Ən yaxşı mobil oyunlar - Android və iOS əsaslı ən çox oynanılan oyunlar

Mobil cihazlarda oynaya biləcəyiniz ən yaxşı və ən populyar oyunları sizə təqdim edirik. Siyahımızda ən yaxşı Android və İOS oyunları yer alıb.

Bütün dövrlərin 20 ən yaxşı və sevilən 20 oyunu;

Pulsuz mobil oyunlar olan bu siyahıda ən çox yükləmə nisbətinə sahib və ən yaxşı mobil oyunlar yer alıb.

Ən yaxşı mobil oyunlar 2020;

1. Mobile Legends: Bang Bang

Mobile Legends: Bang Bang

PEGI 7 əsaslı Mobile Legends: Bang Bang döyüş səhnələrindən ibarətdir. Seçdiyiniz xarakteri gücləndirərək rəqibləri üstələməyə çalışdığınız bu oyunu dostlarınızla oynaya bilərsiniz. Fərqli xəritələrdə amansız mübarizə apara biləcəyiniz strategiya oyununda qlobal turnirlərdə iştirak edə bilərsiniz. 102 meqabaytlıq yaddaşa sahəsi istəyən Mobile Legends: Bang Bang Play Store-da 4.3 bal və 100+ milyon yükləməyə sahibdir.

2. PubG Mobile

PubG Mobile

Ən yaxşı Battle Royale oyunlarından biri olan PubG Mobile, komandada və ya təkbaşına düşmənlərlə mübarizə apara biləcəyiniz bir oyundur. Birdən çox xəritə və moda sahib olan Pubg Mobile-ı dostlarınızla birlikdə oynamaq imkanınız var. 100 nəfərlik oyunçu qrupu ilə mübarizə apardığınız bu oyunda həyatda qalmaq üçün ən yaxşı avadanlıq toplamalı və düşmənlərinizi öldürməlisiniz. PubG Mobile oynamaq üçün Android 5.1 telefonunuz və ən azı 2 GB yaddaşınız olmalıdır. 100 milyondan çox yükləməyə malikdir.

3. Call of Duty Mobile

Call of Duty Mobile

Kompüter oyunları ilə əfsanəvi hala gələn Call of Duty bu yaxınlarda telefonlar üçün də hazırlanıb. Fərqli modları olan Call of Duty Mobile PubG Mobile qədər məşhurluq qazana bilib. Mobile Activision Publishing hazırlanıb, 1.5 GB yaddaş istifadə edir. Play Store-da 4,5 bal alan oyun 50+ milyon yükləməyə sahibdir.

4. Clash of Clans

Clash of Clans

Ən yaxşı mobil oyunlardan biri olan Clash of Clans, unikal bir strategiya və müharibə oyunudur. Öz kəndinizi quraraq qoşunlarınızı döyüşə hazırlamaqla digər oyunçuların kəndlərinə hücum edin. PEGI 7 tərəfindən hazırlanan Clash of Clans Play Store-də 4.5 bala və 500 milyondan çox yüklənməyə sahibdir. 132 MB yaddaş tələb edir.

5. Brawl Stars

Brawl Stars

Ən çox oynanılan mobil oyunlardan biri olanBrawl Stars fərqli rejimlərdə mübarizə aparmaq imkanı təqdim edir: almaz ələ keçirmə, hesablama, mükafat ovu, topuq, döyüş topu və xüsusi hadisələr. Dostlarınızla və ya tək başına daxil ola biləcəyiniz döyüş rejimləri ilə həyəcanlı anlar yaşadan Brawl Stars 100 milyondan artıq endirməyə malikdir. 133 MB yaddaş tələb edir.

6. Asphalt 9: Legends

Asphalt 9: Legends

Ən yaxşı yarış oyunlarından biri olan Asphalt 9 siyahımızda öz yerini alıb. Ən yaxşı maşınlarla asfaltı əridə biləcəyiniz əfsanəvi yarışlar sizi gözləyir. Fərqli rakurslarla yarışa biləcəyiniz oyunda mükəmməl konsol sınağı etmək mümkündür. Karyera rejimində 60 mövsüm və 800 yarış hekayəsi təqdim edən Gameloft mobil oyunu 4,5 bal ilə diqqəti cəlb edir və 10 milyondan çox yükləməyə sahibdir.

