Ən yaxşı türk filmləri - 2022

Türkiyə kino tarixində iz qoymuş bütün zamanların ən yaxşı filmlərini bir araya toplamışıq. Onları təqdim edirik.

1. Bergen

Bergen

2022-ci ildə ekranlara "Bergen" filmi məşhur sənətçinin həyatından bəhs edir. Bergen 80-90-cı illərin arabesk dünyasının məşhur simalarından biri olub. Yaşadığı ağrılı hadisələr və sonda öldürülməsi ona əbədi ölməzlik qazandırıb.

Janr: dram, bioqrafiya
Nümayiş tarixi: 2022
Rejissor: Mehmet Binay
Rollarda: Farah Zeynep, Abdullah Erdal

2. Kesişme: İyi ki Varsın Eren

Kesişme: İyi ki Varsın Eren

Filmdə Trabzonun Maçka rayonunda terrorçular tərəfindən şəhid edilən Eren Bülbül və Baş Çavuş Ferhat Gedikin həyat hekayəsi təsvir olunub.

Janr: aksiyon, dram
Nümayiş tarixi: 2022
Rejissor: Özer Feyzioğlu
Rollarda: İsmail Hacıoğlu, Rahman Başel, Alayça Öztürk

3. Aykut Enişte 2

Aykut Enişte 2

“Aykut Enişte” filmi da qısa zamanda diqqət çəkməyi bacarıb. İlk filmin sonunda yeni sevgiyə yelkən açan Aykut bu bölümdə bu yeni ailənin aldadıcı kürəkəni ilə tanış olur.

Janr: komediya
Nümayiş tarixi: 2021
Rejissor: Onur Bilgetay
Rollarda: Cem Gelinoğlu, Melis Babadağ, Hakan Yılmaz

4. Sen Hiç Ateşböceği Gördün Mü?

Sen Hiç Ateşböceği Gördün Mü?

Komedik səhnələri və dramatik ssenarisi ilə ən yaxşı türk filmlərindən biri olmağı bacaran bu ekran işində istedadlı bir uşaq olan Gülserenin həyat hekayəsindən bəhs edilir. 1948-ci ildə doğulan Gülseren uşaqlığından etibarən insanlara alışmaqda çox çətinlik çəkib. Böyüdükcə həyatı daha çətin və maraqlı hal alıb.

Janr: romantik, dram, komediya
Nümayiş tarixi: 2021
Rejissor: Andaç Haznedaroğlu
Rollarda: Ecem Erkek, Devrim Yakut, Engin Alkan

5. Beni Çok Sev

Beni Çok Sev

Filmdə illərdir həbsdə olan Musanın 14 yaşlı qızını görmək üçün cəmi bir günlük məmləkətinə getməsindən bəhs olunur. Təqaüdə çıxmaq üzrə olan mühafizəçi Sedata Musanı sağ-salamat qaytarmaq tapşırığı verilir. Son anda öyrənilən faktlar Musanı özündən çıxarır.

Janr: dram
Nümayiş tarixi: 2021
Rejissor: Mehmet Ada Öztekin
Rollarda: Sarp Akkaya, Songül Öden, Ercan Kesal

6. Baba Parası

Baba Parası

Murat Cemcir və Ahmet Kuralın baş rollarda oynadığı “Baba Parası” filmi komediya dolu səhnələri ilə diqqət çəkir. Ataları bir, anaları ayrı olan bir qrup gənc atalarının ölümündən sonra böyük miras uğrunda mübarizə aparır. Milyarder atanın oğullarına qoyub getdiyi mirası ancaq özü kimi hiyləgər və ağıllı adam tapa bilər.

Janr: komediya
Nümayiş tarixi: 2020
Rejissor: Selçuk Aydemir
Rollarda: Ahmet Kural, Murat Cemcir, Devrim Yakut

7. Cep Herkülü: Naim Süleymanoğlu

Cep Herkülü: Naim Süleymanoğlu

Filmdə adını dünya idman tarixinə qızıl hərflərlə yazdıran ağır atlet Naim Süleymanoğlunun həyatından bəhs edilir. Naim Süleymanoğlu karyerasında 3 fərqli olimpiya çempionatının qalibi, 6 dəfə Avropa çempionu olub və 7 dünya rekorduna imza atıb.

