru olduğuna bəslədiyi sarsıılmaz inam, bunun nəticələrinə qarşı səssiz, susqun qalmaq onun edəcəyi bir iş idi. Davranışı nə qədər yaxşı olsa da, öz davranışından qopmuşdu sanki. Ondan ürkməyimə səbəb olan şey məhz bu idi. Fanshawe ilə yediyimiz-içdiyimiz ayrı getmirdi. Ona heyran idim, onun kimi olmağı çox istəyirdim, amma birdən elə məqam gəlirdi ki, onun mənə tamamən yad olduğunu anlayırdım. Onun öz daxilində qurduğu həyat mənim yaşamaq istədiyim həyat deyildi. Həyatdan çox şey gözləyirdim, tələblərim çox idi".

2) G.K.Chesterton - Cənab Cümə axşamı

G.K.Chesterton - Cənab Cümə axşamı

Məqalələri və romanları ilə məşhur olan Chestertonun bu kitabını oxumağı tövsiyə edirik. Oxuyarkən təəccüblənəcəksiniz və sizi təəccübləndirən şeylərdən zövq alacaqsınız.

Kitabdan cümlələr:
- Təvazökar insan həmişə çox danışır. Özündən razı insan isə özünü yaxından izləyir.
- Qəzəbim sizin həqarətinizi üzr diləməklə unutdura bilməyəcəyiniz qədər böyükdür.
- Orta dərəcəli güc özünü zorbalıqla göstərir, üstün güc isə xəfifliklə.
- Pis elə pisdir ki, yaxşının bir təsadüf olduğunu düşünməkdən başqa bir şey edə bilmirik. Yaxşı elə yaxşıdır ki, pisliyin izah olunacağına qətiyyətlə inanırıq.

3) Doğu Yücel - Var olmayanlar

Doğu Yücel - Var olmayanlar

Doğu Yücelin 2011-ci ildə çıxardığı "Var olmayanlar" kitabı olduqca fərqlidir.

Kitabdan bir parça:
"Yazdığımız və yaşadığımız deyil, bəlkə də nəyə inandığımız gerçəkliyimizi var edir. Kim nəyə nə qədər inanırsa, o qədər realdır, çünki hamı tək bir gerçəklikdə deyil, öz reallığında yaşayır."

4) Goethe - Faust

Goethe - Faust

Alman yazıçısı Johann Wolfgang von Goethe, bəlkə də ədəbiyyat tarixində ən çox müzakirə olunan mövzulardan biri olan şeytanla insan arasındakı anlaşmanı ən yaxşı təsvir edən müəllifdir.

Kitabdan bir parça:
"Xəyal gücünün özü özünü acıya məhkum etdiyi qaranlıq çuxurun önündə titrəməmək, dar ağzının ətrafında bütün cəhənnəm alovlarının fışqırdığı keçidə girmək, yıxılmaq bahasına olsa dabu addıma qərar vermək vaxtıdır indi".

5) İhsan Oktay Anar - Susqunlar

İhsan Oktay Anar - Susqunlar

1960-cı il təvəllüdlü yazıçının kitabı tövsiyə edilən əsərlər arasındadır.

Kitabdan bir parça:

"Hər şeyi bilmək üçün, bəlkə də heç bir şeyi bilməmək üçün Adəm övladlarından bəziləri həyatlarını bildikləri hər şeyi unutmağa həsr etdi. Çünki onlara görə yalnız heç bir şey bilməyən bir günahsız gördüyü anda Onu tanıya bilərdi. Bunun üçün bəlkə də ölmədən əvvəl ölmək lazım idi. Ölmək, əslində, içindəki şərabı tamamilə tökmək və büllur qədəhi boşaltmaq kimi hər şeyi əbədiyyən unutmaq və artıq heç nə bilməmək deməkdir".

Məqaləyə emosiya bildir:
emotion
2
emotion
0
emotion
0
emotion
0
emotion
0
emotion
0
emotion
0
Dostlarınla paylaş:
2 il əvvəl
3756 dəfə oxundu
ilk.az-çılar nə deyir?
Fikirlər (1)
z (1 il əvvəl)
Maraqlidir ela.