7. Clash Royale

Clash Royale

Supercell tərəfindən təqdim olunan əfsanəvi müharibə oyunu Clash Royale, Clash kainatına yeni bir nəfəs gətirdi. Dünyanın hər yerindən olan real oyunçulara qarşı baş-başa vuruşa biləcəyiniz bu oyunda royale kartları toplayaraq qələbəyə nail olun. Klan müharibələri və xüsusi müharibələr ilə strategiyalarınızı inkişaf etdirə biləcəyiniz Clash Royale oyunu 100 milyondan çox yükləməyə sahibdir.

8. Candy Crush Saga

Candy Crush Saga

500 milyondan çox endirməyə malik bir neçə oyundan biri olan Candy Crush Saga hər yaşda olan insanların oynadığı bir oyundur. Eyni rəngləri qarşılaşdıraraq partlatdığınız fiqurlarla tur keçə biləcəyiniz oyunda sanki bir tapmacanı həll etmiş kimi olacaqsınız. Candy Crash Saga Play Store-da 4.6 bal alıb.

9. Fifa Mobile

Fifa Mobile

Əfsanəvi kompüter oyunu olan Fifa artıq mobil versiyaya da malikdir. İnternetdə real rəqiblərə qarşı oynaya biləcəyiniz futbol matçları ilə həyəcan yaradan Fifa Mobile-da komanda qurub transferlər edə bilərsiniz. Oyunda 650-dən artıq müxtəlif hadisə ilə karyera oyunu oynamaq mümkündür. 100 milyondan çox yükləməyə sahibdir.

10. eFootball PES 2020

eFootball PES 2020

Konami istehsalı efootball Pes 2020 oyunu, mobil cihazlarda oynaya biləcəyiniz ən yaxşı futbol tətbiqlərindən biridir. Komandanınızı quraraq liqada və çempionatda mübarizə edə biləcəyiniz Pes 2020 futbol oyunu ilə bir çox fərqli rejimdə matçlar keçirə bilərsiniz. 50 milyondan çox yükləməyə sahibdir.

11. Mortal Kombat Mobile

Mortal Kombat Mobile

Mortal Kombat Mobile əfsanə döyüşçüləri ilə əla döyüşlər təklif edir. Komanda quraraq 3-3-ə döyüşlər edə biləcəyiniz mobil oyun karyera modu ilə ütün Mortal Kombat hekayəsini izah edir. 50 milyondan çox yükləməyə sahib Mortal Kombat Warner Bros. International Enterprises istehsalıdır.

12. Shadowgun Legends

Shadowgun Legends

Ən yaxşı fps oyunlarından biri olan Shadowgun Legends, pvp müharibələri və nəfəs kəsici karyera hekayəsi ilə diqqəti cəlb edir. Bu müharibə oyunu 5 milyondan çox yükləməyə sahibdir. Shadowgun Legends MADFINGER istehsalı olan oyun Play Store-də 4.3 bal alıb.

13. Kafa Topu 2

Kafa Topu 2

Son illərin ən populyar mobil oyunlarından biri olan Head Ball 2 rəngli turnirlər və çempionatlarla futbol həyəcanı yaşadır. Əfsanəvi şərhçi Ercan Tanerin şərhi ilə onlayn oynaya biləcəyiniz bu mini oyunda məqsəd topu başla rəqib qapısından keçirməkdir. 2.5 milyondan çox yükləməyə sahibdir.

14. Hay Day

Hay Day

Əfsanəvi ferma oyunlarının yeni versiyası olan Hay Day sizə öz məhsulunuzu öz torpağınızda istehsal etmək imkanı təklif edir. Əkib-çiməyi sevən və heyvan saxlamaqdan həzz alanlar üçün əla bir mobil oyun olan Hay Day-i pulsuz yükləmək olar. 100 milyondan çox yükləməyə sahibdir.

15. SimCity Buildlt

SimCity Buildlt

Electronic Arts tərəfindən yaradılan SimCity Buildlt ilə öz şəhərinizi qura və oranın bələdiyyə başçısı ola bilərsiniz. Yeni və böyük bir şəhər quraraq vətəndaşlarınızı sevindirməyə çalışacağınız bu gözəl oyun sayəsində xəyalınızda yaratdığınız hər şeyi reallaşdıra bilərsiniz. 50 milyondan çox yüklənməyə sahib olan oyun Play Store-də 4.4 bal alıb.