Janr: bioqrafik, sənədli film
Nümayiş tarixi: 2019
Rejissor: Özer Feyzioğlu
Rollarda: Hayat Van Eck, Yetkin Dikinciler, Selen Öztürk

8. 7. Koğuştaki Mucize

7. Koğuştaki Mucize

Törətmədiyi qətldə günahlandırılan ata həbs edilir və getməyə yeri olmayan 6 yaşlı qızı gizlicə atasının yanına gəlir.

Janr: aksiyon, dram
Nümayiş tarixi: 2019
Rejissor: Mehmet Ada Öztekin
Rollarda: Aras Bulut İynemli, Nisa Sofiya Aksongur, Deniz Baysal

9. Aykut Enişte

Aykut Enişte

Filmdə tənhalıqdan şikayətlənən, ailəsi üçün darıxan Aykutun hekayəsi əks olunub. Sevgilisi Nurhanla evlənmək arzusunda olan Aykutun toya bir həftə qalmış mağazası qarət edilir. Bu soyğunçuluq Aykutun həyatını dəyişir.

Janr: komediya, ailə
Nümayiş tarixi: 2019
Rejissor: Onur Bilgetay
Rollarda: Cem Gelinoğlu, Melis Babadağ, Ege Kökenli

10. Geniş Aile Komşu Kızı

Geniş Aile Komşu Kızı

Film Cevahir və dostlarının macəralarından bəhs edir. Bir gün Ülvinin yolu Cevahirin unuda bilmədiyi keçmiş sevgilisi Zeyneplə kəsişir. Çətin vəziyyətdə olan Zeynep Ülvi və Cevahirdən kömək istəyir.

Janr: komediya
Nümayiş tarixi: 2019
Rejissor: Cüneyt İnay
Rollarda: Ufuk Özkan, Bülent Çolak, Rojda Demirer

11. Mucize 2: Aşk

Mucize 2: Aşk

İlk filmdə Aziz və Mizgin cütlüyü kənd müəlliminin dəstəyi ilə Qərbə köç edirlər. Getdikləri yerdə yaşamaq heç də asan olmayacaq. Həyat yoldaşına dəlicəsinə aşiq olan Aziz daim təzyiqlərə məruz qalır.

Janr: dram
Nümayiş tarixi: 2019
Rejissor: Mahsun Kırmızıgül
Rollarda: Mert Turak, Biran Damla Yılmaz, Ayda Aksel

12. Bizim İçin Şampiyon

Bizim İçin Şampiyon

Film əfsanəvi yarış atı Bold Pilot sayəsində bir araya gələn Halis Karataş ilə Begüm Atmanın sevgi hekayəsindən bəhs edir. Bold Pilot çapar Halis Karataşla birlikdə unudulmaz uğurlara imza atıb. Boldun daha bir uğuru isə Halislə Begümü bir araya gətirməsidir.

Janr: dram, bioqrafiya
Nümayiş tarixi: 2018
Rejissor: Ahmet Katıksız
Rollarda: Ekin Koç, Farah Zeynep Abdullah, Fikret Kuşkan

13. Müslüm

Müslüm

Film arabesk musiqisinin ən əfsanəvi adlarından biri olan Müslüm Gürsesin çətin həyatından bəhs edir. Filmə məşhur sənətçinin başına gələn hadisələr, həyat yoldaşı Muhterem Nura olan sevgisi əks olunub.

Janr: bioqrafik, dram
Nümayiş tarixi: 2018
Rejissor: Ketche
Rollarda: Timuçin Esen, Zerrin Tekindor, Ayça Bingöl

14. Ayla

Ayla

1950-ci ildə Koreya müharibəsi zamanı Süleyman Astsubay döyüş meydanında kiçik bir qız tapır. 5 yaşlı qızın heç kimi yoxdur və hara gedəcəyini bilmir. Süleyman Astsubay qızı da özü ilə aparır və adını Ayla qoyur. 15 ay qızla birlikdəqalan Süleyman Türkiyəyə qayıtmaq qərarına gəlir. Aylanı özü ilə aparmaq istəyən Süleyman hər cür yola əl atsa da, onu apara bilmir. O, qızla sağollaşır. Bir-birilərini tapacaqlarına söz verirlər.

Janr: bioqrafiya, müharibə, dram
Nümayiş tarixi: 2017
Rejissor: Can Ulkay
Rollarda: İsmail Hacıoğlu, Çetin Tekindor, Kim Seol

15. Dağ 2

Dağ 2

Terrorçulardan xilas olan Oğuz və Bəkir 6 ildən sonra Xüsusi Təyinatlı Xilasetmə Komandasına qoşulurlar. Komandanın vəzifəsi İraqda qaçırılan jurnalist Ceyda Balabanı xilas etməkdir. Onlar minlərlə düşmənə qarşı döyüşməli olurlar.

Janr: müharibə, dram
Nümayiş tarixi: 2016
Rejissor: Alper Çağlar
Rollarda: Çağlar Ertuğrul, Ufuk Bayraktar, Murat Serezli

16. Kaybedenler Kulübü

Kaybedenler Kulübü

Müstəqil nəşriyyat sahibi olan Kaan və Kadıköydə bar işlədən Mete söhbət konseptində bir radio proqramı təqdim edirlər. İlk vaxtlar diqqəti cəlb etməyən proqram daha sonra “Uduzanlar klubu” məktəbini yaradacaq və bir xeyli məşhurlaşacaq.

Janr: dram
Nümayiş tarixi: 2011
Rejissor: Tolga Örnek
Rollarda: Nejat İşler, Yiğit Özşener, İdil Fırat

17. Kabadayı

Kabadayı

Məşhur Ali Osmanla öz sərt xarakteri ilə bazarda yer qazanmaq istəyən Devran üz-üzə gəlir. Onları bir-birinə qarşı çıxaracan birinin sevdiklərini qorumaq istəyi, digərinin isə sevdiyi qadını geri qaytarmaq üçün hər şeyi etməyə hazır olmasıdır.

Janr: aksiyon, dram
Nümayiş tarixi: 2007
Rejissor: Ömer Vargı
Rollarda: Şener Şen, Kenan İmirzalıoğlu, Aslı Tandoğan

18. Kelebeğin Rüyası

Kelebeğin Rüyası

Film şeirin, sənətin və ədəbiyyatın hələ də çiçək açdığı Zonquldağda çətin bir məsuliyyəti üzərinə götürən, cəmiyyətə şeiri sevdirməyə çalışan iki gənc şairdən (Rüştü Onur və Müzəffər Tayyib Uslu) bəhs edir.

Janr: dram
Nümayiş tarixi: 2013
Rejissor: Yılmaz Erdoğan
Rollarda: Kıvanç Tatlıtuğ, Mert Fırat, Yılmaz Erdoğan

19. Bir Zamanlar Anadolu'da

Bir Zamanlar Anadolu'da

Bu film Kann festivalında "Qızıl Palma budağı" mükafatına namizəd göstərilib.

Janr: triller, dram
Nümayiş tarixi: 2011
Rejissor: Nuri Bilge Ceyran
Rollarda: Muhammed Uzuner, Yılmaz Erdoğan, Taner Birsel

20. Dedemin İnsanları

Dedemin İnsanları

Uşaqkən Kritdən İzmirə köçmək məcburiyyətində qalan Mehmet bəy və onun 10 yaşlı nəvəsi Ozanın həyatından bəhs olunur.