16. Online Soccer Manager 2020

Online Soccer Manager 2020

Bütün dövrlərin ən yaxşı futbol oyunlarından olan Online Soccer Manager ilə öz futbol klubunuzu yarada və rəqiblərə qarşı mübarizə apara bilərsiniz. Məşqçilik karyerasına qurduğunuz komandayla başladığınız oyunda oyunçu transferi, oyunçunun inkişafı və klub inkişafı kimi bir çox sahədə rəqiblərinizə qarşı üstünlük qazanmağa çalışmalısınız. 10 milyondan çox yükləməyə sahibdir.

17. Shadow Fight 3

Shadow Fight 3

Ən yaxşı mobil döyüş oyunlarından biri olan Shadow Fight 3 3D qrafikləri, real döyüş səhnələri, fərqli avadanlıq və silahları ilə önə çıxır. Çox populyar bir oyun olan Shadow Fight 3 əsas hekayəsindən əlavə duel modunda rəqiblərlə mübarizə imkanı təklif edir. 50 milyondan artıq yükləməyə sahibdir.

18. Boom Beach

Boom Beach

Boom Beach əfsanəvi müharibə və strategiya oyunudur. Dünyanın hər yerindən olan onlayn oyunçularla strategiya hazırlayaraq düşmənlərə qarşı döyüşlərdə qalib gəlməklə yeni xəritələr kəşf edə bilərsiniz. Öz bazanızı qurun və gücləndirin. 4.5 bal alan oyun 50 milyondan çox yükləməyə sahibdir.

19. Real Racing 3

Real Racing 3

Electronic Arts tərəfindən yaradılan Real Racing 3 ilə xəyalınızdakı avtomobili idarə etmək şansı əldə edə bilərsiniz. Mükəmməl yarışlar və avtomobil inkişafı rejimləriylə həyəcanverici bir oyun olan Real Racing 3 real qrafika və fərqli kamera rakurslarıya təmin olunub. 100 milyondan çox yükləməyə sahibdir.

20. World of Tanks Blitz

World of Tanks Blitz

Bu əfsanəvi tank döyüş oyununda bütün döyüş təcrübələrinizi ortaya qoya bilərsiniz. 350-dən çox tank modeli ilə 7v7-lik döyüşlərdə real rəqiblərlə mübarizə aparacaqsınız. World of Tanks Blitz ilə ilə həm stress atacaq, həm də özünüzü döyüş mövzusunda inkişaf etdirəcəksiniz. Wargaming Group-un istehsal etdiyi oyun 50 milyondan artıq yükləməyə sahibdir.

Oyunlar haqqında məsləhət görürük:
Məqaləyə emosiya bildir:
4 il əvvəl
9969 dəfə oxundu
ilk.az-çılar nə deyir?
Fikirlər (2)
sedreddin (3 il əvvəl)
engozel masin oyundur
PLA (3 il əvvəl)
Həmişə Blocky Flight oynayıram. Əyləncəli.
Oxşar yazılar
Ən yaxşı protein tozu tövsiyələri və markaları
Proteinlər insan orqanizmi üçün olduqca faydalıdır. Xüsusilə əzələlərin quruluşunda...
  • 1 ay əvvəl
  • 598
Çarəsiz olanda necə güclü olacağınızı bilirsinizmi?
Problemlərin üzərinə gedin ki, onlar sizin üzərinizə gəlməsin. Prof. dr. Yıldız...
  • 4 ay əvvəl
  • 794
Süd və qulluq
Təbiətdə yüksək nisbətdə yalnız süddə olan laktoza: 1-Enerji...
  • 5 ay əvvəl
  • 823
WhatsApp Plus: Yüklə, nədir və necə yükləmək olar?
WhatsApp Plus, Android istifadəçiləri arasında xüsusilə məşhur olan üçüncü tərəf...
  • 5 ay əvvəl
  • 1454
Qəhvə və çay ləkələrini necə təmizləmək olar?
Təmizlənməsi çox çətin olan qəhvə ləkəsi quruyanda işləri daha da çətinləşdirir....
  • 5 ay əvvəl
  • 883
Psixoloji cəhətdən güclü qalmağın 8 üsulu
Bəzən özümüzün, bəzən də ətrafımızdakı insanların çətin, üzücü hallar...
  • 6 ay əvvəl
  • 1008