Janr: dram
Nümayiş tarixi: 2011
Rejissor: Çağan Irmak
Rollarda: Çetin Tekindor, Hümeyra, Zafer Algöz

21. Devrim Arabaları

Devrim Arabaları

Prezident Cemal Gürsel tamamilə yerli istehsal olan avtomobilin istehsalına göstəriş verir. Bu işə təyin edilmiş 23 mühəndis avtomobili Respublika Gününə hazırlamalıdır, buna görə də onların “İnqilab” etmək üçün cəmi 130 günü var.

Janr: siyasi, dram
Nümayiş tarixi: 2008
Rejissor: Tolga Örnek
Rollarda: Selçuk Yöntem, Taner Birsel, Ali Düşenkalkar

22. Vizontele

Vizontele

Hadisələr bir gün TRT-nin kəndə televizor gətirmək istəyi ilə başlayır. Kəndlilər əvvəlcə bunu qəbul etmək istəmirlər və maraqlı anlar yaşanır.

Janr: komediya, dram
Nümayiş tarixi: 2001
Rejissor: Ömer Faruk
Rollarda: Yılmaz Erdoğan, Cem Yılmaz, Demet Akbağ

23. Pardon

Pardon

Bütün zamanların ən yaxşı türk komediya filmləri siyahısında bəlkə də uzun müddət üst sıralarda olacaq bir ekran işidir. İbrahim, Aydın və Muzo üç dostdur. Onlar çətin və qeyri-adi olaylar yaşayırlar. Bu olaylarda komedik çalarlar da heç də az deyil.

Janr: komediya
Nümayiş tarixi: 2005
Rejissor: Mert Baykal
Rollarda: Rasim Öztekin, Bülent Kayabaş, Erol Günaydın

24. Kış Uykusu

Kış Uykusu

Aktyorluqdan təqaüdə çıxan Aydın, Orta Anadoluda bir oteldə işləyir. Bir də ona biganə yanaşan həyat yoldaşı Nihal və bacısı Neclə var.

Janr: dram
Nümayiş tarixi: 2014
Rejissor: Nuri Bilge Ceylan
Rollarda: Haluk Bilginer, Melisa Sözen, Demet Akbağ

25. Babam ve Oğlum

Babam ve Oğlum

Çağan Irmakın ən yaxşı filmlərindən biridir. Dramatik səhnələri ilə diqqət çəkir.

Janr: dram
Nümayiş tarixi: 2005
Rejissor: Çağan Irmak
Rollarda: Fikret Kuşkan, Hümeyra, Özge Özberk

Məqaləyə emosiya bildir:
1 il əvvəl
3500 dəfə oxundu
ilk.az-çılar nə deyir?
Fikirlər (1)
z (1 il əvvəl)
Yaxsi deyil
Oxşar yazılar
Türkiyədə çəkilmiş ən yaxşı qorxu filmləri
Türkiyə istehsalı olan qorxu filmləri fərqli elementləri və realistliyi ilə fərqlənir....
  • 6 ay əvvəl
  • 959
Ən yaxşı komediya filmləri
Son illərdə çəkilmiş ən yaxşı komediya filmlərinin siyahısını sizə təqdim...
  • 10 ay əvvəl
  • 5688
Türkiyədə ən çox baxılan xarici seriallar
Türkiyədə tamaşaçıların ən çox izlədiyi və yeni sezonlarını səbirsizliklə...
  • 12 ay əvvəl
  • 1741
Netflix-də yer alan döyüş filmləri
Kinonun ən çox seçilən janrları arasında yer alan döyüş filmlərini Netflix...
  • 1 il əvvəl
  • 2368
Netflix-də pulsuz izləyə biləcəyiniz 10 serial və film
Netflix, istifadəçisi olmayanlara pulsuz filmlər təqdim edərək keyfiyyətini göstərməyə...
  • 1 il əvvəl
  • 6849
Netflix-in ən yaxşı macəra filmləri | 2022
Netflix-də yayımlanan ən gözəl macəra filmlərinin siyahısını hazırlamışıq. Onu sizə...
  • 1 il əvvəl
  • 2518